Gözəllik kitabları / Gözəllik sirləri

Ətir alarkən nələrə diqqət etmək lazımdır?

leyla meherremova | 13-08-2014, 10:30
5 040 33
 

  http://s60.radikal.ru/i167/0903/50/db6daef08471.gif  http://s60.radikal.ru/i167/0903/50/db6daef08471.gif

 

Qadın ətiri qadın paltarları qədər əhəmiyyətli və çətin bir mövzudur. Mövsümün moda ətirlərini də bilmək lazımdır, hansı dəri rənginə hansı ətirlər gedər bunları bilmək lazımdır. Ən sıx edilən səhv isə bir tanışınızda iylədiyiniz bir ətiri dərhal almaqdır. Çünki hər bədən rəngi və quruluşu fərqlidir və qoxular hər insanda başqa iy verir. Hətta bir ətir bəzi qadınlarda son dərəcə qalıcı olduğu halda eyni qoxu bir başqa qadında heç qalıcı olmaz. Buna görə də ətir alarkən bütün detalları yaxşı bilmək lazımdır.

 

 

Ətir alarkən nələrə diqqət etmək lazımdır?

Əvvəlcə mövsümün dəbli ətir markalarına göz atmağı unutmayın. Paltarlar qədər ətirlərində bir modası vardır və dəbdən düşmüş bir qoxu çox itələyici görünmənizə səbəb ola bilər.

Ətir alarkən bədən rənginizə uyğun qoxuları seçməlisiniz. Çünki sarışın və ağ bədənli bir qadın ilə əsmər və qara dərili bir qadın eyni qoxunu istifadə etməməlidir. İkisində də eyni ətir fərqli şəkildə qoxu verər.

Sarışınlar necə ətirlər seçim etməlidir

Sarışın və ağ bədənlisinizsə ədviyyatlı qoxulardan uzaq durmalısınız. Bu tip ağır qoxuları sarışınların bədənləri qaldıra bilməz. Çiçək ağırlıqlı qoxular sarışınlara daha çox yaraşacaq və çiçək ağırlıqlı qoxularla sarışınların bədənləri çox uyğundur. wink

Sarışınlar eyni zamanda meyvə qoxulu ətirləri də qiymətləndirə bilərlər. Meyvə ağırlıqlı qoxular da sarışınlara çox yaraşar.

Əsmərlər necə ətirlər seçməlidirlər?

Əsmər və buğdayı dərili qadınlar daha çox ədviyyat və şokolad tərkibli qoxuları seçim edə bilərlər. Onların bədənləri bu tərz qoxuları rahatlıqla qaldırar. Sarışınlara təklif etdiyimiz çiçək və meyvəli qoxular isə əsmərlərdə eyni gözəl təsiri yaratmaya bilər. Həm çox yüngül qalar həm də sarışın bir qadının bədənində ətir verdiyi kimi gözəl qoxu verməz.

Ətirin qalıcı olması üçün edilə bilər?

Ətir təmiz bir dəriyə tətbiq olunmalıdır. Ətir yüngül uzaqdan və bir neçə fıs şəklində sıxılmalıdır. Ətirinizi nəbzinizi atdığı nöqtələrə sıxmağa çalışın. Məsələn bilək içlərinə, boyun bölgəsindəki nəbzinizi atdığı yerlərə. Bu vaxt əhəmiyyətli bir detal da ətiri duş  qəbul edirmiş kimi çox sıxmayın. Bu ətirin fərqli iy gəlməsinə və narahatedici şəkildə sıx qoxumasına səbəb olacaq. Doğru nöqtələrə bir neçə fıs kafi olacaq. Gün içərisində eyni əməliyyatı təkrarlaya bilərsiniz. Ətirinin çox sıx iy verməsini istəmirsiənsə, qoxunu bədəninə birə-birə təmas etdirmədən havadan üzərinə sıxın sına. Ortalıqda gəzinərkən qoxunun buram buram yayılmasını istəyirsinizsə, ətiri saçlarınıza da sıxmalısınız.
 
 http://aynurunblogu.a.y.pic.centerblog.net/92ceb399.gif
 

dılay | 20 fevral 2016 10:50 | Status: Brilliant user | Şərh: 8 185
tewekkurler
Sunay Elizade | 28 may 2015 14:57 | Status: Gümüş user | Şərh: 2 157
sabinada aldigim etirler superdi
boris arxan | 4 may 2015 02:29 | Status: Professional user | Şərh: 4 784
təşəkkürlər canım.
FarizEhmedli | 18 aprel 2015 15:56 | Status: Şərhçi | Şərh: 198
maraqliydi tesekkurlet cox
nurlana nurlana | 10 fevral 2015 20:05 | Status: Gümüş user | Şərh: 1 950
Menim tündü cekici iylerden xosum gelir
aksi | 9 oktyabr 2014 13:57 | Status: Qonaq | Şərh: 0
Qızlar aranızda LAURİN ətri işlədən olub?Onu bir dəfə mənə hədiyyə extmişdilər.indi o əsrdən tapmıram
Lale | 19 avqust 2014 21:58 | Status: Yazar | Şərh: 3 264
Sitat: leyla meherremova
bizim gözəl həyat başqa cür qoxuyur axı...)))

Bacı can,uje məndə sual yaratdın. necə qoxuyur bizim şirin həyat?))
Lale | 17 avqust 2014 21:29 | Status: Yazar | Şərh: 3 264
Sitat: Vetenperver
Amma bizim çoxumuz həqiqi ətirdən yəni parfümdən istifadə etmirik,"tualetnı" vodadan istifadə edirik.

səbibi bilirsiz nədir? çünki tualetnaya voda ucuz olur. parfyumerni voda da duxidən ucuz olur)) tualetni vodanın vurulduqda qalma müddəti 3-4 saat, rarfyumerini vodanın qalma müddəti isə, 6-8 saat olur. duxi 1-2 sutka qalır)

Sitat: leyla meherremova
Yox bu çox şirin oldu..

lap istəyirəm ətirlər haqqında məsləhtlər xəbəri hazırlayım smile nə deyirsən?
bu ətrin tərcuməsi prekrasnoya jizn deməkdir. yəqin gözəl həyat belə şirin qoxuyur smile
Vetenperver | 17 avqust 2014 14:23 | Status: Professional user | Şərh: 6 700
Mən əvəllər ətir vuran deyildim,ancaq toydan toya.Amma son vaxtlar yaman ətir sevən olmuşam.Namaz qılmamışdanda əvvəl yağ ətiri vurub gedirəm namaza.
Ətirlərin adlarını yadımda saxlamıram,hansı xoşuma gəlirsə onuda alıram.Amma "tualetnı voda" ətirləri çoxda qalmır iyi,qoxusu çox qalan ətirlər "parfüm" ətirləridir.Əslində "parfüm" sözü ingiliscə bizim dilə tərcümədə "perfume" ətir deməkdir,rus dilindədə "duxi".Amma bizim çoxumuz həqiqi ətirdən yəni parfümdən istifadə etmirik,"tualetnı" vodadan istifadə edirik.
Lale | 16 avqust 2014 22:11 | Status: Yazar | Şərh: 3 264
Sitat: FARIZ NAMAZLI
məsələn La vie est belle

çox şirin qoxu sevənlər üçün, pis aromat deyil. məncə qış üçün daha yaxşıdır. birdə ki, gənc qızlar üşün bir az ağır iydir. konfet iyi gəlir bu ətirdən)))
Fariz, bundasa Christian Diorun- Dior Addict 2 ətrini iyləyin. əminəm ki, çox xoşunuza gələcək. Versace Bright Crystal-la oxşarlığı vardır. bu aromat da insanı yormur və xoş təsir bağışlayır))
FARIZ NAMAZLI | 15 avqust 2014 23:12 | Status: Hüquqşünas | Şərh: 993
Sitat: leyla meherremova

Sizdə dövlət standartıdır də kənara çıxmaq qəti qadağandır... laughing


məsələn La vie est belle parfumu
Lale | 15 avqust 2014 22:19 | Status: Yazar | Şərh: 3 264
Sitat: leyla meherremova
Vallahi Laliçkam, bu cür şərhdən sonra pul mükafatı sənə düşür...

Versələr, kişi qızı kimi böləjəm wink mən paxıl qız deyiləm)))
Lale | 15 avqust 2014 22:05 | Status: Yazar | Şərh: 3 264
Sitat: FARIZ NAMAZLI
Versage Pink

Bu aromat ilə tanışlığım 3 il bundan əvvəl olub.Parfyumeriya və kosmetika mağazası olan Riv Qoş-a tuş alamağa girmişdim. Versace Pinkin flakonu məni özünə cəlb etdi. Probniki götürüb iylədim.Çox incə və qadınlıq iyi kimi mənə təsir etdi. təbii ki aldımda)) çox sadə ətri vardır. sadəliyi ilə birgə incəliyi, gəncliyi və cəlbediciliyi vardır. sanki bir magiyadır.adam özünü rahat hiss edir bu aromatla. Romatik və nostalji hissler bexş edən bir ətirdir. Versace Bright Crystal-dedikdə, mənim gözlərim önündə bahar, yaz çiçəkləri, dəniz, incə titrək öpüşlər canlanır... love
P.S.Fariz, Versace bu ətrin reklmaı üçün, gərək sizə pul verə))
SEVDA | 15 avqust 2014 16:18 | Status: Nəzarətçi | Şərh: 17 443
Çiçek etirli qoxulardan istifade edirem.twk xebere göre
FARIZ NAMAZLI | 15 avqust 2014 08:04 | Status: Hüquqşünas | Şərh: 993
Sitat: Lale
A Leyla, maa hansi etri meslehet gorusen?


Versage Pink smile
Lale | 14 avqust 2014 22:49 | Status: Yazar | Şərh: 3 264
Sitat: leyla meherremova
Yox mən 50 ml. alıram, ancaq xoşum gələn ətiri alıram də ancaq arada başqasını istifadə edirəm, çünki iyə öyrənirəm elə bilirəm ətirin iy çıxmır, çox vururam onda, ancaq dəyişəndə hiss edirəm ...))

50ml-da alıram) 100 dən amma tez bezirəm. o qədər yarımçıq götürüb tullamışam ki)))
sənin iyini bilirəm mən. wink
Lale | 14 avqust 2014 21:44 | Status: Yazar | Şərh: 3 264
Sitat: leyla meherremova
Öldürməzdi...)) Əla məsləhətlərdir canım qatılıram...

deyir, məsləhətli don gen olar))
cox ətir alanam. 30ml alıram hər zaman, amma müxtəlif cür) çox gec qurtarır deyə adam bezir)
Lale | 14 avqust 2014 21:16 | Status: Yazar | Şərh: 3 264
Sitat: leyla meherremova
Qız saa ətir lazım deyil, sən elə özün ətirli gülsən... ))

Jan Batist Qrenuya əsər qəhrəmanı olmasaydı,onda məni yuz faiz tutub öldürmüşdü )))

Əsas odur ki, ətri alanda çox alasan. flakonunun həcmi az olsun, amma ətirlər müxtəlif olsun. yayın öz ətri, qışın öz ətri olur. veçerni ətirdə olur)) yayda əsas tünd olmayan açıq iyli ətirlərdən istifadə etmək lazımdır. birdə hər insanın da öz bədən iyi olduğu üçün, ola bilsin ki, kimdəsə iylyib xoşunaza gələn iy, öz bədəninizdə başqa cür qoxusun)
nurane55 | 14 avqust 2014 20:18 | Status: Professional user | Şərh: 1 849
Xəbər nəzərimdən necə yayınıb?!Dəyərli məsləhətlər üçün təşəkkürlər canım.
Nigar_ | 14 avqust 2014 13:39 | Status: Professional user | Şərh: 2 126
Sarışın və ağ bədənlisinizsə ədviyyatlı qoxulardan uzaq durmalısınız.

Bəs hansı qoxulara yaxın duraq?
Nigar_ | 14 avqust 2014 10:58 | Status: Professional user | Şərh: 2 126
Təşəkkürlər.Sarışınlar var,əsmərlər var amma yazıq mənim kimi ağbənizlərə hansı ətir yaraşar o yoxdur xəbərdə.
Gulshen. | 14 avqust 2014 09:03 | Status: Qonaq | Şərh: 0
Etir alanda hec neye diqqet etmirem.ne xosuma gelir onu da aliram
NURLU | 14 avqust 2014 09:00 | Status: Professional user | Şərh: 5 554
Sitat: GUN 22
kiz ksinin yaninda etir vuranda /yeni gece yatanda/sonra gunduz vuranda bitmirki?

kiz 1 etiri -6-7 defe islederem ya yox,yeni vuraram,
etir kecen ay 4denesin tulladim getdi,coxluqdan vaxti kecmisdi,qaldiqca etrin iyin beyenmirem,4dene tulladiqim etir sehv etmiremse 2007 alinan etirler idi. 0116 (senin kimi gulum))
Lale | 13 avqust 2014 21:49 | Status: Yazar | Şərh: 3 264
A Leyla, maa hansi etri meslehet gorusen?
Nara88 | 13 avqust 2014 21:20 | Status: Professional user | Şərh: 4 254
Sarışınlar eyni zamanda meyvə qoxulu ətirləri də qiymətləndirə bilərlər. Meyvə ağırlıqlı qoxular da sarışınlara çox yaraşar.

meyve qoxusunu goture bilmirem,gul qoxusuyla raziyam))

Sitat: GUN 22
mense soyuq etirleri sirinler mene bas agrisi verir

eynen menede canim,bir defe ad gunumde cox sirin parfum hediye etmisdiler,bilmeden vurdum inan olurdum,dehsetiydi((
ŞehZam | 13 avqust 2014 17:14 | Status: Professional user | Şərh: 2 577
Şirin ətirləri sevirəm..
shela | 13 avqust 2014 16:33 | Status: Gümüş user | Şərh: 2 910
Maraqla oxudum teshekkur Leyla
Mehri-Ban | 13 avqust 2014 14:52 | Status: Professional user | Şərh: 1 329
etirleri cox seviremşEsasen xefif qoxurariçtund ve sirin qoxulardan uzaq dururamçxebere gore tesekkur

Buna baxe az sirifti ile yazmusam noqteler c kimi cixin
ehtibar | 13 avqust 2014 13:06 | Status: Gümüş user | Şərh: 2 547
maraqli movzudur
Nazlı_Kız | 13 avqust 2014 12:54 | Status: Brilliant user | Şərh: 6 473
Xəbər üçün çox sağol canım mənim. 0109

P.S. Bu arada redakte mükəməl təşəkkürlər canım. 0109