Gözəllik / Gözəllik sirləri

Seksual kirpiklərə sahib olmaqçun...Və daha nələr

RaySum | 5-02-2017, 13:30
1 766 0
 

Makiyaj mütəxəssisləri gözəl görünməklə əlaqədar bütün sirləri bilirlər. Gözəlliyin hakim olduğu dünyada tətbiq olunan kiçik hiylələri  də ancaq onlar bilir. Daha əvvəl eşitmədiyiniz sirləri öyrənmək üçün oxumağa davam edin.
 
 

 
Yağ təbəqəsindən xilas olun
 
Dərinizdəki parıltını nəzarət altına almaq və dəri yağını təmizləmək üçün istifadə etdiyiniz kağızlarla yanaşı deodorant ilə də bu işi edə bilərsiniz. Barmaq uclarınıza deodorant vurun və bunu göz altlarınıza ,eləcə də digər ehtiyac olan bölgələrinizə kiçik toxunuşlarla tətbiq edin. Bu dərinizin mat görünməsini təmin edəcəkdir. 
 
 Rəngli göz linerini sınaqdan keçirin
 
Eyelinerınızı dəyişdirmək gözlərinizin daha böyük və parlaq görünməsini təmin edər. Mürdüm əriyi, zeytun yaşılı və açıq rəngləri istifadə edin. Qara rəng gözləri bağlayır və daha kiçik görünmələrinə səbəb olur, çünki tünd rənglər gözlərinizi geri planda buraxarlar. Qara yerinə qəhvəyini belə istifadə etsəniz, gözləriniz daha çox ön planda olacaqdır.
 
 
Qaşlarınızı şəkilləndirin ,gözlərinizi böyüdün
 
Gözlərinizin daha çox ortaya çıxması üçün ,bütün əzələnizin altına kirşan (pudra) istifadə edə bilərsiniz. Kirşanı xüsusilə orta qismə və maili sahəyə daha çox tətbiq edin. Bu sahə, əzələnizin ən yüksək hissəsi olduğu üçün insanlar gözlərinizin daha böyük olduğunu düşünəcəklər .Daha sonra qaşlarınıza saçlarınızın rəngində, toz halında olan göz kölgəsi tətbiq edin və qaşlarınızı diqqətlə çarpazlaşdırın. 
 
Kirpiklərinizə yaş görünüşü verin  wink
 
Kirpiklərinizin yaş, sanki hovuzdan çıxmış kimi bir-birinə yapışıq durmasından daha seksual bir şey yoxdur. Bu da sizə həmin görünüşün sirri; əvvəl kirpiklərinizə şəffaf qaş sabitləyicilərdən tətbiq edin, sonra da bir qat qara tuş istifadə edin. Bununla da qruplaşmış, yaş görünüşlü və seksual kirpiklərə sahib olacaqsınız. 
 
Pomadanız olduğu yerdə qalsın
 
Eyni şəffaf qaş sabitləşdirici məhsulunu pomadanızı idarə altında tutmaq üçün də istifadə edilə bilərsiniz. Şəffaf qaş sabitləyicinizi dodaq ətrafınızda gəzdirsəniz, pomadanızın axmasına maneə ola bilərsiniz. 
 
Hamar dırnaqlar
 
Dırnaq kremi ilə dırnaq üstündəki bütün çıxıntılardan xilas ola bilərsiniz. Bu eyni zamanda dırnaqlara gözəl bir parıltı verəcək.
 
Tuş istifadə etməklə dolğun kirpiklərə sahib olun
 
 
Kirpiklərinizin ortaya çıxması üçün mütləq tuş istifadə etmənizə gərək yoxdur. Həcimli görünən kirpiklərə sahib olmaq üçün tünd qəhvəyi, ya da qara rəngdə göz linerini gözünüzün üst kənarına çəkin ( kirpiklərinizin təpəsinə deyil, aralarına və altlarına doğru çəkin). Bu kirpiklərinizin daha qalın və həcimli görünməsini təmin edəcəkdir. 
 
Haydi xanımlar, bir an əvvəl bu təklifləri sınaqdan keçirin və bizə  ən çox hansının sizdə işə yaradığını söyləyin! 



@Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.