Gözəllik / Gənc qalmağın sirləri

Yaşlı görsənmək istəmirsinizsə, bu saç boyalarından uzaq durun

Banu. | 3-04-2016, 12:00
5 952 8

 

Saçlarınızın tərzi və yaxud rəngi yaşlı görünməyinizə səbəb ola bilər
Saç modeliniz sizi vəzir də, rəzil edə bilər. Elə buna görə də gözəlik salonuna getməzdən əvvəl diqqətli olun. Ən yaxşısı bizim məsləhətlərimizi nəzərdən keçirin.

Eyni boy kəsim – Saçların hər tərəfini eyni uzunluqda olması yaşlı görünməyinizə səbəb ola bilər. Dalğalı saçlar daha azad və gənc görk bəxş edir.

Saç kremləri, jele və.s – Saç kremlərinin həddindən artıq istifadəsi saçları korlamaqdan başqa, sizi gülünc vəziyyətə sala bilər. Saça forma vermək istəyirsinizsə, saç kremlərindən, jeledən çox az istifadə edin. Qabın hamsını başınıza doldurmayın. Gözəllik salonuna gedəndə ustaya saçlarınıza zərər verən maddələrdən çox istifadə etməsinə icazə verməyin. Bu məhsullardan çox istifadə edildiyi zaman saçlar təbii parlaqlığını itirir və solğun görünür.

Sarı saçlar – Yaş ötdükcə dəridəki piqmentlər öz keyfiyyətini itirir və dəri solğun görünər. Sapsarı saçlar da yaşlı göstərir.

Qırıq saçlar – baxımsız qırıq saçlar cansız görünür. Parlamayan saçlar isə yaşlı görünməyə səbəb olur. Saç uclarını mütəmadi olaraq kəsdirin. Qidalandırıcı kremlərdən və maskalardan istifadə edin.

Çox tünd saçlar – Saçlar çox tünd olduğu zaman üzünüzün solğunluğu, qırışlar, şişlər, göz altı qaralar daha tez nəzərə çarpır. 30 yaşdan sonra saçlarınızı çox tünd rəngləməyin. Mütəxəssislər 30 yaşdan sonra saçların rəngini bir az açmağı tövsiyə edir.


Cicim İncim | 10 aprel 2016 17:49 | Status: Gümüş user | Şərh: 2 456
Saçlarım gicgahdan ağarıb deyə boyamaq məcburiyyətindəyəm...Rəngi də düzgün, özümə yaraşan seçirəm...
B.Fereh | 5 aprel 2016 15:59 | Status: Nəzarətçi | Şərh: 6 975
Sac rengi bu aralar en sonuncu qaygimdi:(
Dəniz qızı | 5 aprel 2016 07:55 | Status: Brilliant user | Şərh: 8 017
Keçən il saçımı refle eləmişdim yaşımdan böyük görünürdüm.
dılay | 4 aprel 2016 15:16 | Status: Brilliant user | Şərh: 8 183
Boyamiram saclarimi...
SEVDA | 4 aprel 2016 02:40 | Status: Nəzarətçi | Şərh: 17 439
Melumatlarcun twk...
guel | 4 aprel 2016 00:09 | Status: VİP user | Şərh: 475
Saclarim aciq qehveyi rengindedi. Mene cox yarasir.uzun ve duzdur
nurane nurane | 3 aprel 2016 20:53 | Status: VİP user | Şərh: 1 014
Sitat: Hali
Saçlarimi boyamiram tebii oz rengidir.
Hali | 3 aprel 2016 14:28 | Status: VİP user | Şərh: 484
Saçlarimi boyamiram tebii oz rengidir.