Gözəllik / Əllərə qulluq

Dırnaqları möhkəmləndirən effektli üsullar

Ag Gul | 12-06-2015, 10:30
5 563 13


Dırnaqların kövrəkliyindən, tez qırılmasından şikayət edən xanımlar bu problemi aşağıdakı üsulların köməkliyi ilə aradan qaldıra bilərlər.

 

Zeytun yağı və limon suyu: 1 çay qaşığı zeytun yağı və 1-2 damcı limon suyunu qarışdırıb həftədə 2 dəfə dırnaqlarınıza çəkin. Gecə yatmazdan əvvəl masaj edərək dırnaqlarınıza çəkib əlcək geyinib yatın. Səhər yuxudan duran kimi ilıq su ilə yaxalayın.

Çay ağacı və E vitamini: 1 çay qaşığı çay ağacı yağı və 2-3 damcı E vitaminini qarışdırıb dırnaqlarınıza çəkin. Bu qarışıq təkcə dırnaqları gücləndirmir, göbələk və infeksiyalara qarşı da dırnaqları qoruyur.

Dəniz duzu: 2 qaşıq dəniz duzuna 2 damcı limon suyu, 2 damcı mirra yağı və 2 damcı buğda toxumlarının yağını qarışdırın. Bu qarışığı 1 kasa isti suya əlavə edib əllərinizi 10-15 dəqiqə suyun içində saxlayın. Həftədə 2 dəfə etmək lazımdır.

Gecə terapiyası: 2 damcı E vitamini yağını dırnaqlarınıza çəkib əlcək geyinin və yatın.

Pivə və zeytun yağı: 1/4 fincan zeytun yağını isidib eyni miqdarda alma sirkəsi və yarım fincan pivəni qarışdırın. Dırnaqları bu maskada 15 dəqiqə saxlayın.


Sirli dunyam | 19 avqust 2015 13:29 | Status: Qonaq | Şərh: 0
tesekkurler
könka31 | 14 iyun 2015 18:03 | Status: Şərhçi | Şərh: 279
nə yaxşı eləmək olar
Ag Gul | 14 iyun 2015 14:26 | Status: Professional user | Şərh: 4 333
Hər birinizə təşəkkür edirəm
Lumia | 13 iyun 2015 17:44 | Status: Professional user | Şərh: 5 378
Qizima gore dirnaqlarimi kokunden kesmisem)))Tesekkurler.
SEVDA | 12 iyun 2015 23:44 | Status: Nəzarətçi | Şərh: 17 439
Seçilmiwlerde saxladım,twk baciwka...
Nagizade.Leyla | 12 iyun 2015 22:53 | Status: VİP user | Şərh: 1 321
Təşəkkürler..
Nara88 | 12 iyun 2015 20:05 | Status: Professional user | Şərh: 4 253
zeytun yagiyla limon suyunu hemise edirem,eladi
Ay_Sun | 12 iyun 2015 16:06 | Status: Brilliant user | Şərh: 13 408
Atdim secilmislere,mene cox lazimdir.Tesekkur birdenem.
boris arxan | 12 iyun 2015 15:53 | Status: Professional user | Şərh: 4 784
mene lazimdir dirnaqlarim hec uzanmir azca uzanankimi sinir twk Aqgulum
Gülçin | 12 iyun 2015 13:55 | Status: Brilliant user | Şərh: 6 780
Dırnaq saxlamasam da, faydalı məsləhətlərdir. Təşəkkürlər, Ağ gülüm.
Sunay Elizade | 12 iyun 2015 11:40 | Status: Gümüş user | Şərh: 2 156
dirnaqlarim onsuz tez uzanir
esma inci | 12 iyun 2015 11:21 | Status: Gümüş user | Şərh: 1 096
dirnaq uzadan deylem yenede tewekkurler
Real Madrid CF | 12 iyun 2015 10:32 | Status: Qonaq | Şərh: 0
Dirnaqlarim ozu tez uzanir hemisede qidalandirici,mohkemlendirici maskalar edirem.