Gözəllik / Gənc qalmağın sirləri

Qadınların yaşını ələ verən 7 bədən üzvü

leyla meherremova | 14-08-2016, 19:30
11 625 19


Bir qadın yaşını nə qədər gizləməyə çalışırsa çalışsın, bədəndə əsla yalan söyləməyən, insanın yaşını ələ verən bölgələri vardır. Keçən illərin buraxdığı yaşlılıq izləri, bu bölgələrdə özünü müəyyən edər. Xüsusilə 7 hissə var ki, bu bölgələrdəki deformasiyalar, yaş mövzusunda qarşıdakı insanı heç yanıltmazlar. Bu bölgələrin başında da dirsəklər, əllər və ayaqlar gəlir.

Çox vaxt bu bölgələrdə estetik müdaxilələrlə yaşlılıq izləri yox edilə bilər. Yaxşı bəs tək həll, estetik cərrahiyyədirmi? Təbii ki, xeyr. Doğru və nizamlı olaraq bu bölgələrdə edəcəyiniz qulluqlarla, yaşınızı müəyyən edən bölgələrinizi illər əvvəlinə döndürə bilərsiniz.

Məhz o 7 bölgə və bu bölgələrə tətbiq olunan yaşlanma əleyhdarı baxım təklifləri ...

1- ƏLLƏR. Bunu unutmayın ki, əllər yaşı ortaya çıxaran ən əhəmiyyətli bölgədir. Əllər, davamlı olaraq çöldə olduğu üçün, soyuq, günəş, külək ... və s. xarici bütün faktorlara məruz qaldığından ən tez qocalan bölgələrdən biridir. Buna görə əllərdən qulluq və diqqəti əskik etməmək lazımdır.

HƏLL. Üzünüzə və bədəninizə necə günəş kremi sürtüb günəşdən qorumağa çalışırsinizsa, çölə çıxarkən əllərinizin üzərinə də qoruyucu krem sürtməyə laqeyd yanaşmayın. Əllərdəki dəri, nazik və incə quruluşa malik olduğundan, günəş də daxil olmaqla, çöldəki bütün mənfiliklərdən təsirlənir. Bu mənfi təsirlərin qarşısını almaq üçün əllərinizi qoruyucu kremlərlə qorunmaya almalısınız.

2- BOYUN. Boyun dərisi də, əllər kimi incə quruluşa malikdir. Buna görə, UV şüalarına qarşı bir xeyli zəifdir və əgər lazım olan diqqət göstərilməzsə irəliləyən zaman içində bu bölgədə sallanmalar və qırışlar meydana gəlməsi qaçınılmazdır.

HƏLL. Üz bölgənizdə istifadə edilən dəri baxım məhsullarını, boyunuza da tətbiq etməyə laqeyd yanaşmayın.

3- DİRSƏKLƏR. Dirsəklər, gün boyu bir çox iş edilərkən, dəstək alınan bir bölgə olmasına baxmayaraq, baxımına laqeydlik edilən bölgələrdəndir. Dirsəklərdəki dəri, elastik bir quruluşa sahib olsa da zamanla deformasiya olur.

HƏLL. Dirsək dərisində yaranan sallanmaları təkrar yığışdırmaq çox təəssüf ki, mümkün deyil. Ancaq, nizamlı olaraq nəmləndirici istifadə etmək, dəridəki qurumaların qarşısına keçə bilər.


4- SİNƏ DEKOLTESİ. Sinənizin üstündə heç bir zaman qırış və ləkə görmək istəmədiyinizi yaxşı bilirik. Lakin günəşə ən çox məruz qalan bölgələrdən biri sinəniz olduğundan, günəşin zərərlərindən ən çox təsirlənəcək bölgələrinizin biri də dekolte bölgəniz olur.

HƏLL. Havanın günəşli ya da günəşsiz olması fərq etməz, əgər çölə çıxdığınızda sinə dekolteniz açıqda qalırsa, günəş qoruyucu kreminizi dekoltenizə də sürtməyi unutmayın.

5- AYAQLAR. Bütün ağırlığımızı daşıyan, ayaqqabıların içində sıxılıb qalan ayaqlarımıza, əslində haqsızlıq edirik. Çünki onlara lazım olan əhəmiyyəti vermədiyimizdən, ayaq dərisi isti və soyuqdan təsirlənir, quruyub, çatlayır.

HƏLL. Bunun ən asan həlli nizamlı ayaq baxımı meydana gətirməkdən keçir. Ayaqlarınızı nəmləndirib günəş şüalarından qoruduğunuzda, onlar da sizin yaşınızı ələ verməyəcək.

6- DİZLƏR. Illər keçdikcə dizlərin üzərindəki dəri, elastikliyini itirib narahatedici, sallanan, qaralmış bir görünüşə səbəb ola bilər.

HƏLL. Dizlərinin yaşınızı ələ verməməsi üçün, dizləri gücləndirici məşqlər etməyi sınaya bilərsiniz. Xüsusən möhkəmləşdirici kremlər vasitəsilə problemli sahələrin qırışmasının, qaralamasının qarşısını alın...

7- SAÇLAR. Yalnız ağaran saçların, yaşlı göstərəcəyi kimi bir düşüncəyə qapılmayın. İllərlə günəş, boya, düzləşdirmə və ya qıvırma kimi istilik verən, zəiflədən əməliyyatlara məruz qalan saçlarımız, zamanla keçmiş sağlamlığını itirir. Çünki bütün bu əməliyyatlar saç toxumalarına zərər verir və bu da xarici görünüşdə əks olunur.

HƏLL. Yumşaq saçlara çatmanın yolu, onu nəmləndirməkdən keçir. Mat və cansız görünən saçlardan xilas olmaq üçün, saç kremi, maska və serum kimi məhsullar istifadə edərək saçınızın yaşınızı ələ verməsinə maneə törədə bilərsiniz.
 

  

buxqalter | 14 avqust 2016 21:43 | Status: VİP user | Şərh: 1 212
heleki ehtiyac yoxdu.15ilden sora yeqin lazim olacag
Tunar_89 | 14 may 2015 21:25 | Status: Qonaq | Şərh: 0
cox xanimlarin ehtiyaci var bele meslehetlere
esma inci | 14 may 2015 16:29 | Status: Gümüş user | Şərh: 1 096
Sitat: Monika
cox tesekkurler gozel xeberdi en esas ellerdi ozde qis geldimi fsyooda...
my life is music | 4 fevral 2015 18:40 | Status: Gümüş user | Şərh: 736
men cavanam love
BULUTUM | 24 dekabr 2014 18:58 | Status: Professional user | Şərh: 7 387
En yarali yerimdi.ureyim coxxxxxxx doludu.yaza bilmirem.
Aytekin82 | 24 dekabr 2014 07:37 | Status: Brilliant user | Şərh: 6 587
Hələ ki, hər şey qaydasındadı...
Amma zamanla bəzi məsləhətləri gözardı eləmək lazımdı... winked
Nergiz love | 23 dekabr 2014 21:38 | Status: Professional user | Şərh: 7 871
Bedenin her hisesi yaslandiqca bildirir
Laura81 | 23 dekabr 2014 18:11 | Status: VİP user | Şərh: 1 275
men cavan anayam cox raziyam goruntumnen
damla-damla | 23 dekabr 2014 12:30 | Status: Qonaq | Şərh: 0
maraqsizdi mence cunki bunu butun xanimlar edir dediklerinizi yenede tewekkurler
Ay_Sun | 23 dekabr 2014 12:18 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: boris arxan
helelik yawima gore ozumnen raziyam

Mende winked
boris arxan | 23 dekabr 2014 11:27 | Status: Professional user | Şərh: 4 784
helelik yawima gore ozumnen raziyam
SEVDA | 23 dekabr 2014 11:10 | Status: Nəzarətçi | Şərh: 17 439
Bir sözle,başdan ayağa kimi kremlenmek lazımdır gündelik...
Aynur_Mezahirli | 23 dekabr 2014 10:06 | Status: Qonaq | Şərh: 0
Nəvaxt hara getsəm əllərimə krem çəkirəm, məsləhət üçün təşəkkür bacı.
Inci deniz | 23 dekabr 2014 08:58 | Status: Yazar | Şərh: 2 379
Sitat: Sari gelin
Ne etsek de qocalmaliyiq evvel axir))yeter ki,itirilmiw gencliyimizin evezine saglam aile ,ovlad ve qaygikew heyat yoldawi qazanaq.Bax onda qocalma qorxulu kabusa cevrilmeyecek.
Sari gelin | 23 dekabr 2014 07:38 | Status: Gümüş user | Şərh: 2 439
Ne etsek de qocalmaliyiq evvel axir))yeter ki,itirilmiw gencliyimizin evezine saglam aile ,ovlad ve qaygikew heyat yoldawi qazanaq.Bax onda qocalma qorxulu kabusa cevrilmeyecek.
SABINA | 23 dekabr 2014 06:48 | Status: Professional user | Şərh: 7 410
MENE 25 YAS VERSELER OZUMU ASACAM/BU NE YA 19-20 YASIN VAR am ESITMEKDEN BEZDIMMMMMMMMMMMMMMMMMMMMMMMMM am
Ag Gul | 23 dekabr 2014 06:17 | Status: Professional user | Şərh: 4 333
Sitat: sevgi istanbul
cox tesekkurler gozel xeberdi en esas ellerdi ozde qis geldimi fsyooda...
ELİSA | 22 dekabr 2014 21:07 | Status: Gümüş user | Şərh: 1 047
En cox eller adamin yawini gösterir.Tewekkurler maraqli oldu.
SEVA | 22 dekabr 2014 19:33 | Status: Professional user | Şərh: 5 150
cox tesekkurler gozel xeberdi en esas ellerdi ozde qis geldimi fsyooda...