Gözəllik / Əllərə qulluq

Dırnaqlarınızın üzərindəki ləkələrdən bu üsullarla asanlıqla xilas ola bilərsiniz

SARAXATUN | 30-10-2016, 10:30
1 143 0


Uzun müddət dırnaqlarda qalan lak, siqaret və s. faktorlar dırnaqların saralmasına səbəb olur.Dırnaqlarınızı tez-tez nəmləndirməyi və əl kremini nizamlı istifadə etməyi də unutmayın. Çünki, dırnaqtakı saralmaların səbəblərindən biri də quruluqdur.

Ağardıcı diş məcunu

Diş fırçası ilə ağardıcı təsirə sahib diş məcununu dırnaqlarınıza çəkin. 1-2 dəqiqə sonra bol su ilə yaxalayın. Daimi olaraq istifadə dırnaqlarınızın daha bəyaz göründüyünü fərq edəcəksiniz.

Limon suyu və karbonat

Yarım limonu bir paket karbonat ilə qarışdırıb məcun halına gətirin. Yumşaq bir diş fırçası ilə dırnaqlarınızı fırçalayın və lazım olsa təkrarlayın. Ancaq dırnaqlarınızın kənarında yaralar varsa diqqətli olun. 

Dırnaq ağardıcı qələmlər

Kosmetik firmaları qadınların bu problemini görməməzlikdən gəlməmiş və dırnaqları ağardan qələm və ya jel kimi məhsullar hazırlamışlar. Aptekdən alıb istifadə edə bilərsiniz.