Gözəllik / Gənc qalmağın sirləri

Yumurta və salfetka ilə, dəriniz gəncləşər, təravətlənər və tərtəmiz olar

Banu. | 26-04-2016, 10:30
3 773 4

 

Qara nöqtələri təmizləmək üçün: 

Yumurta və salfetkanın köməyi ilə qara nöqtələrdən azad olmaq mümkündür.

Yumurtanın sarısı və ağını bir-birindən ayırıb iki fərqli kasalara əlavə edin.

Daha sonra ağını çırpın və alnınıza, burnunuza və çənənizə sürtün. Yumurta sürtdüyünüz bölgələrin üzərinə incə salfetka ilə bağlayın və qurumasını gözləyin və ya fen vasitəsilə üzünüzdəki maskanı qurudun.

Salfetkalar quruduqdan sonra yavaşca üzünüzdən soyaraq çıxarın. Salfetkanın üzərində tükə bənzər şeylər görəcəksiniz, bunlar közənəklərinizi bağlayan kir və yağlardır.

Maskanın ikinci mərhələsi isə yumurta sarısıdır. Yumurta sarısını çırpın və üzünüzün hər tərəfinə sürtün. Göz və dodaq çevrənizə sürtməyin.

Yumurta sarısı üz dərinizdə şəffaf və parlaq maska kimi olacaq. Maska quruyana qədər gözləyin və daha sonra bol su ilə yuyun.

Yumurta sarısının tərkibindəki faydalı yağlar dərinizi nəmləndirəcək və qidalandıracaq.


SEVDA | 26 aprel 2016 20:24 | Status: Nəzarətçi | Şərh: 17 439
Menlik deyil...
dılay | 26 aprel 2016 15:38 | Status: Brilliant user | Şərh: 8 183
Qara noqtelerim yoxdur olsada etmerem cunku yumurtanIn ozunede, iyinede nifret edirem
B.Fereh | 26 aprel 2016 13:15 | Status: Nəzarətçi | Şərh: 6 975
Maraqli maskadi,uzumde qara noqteler olmasada prob edecem uz temizliyi ucun.Twk.
ESMERRi | 26 aprel 2016 10:35 | Status: Brilliant user | Şərh: 5 378
Bu maskanı mən etmişəm düzdü qara nöqtələr qalıb yerində amma çox gözəl ağartma və yumşaqlıq ,dəriyə təravət verib .Təşəkkür Banu xanıma.