Gözəllik / Gözəllik sirləri

Son zəng gecəsində qüsursuz görünmənin yolları

Feriha. | 6-05-2018, 08:00
978 0





Məzuniyyət günləri yaxınlaşır.Məzun olma coşğusuyla əylənməyi xəyal edərkən digər tərəfdən də ən qüsursuz olmaq üçün məşğul olacaqsınız.Gözəl və maraqlı görünmək üçün çox şişirdilmiş saç,makiyaj,paltar və ayaqqabı seçmənizə ehtiyac yoxdur.Məqsəd yaşınıza uyğun təbii bir görünüşlə qüsursuz olmaqdır.

Budur sizə kiçik tövsiyyələr.


Saç.
Qısa saçlara sahibsinizsə yaş görünüşlü,geriyə daranmış saçlar ilə müasir bir görünüşə sahib ola bilərsiniz.Uzun,düz saçlara sahibsinizsə,dalğalı bir fenlə düzəltdirib yarım yığa bilər ya da açıq qoya bilərsiniz.Yüngül dalğalı saçlılar,düz bir fen çəkdirib möhkəm toplanmış bir atquyruğu ilə olduqca havalı görünə bilər. Buruq saçlara sahibsinizsə,sərbəst buraxın və saç şəkilləndiricilərlə şəklini qoruyun.Paltarınızı tamamlayacaq bir bant sizi çox qəşəng göstərəcək.Amma "Mən toppuzdan imtina etmərəm,-desəniz, bu ilin ən trend modeli təpədən toplanmış sanki evdən çıxıb gəlmişcəsinə təbii görünəcək bir modeli də seçim edə bilərsiniz.


Makiyaj.
Saçlarınız nə qədər əhəmiyyətlidirsə,makiyajınızda o qədər qüsursuz olmalı, şişirtmədən,yaşınıza uyğun təbii amma göz qamaşdırıcı görünməlidir. Şişirdilmiş tonal kremdən uzaq durun. Hamar görünmək üçün qəlibləşmiş maska kimi dayanan bir görünüşə sahib olmayın. Dəri rənginizə uyğun bir tonal kremi seçin. Paltarınız nə rəngdirsə,onun tonlarını gözlərinizdə uyğunlaşdırmağa çalışın. Şaftalı və bənövşəyi tonlarında ənlik seçin. Çünki dərinizin daha canlı görünməsini təmin edər. Açıq rəngli pomadalar, məsələn bənövşəyi və tonları daha təbii və yaşınıza uyğunolanənı seçin.


Paltar.
Bu gecə üçün ən ideal seçimlər qısa mini paltarlar.Geniş çiyinlərə sahibsinizsə straplez mini bir paltar pastel tonlardakı rənglərlə birləşincə sizi olduqca qəşəng göstərəcək. Bu il də tək çiyinli paltarlar çox dəbdədir.Xüsusilə,qara və mavi kimi iddialı rənglərlə gecənin ən qəşəng görünənləri arasına girə bilərsiniz. Sinə və kürək detalı bağlı qara,ağ və qırmızı bir paltar ilə gecənin ən diqqət çəkici namizədlərindən biri olmanız üçün kifayət edəcək.


Ayaqqabı və çanta.
Düz,əsaslı daşlarla bəzənmiş rəngarəng sandaletler ya da babetler seçim edə bilərsiniz.Dikdaban seçəcəksinizsə də,daha rahat olması üçün platforma dikdaban ayaqqabılar ilk seçiminiz olmalıdır.Ayaqqabınızla çantanız paltarınızla eyni rəng ola biləcəyi kimi, paltarınızdakı tonlara uyğun rənglərdə kombinə edə bilərsiniz.

Saytımızda bir neçə məzun olacaq və artıq məzun adını almış xanımlar var.Məzun olmuş xanımlar,siz məzun olduğunuz gecədə geyiminizi xatırlayırsınızmı?Bəs məzun olmağa hazırlaşan xanımlar,məzun gününüz üçün geyim seçmisinizmi?



Redaktə etdi:ILKINIMIN ARZUSU.