Gözəllik / Gözəllik sirləri

Baxımlı qadın olmağın qızıl tək dəyərli sirrləri sizlər üçün...

Nigar_ | 20-08-2014, 19:30
6 820 32

Qadın gözəldir onsuz da gözəldir

 
 
Qadınlar hər zaman gözəl və cazibəli görünməyə çalışırlar. Onlar üçün gözəllikləri ilə bağlı kompliment eşitmək çox əhəmiyyətlidir. Baxım-bir qadın üçün öndə duran mövzulardandır.
Baxımlı bir qadın olmağın qızıl tək dəyərli sirrləri sizlər üçün, dəyərli azadqadin.az userləri!

Baxımlı qadın hər şeydən öncə özünə inanmalıdır. Qətiyyətli və komplekssiz biri olarsanız sevdiyiniz və ətrafdakılar sizə daha çox diqqət yetirər.
- Kişilər üçün ilk olaraq qadının kilolu olub-olmaması məsələsi əhəmiyyətlidir. Necə deyərlər,bir kişi bir qadının bədən formasına vurulur. :fellow:
Əgər kilolu bir xanım isəniz...
Düşünməyin ki, sizdə alınmayacaq "mən istəyirəm, demək, mən bacaracağam." Sizdə alınacaq. Ayrıca müxtəkif bəhanələr irəli sürməklə özünüzə haqq qazandırmağa çalışmayın. Bəzi xanımlar övladlarını dünyaya gətirdiklərini ilə bağlayırlar kilo almaqlarını, bəziləri buna səbəb kimi ailə qurduqlarını göstərirlər, bir çoxları isə ümumiyyətlə, arıqlamaqlarını mümkünsüz hesab edirlər. Burada "yox" qəbul olunmur. Özünüzə inanın və durmadan məşqlərə başlayın. Unutmayın ki, burada əsas olan idmandır. Daim hərəkətdə olun, hündür mərtəbəli binalarda lift olmadan çıxıb-düşmək sizə yardım edəcək. Ayrıca, açıq havada qaçış, xüsusilə səhərlər çox faydalıdır. Süfrədən doymamış qalxın, iradənizə qalib gəlin! Ən əsas şərt: gün ərzində çoxlu maye qəbul etməyə çalışın, təmiz sudan daha çox istifadə edin. Unutmayın ki, 10 günə, 20 günə sizdə heyrətamiz dəyişiklik olmayacaq, təbiətdə heç nə qəfil baş vermir, asta-asta ayların əziyyəti hər şeyi öz yoluna qoyacaq, mütləq istədiyinizi alacaqsınız. Gün ərzində tez-tez amma az-az qida qəbul edin, normal olaraq hər 3 saatdan bir. Yatmazdan 4 saat əvvəlcədən qida qəbulunu dayandırın, yuxuda olarkən piylənmə daha tez baş verir. Yağlı və kalorili qidalara deyil, yüngül məhsullara üstünlük verin. Hər zamankı kimi musiqi aclıq hissini də öldürür.

- Hündürboylu xanımlar kişilərin diqqətini daha çox cəlb edir,bu gizlin deyil.
Ucaboylu olsanız da, olmasanız da hündürdaban ayaqqabılara üstünlük verməyiniz məsləhətlidir. Onsuz da alimlər hündür və yastı dabanlı ayaqqabıların səhhətə eyni dərəcədə ziyanlı olduğunu sübut ediblər. Hündürdaban ayaqqabılar sizi qamətli göstərəcək və özünüzə əminlik hissi oyadacaq. Çalışın ki, yanaşı durarkən həyat yoldaşınızla (və ya sevdiyinizlə) eyni hündürlükdə görünəsiniz, çünki əksəriyyət kişilər qadınların onlardan uca görünməsini xoşlamırlar, elə qadınlar da bu haldan məmnun deyillər. Hündür dabanlı ayaqqabılarla yeni yerməyə başlayırsınızsa iyirmi gün müddətində qısa məsafələrə məşq edə bilərsiniz.

- Nəinki kişilər, hətta qadınların özünü də ən çox kompleksə salan məsələ arzuolunmaz tüklərin varlığıdır. Əgər gözəl görünməyi qarşınıza məqsəd qoymusunuzsa ilk olaraq buradan başlamalısınız. Xoşagəlməz tüklərdən azad olmaq üçün qadınlar müxtəlif üsullardan istifadə edirlər, burada seçim sizindir. Arzuolunmaz tüklər qadının zərifliyini məhv edən başlıca səbəbdir.
Qaşlarınız barəsində isə yalnız onu deyə bilərik ki,hazırda gənc xanımlarımız əksəriyyəti bir qədər qalın qaş formasına üstünlük verirlər. Bir qədər yaşlı xanımlarımız isə "sap" formasında daha nazik qaşlardan xoşlanırlar.

- Əksəriyyət kişilər bu mövzuya diqqət etməsələr də qadının baxımlılığı onun dırnaqları ilə müəyyən edilir. Bir çox qadınlar uzun dırnaqlara sahib olmağa üstünlük verirlər. Bu halda açıq rəngli dırnaq boyalarından istifadə etməlisiniz. Əks halda tünd rəngli dırnaq boyası sizə yaraşacaq. Dırnaqlarda adətən bir rəngdən istifadə daha gözəl görünür, nəinki müxtəlif bəzəklər...
- Saçlar qadının görünüşündə mühüm yer tutur.
Hazırda daha çox uzun saçlar dəbdədir. Saçlarınızı hər zaman düz formada saxlasanız daha yaxşı olar. Buruq saç stillərindən isə məxsusi günlərdə istifadə edərsiniz. Əgər saçlarınızda ağarma baş vermirsə rəngi dəyişdirmək sərfəli deyil. Mütəxəssislər ümumiyyətlə, otuz yaşına qədər saç rəngini dəyişdirməməyi məsləhət görürlər. 
- Zinət əşyalarından sadələrə üstünlük verərsəniz daha yaxşı olar. Lakin qızılı və sarı rənglərdən istifadə edin. Boyunbağılar hər geyimə uyğun gəlmir, bu mövzuda diqqətli olun. Saçlarınızı yuxarıdan yığırsınızsa halqa sırğalara üstünlük verə bilərsiniz.
- Makiyaj hər bir qadın üçün son dərəcəli və xeyli əhəmiyyətli mövzudur. İlk olaraq onu deyim ki, zərli, qatı makiyajdan gündəlik istifadə etməyin. Həmçinin də ağardıcı krem və pudralar. Dodaq boyası düzgün makiyajın başlıca göstəricisidir. Tünd qırmızı rəngdən istifadə məsləhət deyil. Göz qələmini içəriyə doğru çəkərsəniz, gözləriniz kiçik görünəcək.

- Və...Ən əsas mövzu: geyim seçimi.
İlk olaraq onu qeyd edim ki, kiminsə əynində görüb bəyəndiyiniz deyil, özünüzə yaraşacaq geyimləri seçin. Öz bədəninizi tanıyın və ona uyğun libaslar seçin. Qarderobunuzda tünd, gözəçarpan rəngdə geyimləri yerləşdirin. Açıq-saçıq geyimlərdən istifadə etməklə gözəl görünəcəyinizi düşünməyin, zövq ən qapalı geyimdə də özünü göstərəcək, ayrıca bir sıra geyimlər xanımlarımızın bəzi qüsurlarını da ortaya qoya bilər. Unutmayın, necə bir geyim seçəcəyinizə ən doğru cavab hara gedəcəyiniz ola bilər. Dəbdə olmayan geyimlərdən istifadə etməkdən çəkinməyin, dəbi siz də yarada bilərsiniz.
 
 
Hər zaman gözəl azəri xanımları üçün....
                                                              

ESMERRi | 14 aprel 2016 18:37 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Meryem_Duyqu
Qadın-zamandan və şəraitdən asılı olmayaraq, mütləq özünə baxmalıdır.
Təşəkkürlər, Nigar.Maraqlı xəbər alınıb.
dılay | 27 noyabr 2015 11:19 | Status: Brilliant user | Şərh: 8 185
Sitat: SEVA
qadin gerek her zaman ozune baxsin
Dəniz qızı | 22 iyul 2015 22:16 | Status: Brilliant user | Şərh: 8 019
Sitat: SEVA
qadin gerek her zaman ozune baxsin
Nergiz love | 24 mart 2015 18:28 | Status: Professional user | Şərh: 7 871
Tesekkurller
Lady Nara | 14 yanvar 2015 13:07 | Status: VİP user | Şərh: 1 026
eledir tsk.ler
SEVA | 12 sentyabr 2014 01:11 | Status: Professional user | Şərh: 5 151
qadin gerek her zaman ozune baxsin
Nigar_ | 23 avqust 2014 09:17 | Status: Professional user | Şərh: 2 126
Sitat: Meryem_Duyqu
Təşəkkürlər, Nigar.Maraqlı xəbər alınıb.

Çox sağ ol canım.Nə təşəkkür paylaşıram bildiklərimi sadəcə...
Sitat: TENHA_MELEK
Tam raziyam.

Booy salam az günü!Hardaydın gəl e gəl Şoko xəbər lentini dağıdır.
Ay_Sun | 22 avqust 2014 23:47 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: Meryem_Duyqu
Qadın-zamandan və şəraitdən asılı olmayaraq, mütləq özünə baxmalıdır.
Təşəkkürlər, Nigar.Maraqlı xəbər alınıb.

Tam raziyam.
Meryem_Duyqu | 22 avqust 2014 20:43 | Status: Yazar | Şərh: 4 130
Qadın-zamandan və şəraitdən asılı olmayaraq, mütləq özünə baxmalıdır.
Təşəkkürlər, Nigar.Maraqlı xəbər alınıb.
shela | 22 avqust 2014 13:52 | Status: Gümüş user | Şərh: 2 910
Eynen bele edirem canim menim.Teshekkur semimi xebere gore 0137
Vetenperver | 21 avqust 2014 23:23 | Status: Professional user | Şərh: 6 700
Baxımlı xanımlar çox yaraşıqlı və cəlb edici görsənirlər.Belə qadınlara adam istər istəməz həvəs görsədir,baxanda elə bil adam zövq alır,gözəllik görür,xoş hisslər yaşayır,qadınlıq görür.Baxımlı olmaq üçün ən əsası maddiyat lazımdır,misal üçün məktəb direktorları həmişə baxımlı qadınlar olurlar,gənc baxca direktorları,ya deputat qadınlar ya hardasa rəhbər işçi işləyən qadınlar həmişə göz qabağnda olduqları üşçün həmdə maddi imkanları yaxşı olduqları üçün baxımlı və yaraşıqlı olurlar.Baxımlı qadınlara daha çox hörmət edilir nəinki pinti qadınlara.Bədən quruluşunu buraxan qadınıar yəni çox kilolu qadınlara baxanda adam iyrənir sanki.
vanessa | 21 avqust 2014 20:26 | Status: Qonaq | Şərh: 0
Sitat: cuci
CAN XLORA DUSMUSDUN???????

kislotaya duumusdum,canimmm

Sitat: GUN 22
bax zeri demedi deme goz deyejeh sene /bu seklini gizlet gelecekde qaynana gosteresen /yaziq cavan gedejeye amma/di baxda/insafla davran

Yavas-yavas gostercem,birinci cenesini ve s.,en sonda da saclarini....
Allah rehmet etsin,yaxsi arvad idi...Heyif nakam getdi 0106
Nigar_ | 21 avqust 2014 18:09 | Status: Professional user | Şərh: 2 126
Sitat: NURLU
yeri gelmisken o musabiqenin axri ne oldu??

Deyəsən Şoko səsə qoymadı.Şokodur da bu gün dediyi ilə sabah dediyi düz gəlmir.)))
Sitat: GUN 22
men sa demedimimi ....qasi ,men sa demedimmi civine uzerlih qoy agez men sa demedimmi duz at basindan boyyyy/ejeb oluf sa

Düz deyirsən mama da onu deyir həmişə.)))
DENIZ QIZI3 | 21 avqust 2014 17:26 | Status: Gümüş user | Şərh: 3 858
Qadin oz halal eri ucun bezenib duzenmelidir.
Lale | 21 avqust 2014 16:24 | Status: Yazar | Şərh: 3 264
Hamımız hər şeyi yaxşı bilirik, amma nədənsə çoxlarımız ərə getdikdən sonra görnüşümüzə diqqət etməyi unuduruq. bəlkə də fikirləşirik ki, əşi tay ərə getdim də. evdə nə baxacam özümə, i tak saydyot.Amma unuduruq ki, kişilər gözləri ilə sevirlər.çalışın baxımlı xanım hər zaman olun. təkcə qonaq və ya gəzməyə gedəndə yox)
xəbərə görə təşəkkürlər smile
SABINA | 21 avqust 2014 14:41 | Status: Professional user | Şərh: 7 410
Sitat: vanessa
Bes menim yeni avatarim necedir,oz usaqligimdir haaa

CAN XLORA DUSMUSDUN??????? 0116
SEVDA | 21 avqust 2014 13:57 | Status: Nəzarətçi | Şərh: 17 443
Xebere göre twk...
NURLU | 21 avqust 2014 12:50 | Status: Professional user | Şərh: 5 554
Sitat: gulcin777
Maraqli, lazimli xeberdir. Tesekkurler xebere gore.


Sitat: Nigar_ 
Şokoladın işidir onun "Özümlə qürur duyuram"müsabiqəsindən sonra iraq iraq elə bil dəyişmişəm)))

yeri gelmisken o musabiqenin axri ne oldu??
Nigar_ | 21 avqust 2014 11:59 | Status: Professional user | Şərh: 2 126
Sitat: GUN 22
Azzz erim deyir gozelsende ta mende guzguye baxmiram deyirem gozelem sen cani bi deyqe dayan guzguye baxim............. ana bu menemmi elebildim meymundu yadima iresqi dusduki otagda tekem iraq olsun bu nedi nece gozellemise ozum diysindim ozumden

deyirəm ay bacı hamısı Şokoladın işidir onun "Özümlə qürur duyuram"müsabiqəsindən sonra iraq iraq elə bil dəyişmişəm))))
Naranin Ureyi | 21 avqust 2014 10:27 | Status: Gümüş user | Şərh: 1 578
Xeber vacib ve maraqlidir. Tewekkurler.
Nigar_ | 21 avqust 2014 09:51 | Status: Professional user | Şərh: 2 126
Şərh yazan hər kəsə təşəkkürlər.
MELEK_ | 21 avqust 2014 09:17 | Status: Professional user | Şərh: 3 949
hmm, bilirdim, love emeye hormet
ŞehZam | 21 avqust 2014 01:00 | Status: Professional user | Şərh: 2 577
Təşəkkürlər, özümə qarşı diqqətli və zövqlüyəm feel
Gulumka | 21 avqust 2014 00:45 | Status: Şərhçi | Şərh: 904
Tesekkurler Nigar!
birdane | 21 avqust 2014 00:29 | Status: Professional user | Şərh: 3 727
tesekkurler
vanessa | 20 avqust 2014 22:46 | Status: Qonaq | Şərh: 0
Sitat: GUN 22
Azzz erim deyir gozelsende ta mende guzguye baxmiram deyirem gozelem sen cani bi deyqe dayan guzguye baxim............. ana bu menemmi elebildim meymundu yadima iresqi dusduki otagda tekem iraq olsun bu nedi nece gozellemise ozum diysindim ozumden

Bes menim yeni avatarim necedir,oz usaqligimdir haaa 0116
vanessa | 20 avqust 2014 22:22 | Status: Qonaq | Şərh: 0
Sitat: GUN 22
baximliyam yeteri qeder twk

Ay qizzz,besdir ozunu terifledin,kendini beyenmis cadi 0116
Ag Gul | 20 avqust 2014 21:40 | Status: Professional user | Şərh: 4 333
Sitat: indra
Maraqli ve lazimli xeberdir
indra | 20 avqust 2014 20:44 | Status: VİP user | Şərh: 908
Maraqli ve lazimli xeberdir
dream reality | 20 avqust 2014 20:20 | Status: Professional user | Şərh: 1 449
Lalizimli xeberdi tewekkur ureyim... 0109