Gözəllik / Gözəllik sirləri

Bitki yağları ilə gözəlləşək...

MELEK_ | 25-05-2014, 08:30
5 879 18

 

 

 

 


Efirli bitki yağları üz masajları üçün xeyirlidir, həm quru, həm də yağlı dəri üçün bir gecə kreminin yerini doldura bilər. Amma efirli yağlar başqa bir bitki mənşəli yağa uyğun miqdarda qarışdırılaraq istifadə edilərlər. Göstərilən miqdarda bir qabda qarışdırıldıqdan sonra tünd rəngli bir şüşəyə əlavə edilir və yaxşıca çalxalanır. Yağların bir-birinə tam olaraq qarışması üçün bir neçə saat gözləmək lazımdır.
 
 Yağ qarışıqları

Yağlı dəri üçün 
 
15 damla limon yağı, 12 damla sərv yağı (və ya 10 damla kamfora yağı), 10 damla lavanta yağı, 50 ml soya yağı

Normal dəri üçün 

15 damla lavanta yağı, 4 damla gül yağı, 8 damla adaçayı yağı və 50 ml küncüt yağı

Quru dəri üçün 

15 damla razyana yağı (və ya may çobanyastığısı yağı), 5 damla lavanta yağı, 5 damla gül yağı və 50 ml badam yağı 

Yetkin dəri üçün

15 damla lavanta yağı, 5 damla kəklikotu yağı, 3 damla nanə yağı, 10 damla gül yağı və 50 ml zeytun yağı

Dərini qidalandıran maskalar dərini gücləndirən və gözəlləşdirən klassik vasitələrdir. Maskalar dərini dincləşdirir, dartır və qan dövranının normal işləməsinə şərait yaradır.



Efirli yağların təsirləri:

- Kamfora yağı: qan dövranını inkişaf etdirir və dərini canlandırıcıdır.
- Qərənfil yağı: dərini dincləşdirir və dezinfeksiya edir.
- Lavanta yağı: iltihablanmanın qarşısını alır, sakitləşdirici və hüceyrə yeniləyicidir.
- Limon yağı: dezinfeksiya edicidir. Qırılmağa meylli dırnaqların baxımında istifadə edilə bilər.
- Nanə yağı: Maddələr mübadiləsini tənzimləyir, dezinfeksiyaedici və qan dövranını nizamlayıcıdır.
-Oğulotu (melisa) yağı: sakitləşdirici və həssaslığı azaldıcı təsirə daxildir.
- May çobanyastığısı yağı: iltihablanmaın qarşısını alır və dərini sakitləşdiricidir.
- Şüyüd yağı: dezinfeksiyaedici, sakitləşdirici və təravətləndiricidir.
- Sərv yağı: toxumaları sıxışdırıcı və dezinfeksiyaedicidir.
- Portağal qabığı yağı (Bergamot): Antiseptik təsirə malikdir və yaxşılaşmağı tezləşdirir.
 



Hər zaman gözəl olun...

@ Tərcümə azadqadın.az saytına aiddir, istifadə edilərkən istinad mütləqdir!

my life is music | 26 yanvar 2015 14:29 | Status: Gümüş user | Şərh: 736
bele de cox da maraqli deyildi
Meryem_Duyqu | 26 may 2014 20:24 | Status: Yazar | Şərh: 4 130
Məsləhətləriniz üçün çox sağ olun.
MELEK_ | 26 may 2014 10:08 | Status: Professional user | Şərh: 3 949
fikirleriniz ucun tesekkur
Röyamsan. | 25 may 2014 18:14 | Status: Brilliant user | Şərh: 6 103
Faydalı xəbər üçün təşəkkürlər Mələk.
Gülçin | 25 may 2014 17:53 | Status: Brilliant user | Şərh: 6 781
Faydalı məsləhətlərdir,təşəkkürlər.
Lumia | 25 may 2014 17:45 | Status: Professional user | Şərh: 5 380
Herden edirem zeytun,badam yaglarindan maska uzume,ele de ehtiyacim yoxdu.Tesekkurler.

SABINA | 25 may 2014 17:04 | Status: Professional user | Şərh: 7 410
xeber ucun tesekkur canim meleyim
birdane | 25 may 2014 16:33 | Status: Professional user | Şərh: 3 727
tesekkurler
ŞehZam | 25 may 2014 16:15 | Status: Professional user | Şərh: 2 577
Menim derim qurudur, muxtelif nemlendiriciden istifade edirem. Cox sag olun melumat ucun
Ayanim | 25 may 2014 15:20 | Status: Gümüş user | Şərh: 1 920
uzume tez tez bugda yagi vururam
N....N92 | 25 may 2014 14:49 | Status: Professional user | Şərh: 4 352
xeber maraqlidir..
SEVDA | 25 may 2014 14:12 | Status: Nəzarətçi | Şərh: 17 443
melumatlara gore twk...
KoNkReT | 25 may 2014 13:36 | Status: Gümüş user | Şərh: 951
Üzüme yağ vurmaqdan çekinirem,çünki bir defe zeytun yağını üzüme çekdim özümü çoox yağlanmış hiss etdim..Bundan sonra üzüme heç yağ vurmamışam.Teşekkürler melumat üçün
Ella... | 25 may 2014 12:17 | Status: Qonaq | Şərh: 0
Cox sagolun faydali bilgilere gore
Nergiz love | 25 may 2014 12:14 | Status: Professional user | Şərh: 7 871
getdi secilmislere
ehtibar | 25 may 2014 10:27 | Status: Gümüş user | Şərh: 2 547
maraqlidir twk
Aynur_Mezahirli | 25 may 2014 09:22 | Status: Qonaq | Şərh: 0
Meleyim faydali xeber ucun tesekkurler atdim secilmislere...
Gulshen. | 25 may 2014 09:08 | Status: Qonaq | Şərh: 0
Maraqli qarisiqlardi twkler