Gözəllik / Gözəllik sirləri
Üz şəklinə görə günəş eynəkləri necə seçilir?
RaySum | 2-05-2013, 12:00
9 361 34
Yay fəslinin ayrılmaz aksessuarlarından biri də eynəklərdir.Havalar istilənən kimi yeni bir sual ortaya çıxır bizdə:necə,hansı formalı eynək seçməli?Üz quruluşuma uyğun eynəyi necə tapmaq olar?Bu və bu kimi suallara cavab tapmaq istəyən xanımlar üçün bir neçə məsləhətimiz var. . .
Kvadrat üz-Sandra Bullock
Xüsusiyyətləri: Geniş alın, geniş kvadrat çənə, diqqətə çarpan üz sümükləri
Sizə ən çox oval və yumru çərçivələr yaraşar. Üzünüz kifayət qədər iti olduğundan yumşaq çərçivələr seçməlisiniz. Çox həndəsi ya da düzbucaqlı çərçivədən çalışın uzaq durun. Eynək elə seçilməlidir ki,çənəniz diqqəti cəlb etməsin.
Oval üz-Beyonce
Xüsusiyyətləri: Mütənasib üz cizgiləri,alına görə daha incə çənə
Çox şanslısınız, çünki bütün çərçivələr sizə çox yaraşır! Mövsümün trendi yumru eynəklər tam sizə görədir.Ehtiyat edə biləcəyiniz tək çərçivə modeli isə çox geniş olanlardır.
Yumru üz-Mila Kunis
Xüsusiyyətləri: Dolğun yanaq bölgəsi, kiçik çənə, mütənasib üz sümükləri
Bucaqlı və həndəsi modellər sizə çox yaraşacaq.Kiçik və aşağı doğru genişlənən çərçivədən uzaq durun.
Ürək üz-Rihanna
Xüsusiyyətləri: Geniş alın, incə uzun çənə
Kiçik, yumru çərçivələr üz şəklinizə ən çox yaraşan modeldir. Diyirlənmiş küncləri istifadə edin.Dekorativ və alın tərəfdə çox geniş çərçivələri seçməyin.
Uzun üz-Sarah Jessica Parker
Xüsusiyyətləri: Eninə görə daha uzun üz sümüklər,iti çənə sümüyü
Geniş çərçivələri rahatlıqla istifadə edə bilərsiniz. Göz ətrafı daha uzun olan modelləri seçim edin. Dekorativ çərçivələr də sizə çox yaraşacaq.Çalışın,kiçik, dar və yumru çərçivələr istifadə etməyin.
Üçbucaq üz-Reese Witherspoon
Xüsusiyyətləri: Dar çənə, geniş alın
Qalın çərçivələr sizə çox yaraşacaq. . Alın bölgəniz genişdirsə,yumru kənarlı kiçik modelləri seçim edə bilərsiniz.