Gözəllik / Gənc qalmağın sirləri

Dərini nəmləndirən və cavanlaşdıran içki-PİVƏ

Reyhan_Elizade | 14-08-2016, 13:30
7 139 17


Dərini nəmləndirən və cavanlaşdıran içki

 
Pivə maskası.
Qadınların üzdə qırışların qarşısını almaq üçün istifadə etdikləri kremlər əslində dərini tez qocaldırmış. Bunu rusiyalı alimlər müəyyən ediblər. 500-dən artıq belə kremi testdən keçirən mütəxəssislər müəyyən edib ki, onların tərkibindəki aktiv komponentlər əksər hallarda normanı bir neçə dəfə üstələyir. Bu da dərinin təravətini itirməsi prosesini düz 11% sürətləndirir. Amma təbii buğdadan hazırlanmış pivə əks effekt verir. Yəni cildin bir neçə yaş cavan görünməsinə kömək edir. Tərkibində olan pivə mayası və vitamin B, aminkislot, cürbəcür ferment və mineral maddələr sayəsində pivə üzün və bədənin dərisinə təsir edərək təmizləyir, nəmləndirir və cavanlaşdırır.



Pivə tərkibli maskalar və lasyonlar qırışların əmələ gəlməsinin qarşısını alır. Keçmişdə qadınlar üzlərini və sinələrini pivə köpüyü ilə silirdilər. Bu proseduradan sonra dəri son dərəcə incə olurdu. Pivəni təmiz halda losyon əvəzi istifadə etmək, ya da onun əsasında müxtəlif maskalar hazırlamaq mümkündür.

 


 Əgər dəriniz yağlıdısa, stəkanın 1/3 hissəsinə pivə töküb üzərinə yarım limonun suyunu sıxın və 1 çay qaşığı bal qarşıdırın. Alınan qarışığı üzünüzə çəkin, 10 dəqiqə saxlayın sonra isti su ilə yuyun.
 Yox əgər dəriniz qurudusa, 2 xörək qaşığı pivə, 1 çay qaşığı zeytun yağı və 1 xörək qaşığı balı qarışdırıb pambıqla üzə sürtün və dərinizə hopanacan saxlayın. Sonra üzü sərin su ilə yuyun.
 

 

 

 Qarışıq dərilər üçün pivə maskası ilə belədir: bir xiyarı sürtgəcdən keçirin, sonra onu 1 yumurtanın ağı və stəkanın 1/3 hissəsi qədər pivə ilə qarışdırın. Bu qarışığı üzünüzə çəkəndən sonra 10-15 dəqiqə saxlayın. Maska üzünüzdən axmasın deyə tənziflə örtə də bilərsiniz.


 Daha bir maska isə cavanlaşdırıcı təsir bağışlayır. Bişməmiş kartofu sürtgəcin xırda gözündən keçirin, 3 xörək qaşığı pivə və bir yumurta sarısını əlavə edin. Maskanı 10-15 dəqiqə saxlayın, sonra isə ilıq su ilə yuyun.
 Pivədən tək maskalar yox, həm də təmizləyici lasyon- toniklər hazırlamaq olar. Belə lasyonları 3-4 gün soyuducuda saxlamaq olar. Bu lasyonlarla üzünüzü təmizlədikdən sonra dərinizin tamamilə qurumasına imkan verin. Sonra üzü sərin su ilə yuyun. Bu proseduru səhər-axşam təkrar edin.
 

 

Yağlı və qarışıq dəri üçün lasyon hazırlamaqdan ötrü bir ovuc təzə, ya da quru nanəni qaynanmış su olan stəkana tökün və yarım saat dəmləyin. Sonra süzgəcdən keçirin və 1 stəkan pivəyə əlavə edin.
Təravətini itirmiş dəri üçün lasyonlar isə belə hazırlanır: 1 ovuc təzə ya da qurumuş gülün ləçəklərini bir stəkan pivəyə əlavə edin. Soyuducuda 5-6 gün saxlayın sonra süzgəcdən keçirin. 
 Pivədən həm də baş dərisinin müalicəsi, kəpəkdən qurtulma, saçların bərkidilməsi üçün də istifadə olunur.

Hər halda gözəlliyiniz öz əlinizdədir. Gözəlliyiniz pivə köpüyü qədər qısa olmasın.

 


gulnar 2 | 5 mart 2015 13:36 | Status: Şərhçi | Şərh: 313
Maraqli melumatdi teşekkürler
Haram seydi.Tesekkurler
SABINA | 30 avqust 2014 12:23 | Status: Professional user | Şərh: 7 410
coox teessuf istifade ede bilmerem/pive bugdadan alinir bugda qicqirmis olanda haram sayilir/ona gore pive menlik deyil 0124
Rəvanur | 30 avqust 2014 12:20 | Status: Şərhçi | Şərh: 302
Heç eşirməmişdim.Risk etməyə dəyər
Ay_Sun | 12 avqust 2014 00:38 | Status: Brilliant user | Şərh: 13 408
Pive wassat .Maraqlidir.Tesekkurler.
Sariwka1 | 11 avqust 2014 10:06 | Status: VİP user | Şərh: 1 774
Maraqli məlumatdi cox sag ol
Ayan92 | 10 avqust 2014 23:22 | Status: Professional user | Şərh: 3 056
Sitat: sadəcə MƏN
Sitat: Ayan92
*Hacı* pivəsindən istifadə etsək olar wink

"Halal" olsun daa,hə? wink )))

"Bəs nə" wink
lalita | 10 avqust 2014 20:40 | Status: VİP user | Şərh: 1 390
indi temiz piyve hardadi tesekkurler
sadəcə MƏN | 10 avqust 2014 16:40 | Status: Brilliant user | Şərh: 4 771
Sitat: Ayan92
*Hacı* pivəsindən istifadə etsək olar wink

"Halal" olsun daa,hə? wink )))
SEVDA | 10 avqust 2014 16:39 | Status: Nəzarətçi | Şərh: 17 439
Meslehetlere göre twk...
Nazlı_Kız | 10 avqust 2014 16:27 | Status: Brilliant user | Şərh: 6 473
Məlumat üçün çox sağolun.
Gulshen. | 10 avqust 2014 14:23 | Status: Qonaq | Şərh: 0
Menim maskalara ehtiyacim yoxdu helelik
dream reality | 10 avqust 2014 13:42 | Status: Professional user | Şərh: 1 449
Sitat: vanessa
Sitat: LUNA
hec esitmemisdim.pivenin maska kimi tetbigini.Herhalda sinamaga deyer.tesekkurler


men de esitmemisdim,tesekkurler
Ayan92 | 10 avqust 2014 13:25 | Status: Professional user | Şərh: 3 056
*Hacı* pivəsindən istifadə etsək olar wink
Gülçin | 10 avqust 2014 12:32 | Status: Brilliant user | Şərh: 6 780
Birinci defedir, bele bir sey esidirem. Bunu rusiyali alimler kesf etdiyine gore, yeqin ki, pivenin maskalarindan, losyonlarindan onlarin qadinlari istifade edirler.
vanessa | 10 avqust 2014 11:44 | Status: Qonaq | Şərh: 0
Sitat: LUNA
hec esitmemisdim.pivenin maska kimi tetbigini.Herhalda sinamaga deyer.tesekkurler


men de esitmemisdim,tesekkurler
Mehri-Ban | 10 avqust 2014 10:51 | Status: Professional user | Şərh: 1 329
hec esitmemisdim.pivenin maska kimi tetbigini.Herhalda sinamaga deyer.tesekkurler