Gözəllik / Əllərə qulluq

Gözəl bir əl baxımı

luce | 6-03-2014, 10:30
12 821 27

 


 

 

Sizə baxımlı və yumşaq əllər üçün baxım təklifləri;

Hər kəs, gözəl və baxımlı əllərə heyran olar. Nədəndir bilmirəm, gözəl əllər həqiqətən gözəlliyin tamamlayıcısı kimi gəlir mənə. Əllərinizin yumşaq və baxımlı olması üçün elə də çox bahalı kremlərə və gözəllik salonuna ehtiyacınız yoxdur. Evdə asanlıqla hazırlaya biləcəyiniz bəzi baxım kremləriylə mükəmməl əllərə sahib olmanız o qədər də çətin bir iş deyil. Barmağınıza taxdığınız üzüyün daha gözəl görünməsi, əl sıxışdığınız insanlarda xoş bir təəsürat yaratmanız üçün öz evinizdə praktik üsullarla əl baxımı edə bilərsiniz.

 

Ən çox işlətdiyimiz orqanlarımızdan biridir əllər. Buna görə onlara lazımlı diqqəti göstərmək üçün tədbirinizi başdan almalısınız və onlara yaxşı baxmalısınız…

 

Əllərə nə zərər verər?

Çox isti və çox soyuq su, yuyucular, evdə istifadə edilən təmizlik məhsulları, günəş, soyuq, yağış, dəniz və torpaq da əlləri əldən salar.

 

Əlləri necə qorumalısınız?

Suyla ediləcək işlərdə rezin əlcək geyinin.

Ev işlərində isə pambıqlı əlcəkdən istifadə edin.

 


 

 

Əlləriniz üçün kiçik köməkçi vasitələr:

Əllərinizi islatdıqdan sonra yaxşıca qurulayın. Əl kremi ya da losyon sürtün.

Əllərinizi gündə iki, üç dəfə yumşaq sabunla yuyub bol suyla durulayın. Gündə bir dəfə barmaqları, dırnaqları fırçalayın.

Sərt olmayan bir ponza daşı da əlləriniz üçün faydalıdır. Dəridə olan sərt ləkələri də çıxarar.

Həftədə bir dəfə əllərə çox yağlı kremlə masaj edin. Hər barmağın ucundan başlayaraq dibinə qədər yaxşıca masaj edin. Ovuc və əlinizin üstünə masaj etməyi unutmayın. Bunun üçün ən uyğun zaman gecə yatmazdan əvvəldir.

Arada əllərinizə qalın krem, vazelin sürtün pambıqlı əlcək taxıb yatın. Yatmaqda bir az çətinlik çəkə bilərsiniz. Amma səhər qalxdığınızda əlləriniz çox baxımlı olacaq.

Əl üstlərinə sürtüləcək parafin təbəqəsi məsamələri açmaq üçün çox faydalıdır. Limon da əllər üçün faydalıdır. Əlin rənginə çox gözəl təsir edir.

 

Təbii üsullar:

1-Əllərinizi gecələri yatmazdan əvvəl xiyar suyu ilə ovun və 10 dəqiqə sonra təbii sabunla yuyun. Əlləriniz gözəlləşəcək.

 2-Təzə xiyar qabıqlarıyla birlikdə əzilər. Bal şamı əlavə edilərək məlhəm konsistensiyasına gələnə qədər badam yağı ilə qarışdırılar. Hazırlanan məlhəm axşamları yatmadan əvvəl əllərə sürtülər. Əllərin sağlam olmasını təmin edər.

3- Çobanyastığı südlə birlikdə qaynadılıb süzgəcdən keçirilər. Qarışıq zeytun yağı ilə qarışdırılar. Bu qarışıqla əllərə masaj edilər. Əllərin qırışıqlığını aradan qaldırar.

4- Çatlamış əllərə kərə yağı sürtülsə əllərdəki çatlaqların tamamilə itdiyini görərsiniz.

 


 

 

Təbii krem:

Bir çay qaşığı balı bir az istidərək içinə 2 yemək qaşığı susam yağı, 1 yemək qaşığı badam yağı və bir yemək qaşığı qliserin əlavə edin. Krem konsistensiyasına gələnə qədər qarışdırıb bir qaba doldurun. Gecə yatmadan əvvəl əllərinizə bu kremdən sürüb yaxşıca yedizdirin, sonra yumşaq bir əlcək geyinin. Əllərinizin gündən günə yumşaq olduğunu, baxımlılaşdığını və parladığını görəcəksiniz.

 

Qadının yaşını əlləri ələ verir,ona gorə də əllərinizə həmişə xüsusi qulluq edin.


Nastusha | 6 iyul 2015 12:21 | Status: Qonaq | Şərh: 0
Sitat: Nur
cox gozel meslehetlerdi,mende el baximima cox diqqet edirem,ama elcekle qetiyyen is gore bilmirem.cox sagolun Luce xanim


Aromanın əl kremindən hər gün istifadə etsəz, ev işlərini görəndə belə əlcəklərə ehtiyacın qalmaz)))
Sunay Elizade | 29 may 2015 16:42 | Status: Gümüş user | Şərh: 2 156
maraqli xeberdi tsk
Real Madrid CF | 5 aprel 2015 18:14 | Status: Qonaq | Şərh: 0
Sitat: birdane
faydali xebere gore tesekkurler
SEVA | 11 avqust 2014 23:44 | Status: Professional user | Şərh: 5 150
tsk melumata gore
Arzu Iskenderova | 5 iyun 2014 09:13 | Status: Qonaq | Şərh: 0
hec birini bilmirdim her sh 0105 eye gore saqolun
Nergiz love | 27 mart 2014 10:34 | Status: Professional user | Şərh: 7 871
BEZILERIN BILIRDIM TSK
luce | 14 mart 2014 17:12 | Status: Professional user | Şərh: 2 922
Sitat: gulya20
Faydali melumata gore tesekkurler.

Sitat: Lumia
Men xemir isleri gorende yalniz elcek geyirem.Bele de herden krem cekirem ellerime,hele ki,ele problem yoxdu ellerimde.Amma manikurum hemise yerinde olur,dirnaq boyasiz evden cole cixmaram.Baximli,zerif ellerim var.Tesekkurler.

Sitat: Röyamsan.
Təşəkkürlər canım faydalı xəbər üçün.

Sitat: Damla
 Lazimli xeberdi....Tesekkurler Luce!

Sitat: GÜLÜM
Melumat ucun cox sagol canim

Sitat: Nailya
deyerli xebere,meslehete göre twk...

Sitat: Alice
Əllərim hər zaman baxımlıdı... Sevərək  qulluğunda dururam... Dəyərli məsləhətlərin üçün təşəkkür..

Sitat: N....N92
twk bilirdim bunlari
Cox sag olun qizlar....
N....N92 | 12 mart 2014 16:15 | Status: Professional user | Şərh: 4 351
twk bilirdim bunlari
Alice | 9 mart 2014 01:32 | Status: Professional user | Şərh: 5 020
Əllərim hər zaman baxımlıdı... Sevərək  qulluğunda dururam... Dəyərli məsləhətlərin üçün təşəkkür..
SEVDA | 7 mart 2014 22:10 | Status: Nəzarətçi | Şərh: 17 439
deyerli xebere,meslehete göre twk...
Nazlı_Kız | 7 mart 2014 20:56 | Status: Brilliant user | Şərh: 6 473
Melumat ucun cox sagol canim
Damla | 7 mart 2014 10:08 | Status: Brilliant user | Şərh: 7 177
 Lazimli xeberdi....Tesekkurler Luce!
Röyamsan. | 6 mart 2014 23:38 | Status: Brilliant user | Şərh: 6 102
Təşəkkürlər canım faydalı xəbər üçün.
Lumia | 6 mart 2014 19:46 | Status: Professional user | Şərh: 5 378
Men xemir isleri gorende yalniz elcek geyirem.Bele de herden krem cekirem ellerime,hele ki,ele problem yoxdu ellerimde.Amma manikurum hemise yerinde olur,dirnaq boyasiz evden cole cixmaram.Baximli,zerif ellerim var.Tesekkurler.
gulya20 | 6 mart 2014 17:25 | Status: Professional user | Şərh: 4 677
Faydali melumata gore tesekkurler.
luce | 6 mart 2014 16:47 | Status: Professional user | Şərh: 2 922
Sitat: pirenses
 ele senin ellerin dert gormesin bele xeberler hemise hazirla canim..
OK   love
pirenses | 6 mart 2014 15:11 | Status: VİP user | Şərh: 1 397
Serh yazan her kese minnetdaram, ellerinize sagliq.
 ele senin ellerin dert gormesin bele xeberler hemise hazirla canim..
luce | 6 mart 2014 14:32 | Status: Professional user | Şərh: 2 922
Serh yazan her kese minnetdaram, ellerinize sagliq.
Aynur_Mezahirli | 6 mart 2014 13:31 | Status: Qonaq | Şərh: 0
Ellerimin hamar olmagina fikir verenem, axsamlari elime krem cekirem. Amma hec vaxt elime elcek taxib ish gore bilmerem darixiram onda. Faydali meslehetler ucun tewekkurler luce...
birdane | 6 mart 2014 13:13 | Status: Professional user | Şərh: 3 726
faydali xebere gore tesekkurler
Gulya2676 | 6 mart 2014 12:46 | Status: Gümüş user | Şərh: 2 586
Çox faydalı məsləhətlər üçün təşəkkürlər
Nigar | 6 mart 2014 12:41 | Status: Gümüş user | Şərh: 6 063
Ellerime qulluq edirem cox sag olun
Gülçin | 6 mart 2014 11:41 | Status: Brilliant user | Şərh: 6 780
Faydali meslehetlerdir, tesekkurler.
Nur | 6 mart 2014 11:38 | Status: Professional user | Şərh: 3 988
cox gozel meslehetlerdi,mende el baximima cox diqqet edirem,ama elcekle qetiyyen is gore bilmirem.cox sagolun Luce xanim
MELEK_ | 6 mart 2014 10:47 | Status: Professional user | Şərh: 3 949
hmm, lazimli xeberdir
Nefesim | 6 mart 2014 10:45 | Status: Gümüş user | Şərh: 938
Tesekkur luce meslehetlerin ucun... Ancaq men is gorerken elcek geye bilmirem...O biri meslehetlerin bezilerine emel edirem...Umumiyyetce el, ayaq baximina cox diqqet edirem...
Nara88 | 6 mart 2014 10:45 | Status: Professional user | Şərh: 4 253
lazimli xeberdi tesekkurler