Gözəllik / Əllərə qulluq

Dırnağım qırıldı deyib keçməyin

Girl | 2-10-2016, 10:30
1 711 1

 


 

 

 Uzanmayan və qırılan dırnaqlar üçün 5 təklif...

 

Dırnaqlarınızı müalicə edin.


E vitaminini kiçik bir qaba qoyun və dırnaqlarınızı içində 1 dəqiqə saxlayın. Dırnaq əti itələyici köməyi ilə 45 dərəcəlik bucaqla dırnaq ətlərinizi içəri itələyin. Dırnaq gücləndirici bir cila dırnaqlarınıza sürtün və bu müalicəni 1 həftədə bir təkrarlayın.


Asetondan istifadə.


Aseton dırnaqlarınızı qurudub yarpaq kimi ayrılmasında ən əhəmiyyətli faktorlardandır. Qurumayan, güclü və möhtəşəm dırnaqlar üçün asetonsuz, lak silicinlərindən istifadə edin.


Su için.


Su içməyin faydalarını hər kəs bilir. Dırnaqlarınıza da faydası olduğunu bilirdinizmi? Gündə ən az 8 stəkan su istehlak etməniz həm bədəninizə həm də dırnaqlarınıza fayda təmin edəcək.


Zülal alın.


Qadınlar hər payda ən az 4-6 qram zülal almalıdır. Toyuq, hindi, balıq kimi zülallı qidalar dırnaqlarınızın daha güclü və qalın olmasını təmin edəcək.


Dəmir baxımından zəngin qidalar qəbul edin.


Dəmir, dəri, saç və dırnaqlarınızın sağlam görünməsini təmin edir. Tünd yarpaqlı yaşıl tərəvəzlər, paxlalı, ət, yumurta ilə birlikdə tam taxıllı çörək və makaron yeyərək lazımlı dəmir ehtiyacınızı qarşılaya bilərsiniz.

 

@Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.