Gözəllik / Gənc qalmağın sirləri

Məxmər kimi hamar, gözəl ayaqların sirri

Banu. | 8-04-2016, 16:30
3 841 4

 

İlk öncə ayaqlarınızın pəncələrinə xüsusi aşındırıcı krem çəkin və onları vannaya – ilıq suya salın. Bu zaman siz vannaya köpük yaradan vasitələrdən də əlavə edə bilərsiniz. Ayaqlarınız islananadək onları süngər ilə sürtün. Bərkimiş dərini daban daşı ilə təmizləyin. Bu zaman maşalardan və ya qayçılardan istifadə etmək tövsiyə edilmir.

Kutikul pərdəsinə yumşaldıcı vasitə çəkin, 1-2 dəqiqədən sonra taxta və ya sümük kürəyi ilə kənarlarını düzəldin, amma kəsməyin!

Ayağınızın altına krem çəkin və ya bu hissələri yağ ilə masaj edin. Bu zaman bütün hərəkətlər aşağıdan yuxarıya pəncəyə doğru olmalıdır.

Ayaqlarınıza maska çəkin, sonra dırnaqlarınızı boyayın.

Ayaqlarınızı buz tikələri olan bir vannada saxlayın və ya onlara təravətləndirici krem və ya tonik çəkin.

Ayaqlar üçün müntəzən qulluq.

Ayaqların dərisi adətən kifayət qədər quru olduğu üçün, həftədə 2-3 dəfə duşdan sonra pəncələrinizi skrabla emal edin və ayaqlar üçün qidalı vasitələr çəkin. Çox preparatlar həm ayaqların dərisini nəmləndirir, həm də yorğunluğu çəkir, dezinfeksiya edir və canlandırır, tərliliyi azaldır. Bu vasitələr yüngül masaj ilə uyğunluqda daha yaxşı effekt verəcək.

Problemli zonalar.

Bu böyük barmaq, daban və barmaqların altıdır ki, bu sahələrdə dəri kobudlaşdığına görə qabarlar yaranır. Bəzən bu yerlər sızıldayır və hətta ağrı verir. Barmaqların üst hissəsini də həmçinin ayaqqabı sürtür və nəticədə quru qabar yaranır. Kobudlaşmış dəridən həmişəlik qurtulmaq mümkün deyil – biz daim öz çəkimiz ilə kiçik sahəyə təzyiq göstəririk.

Unutmayın ki, qabarları kəsmək olmaz! Onları yalnız salonda xüsusi aparatlar ilə uzaqlaşdırsanız yaxşıdır.

Əgər siz qabarları özünüz qabar plastırın köməyi ilə götürmək istəyirsinizsə, bu zaman nəzərə alın ki, kobud qabığın altından çıxan təzə nazik dəri çox zərifdir, onu xüsusi qoruyucu plastır ilə örtmək lazımdır, əks halda o yenidən kobudlaşacaq.

Başqa bir problemi – suluqlar təşkil edir. Həftədə 1 dəfə ayaqlarınıza bol-bol tərə qarşı vasitə çəkin və pambıq corablar geyin.

Dərinizin məxmər kimi olması üçün:

Bir tas suya bir az süd əlavə edin və ayaqlarınızı 10 dəqiqəlik onun içinə salın, sonra isə pəncələrinizi limon ilə sürtün.

Yumşaldılmış və emal edilmiş ayağınızın altına intensiv olaraq 1 çay qaşığı zeytun və ya təmizlənilmiş günəbaxan yağı, duz və 5 damcı kalendulanın yağından hazırlanmış ətirli qarışığı sürtün.

Buz və mentol ilə hazırlanmış vanna isə ayaqlarda olan şişləri çəkəcək.

Kontrast vannalar qan dövranını yaxşılaşdırır: bunun üçün ayaqlarınızı 5 dəqiqə isti, 1 dəqiqə – soyuq suda saxlayın.

Çatlamış dərinin dezinfeksiyası və göbələkşəkilli xəstəliklərin profilaktikası üçün kalendula ilə hazırlanmış vannalar kömək edəcək.

Ayaqlarınızın altına ayaqlar üçün krem çəkin, nazik kulyoka sarıyın, pambıq corab geyinin və 1-2 saat saxlayın ( və ya bütün gecə). Yun corablardan istifadə etməyin, bu zaman dəriniz qırışa bilər! 



SEVDA | 8 aprel 2016 21:40 | Status: Nəzarətçi | Şərh: 17 439
Ayaq problemim yoxdur wukurler olsun...
dılay | 8 aprel 2016 20:42 | Status: Brilliant user | Şərh: 8 183
Hec bir problemim yoxdur ayaqla bagli. Her axwam yuyub krem cekeliyem.Bu mende artiq verdiwdir.Yoxsa narahat olaram..
B.Fereh | 8 aprel 2016 19:26 | Status: Nəzarətçi | Şərh: 6 975
Ayaqlarimla bagli problemim olmur,ne de xususi qulluq edirem.Bildiyime gore eger ayaqlarda esasda dabanda quruluq,catlar olursa bu orqanizmde duzun coxlugunnan xeber verir.
ESMERRi | 8 aprel 2016 18:34 | Status: Brilliant user | Şərh: 5 378
Nə yalan dryim ayaqlarıma xüsusi bir qulluq etmirəm.Arada yadıma düşəndə krem çəkirəm.