Gözəllik / Əllərə qulluq

Dırnaq əti niyə soyulur?

Lumia | 10-05-2014, 08:30
21 681 37
 

 
Dırnaq əti niyə soyulur?

Dırnaqlarımızın kənarındakı ətlərin soyulmasından çoxumuz əziyyət çəkirik. Bəzən onları əlimizlə qopartmağa da çalışırıq. Amma bu həm ağrıdar həm də qopartdığımız yerə infeksiya düşməsinə səbəb ola bilər. İndi isə gəlin dırnaq ətlərinin soyulması səbəbini və bunun qarşısını necə almaq lazım olduğu haqqında danışaq.
Dırnaq əti problemi əsasən baxımsız dırnaqlardan, C vitamini çatışmamazlığından, soyuq və quru mühitdə olmaqdan qaynaqlanır. Mövcud problemdən xilas olmaq istəyisinizsə aşağıdakılara əməl etməlisiniz.

1. Dırnaq və dırnaq kənarı ətlərinizin yumşaq və nəm saxlamağa çalışın. Nəmləndirici kreminizi təkcə əllərinizə deyil, həmçinin dırnaqlarınıza da yedirdərək massaj edin.
2. Qliserinin içinə yarım limonun suyunu sıxaraq qarışdırın. Alınan kütləni əllərinizi təmiz yuduqdan sonra barmaqlarınıza sürtüb 20 dəqiqə saxlayın.
3. Dediyimiz kimi bu problem C vitamin çatışmamazlığından da qaynaqlandığı üçün narıngi, portağal, qreyfrut, limon və digər C vitamini ehtiva edən məhsullar yeyin. Eyni zamanda yay aylarında arada bir C vitamini də qəbul edə bilərsiniz.
4. Bir-iki dilim limonu dırnaqlarınıza sürtüb 3-4 dəqiqə sonra isti su ilə yumaq da dırnaq ətlərinin soyulmasının qarşısını alır.
5. Lak və aseton dırnaqlar kimi dırnaq ətlərinə də zərər verir. Ona görə də bu iki vasitədən mümkünsə az istifadə edin.
 6. Yemək hazırlayarkən, qab yuyarkən əlcək istifadə etməyiniz məsləhətdir.
7. Tez-tez manikür etməyin. Bu dırnaqların səliqəli və gözəl görünməsinə səbəb olsa da, dırnaq və dırnaq ətlərinə çox zərər verir.
8. Əgər dırnaq ətlərinizi qopartmaq fikriniz varsa,  əvvəlcə əllərinizi təmiz yuyun, sonra da əti dartacaq, kəsəcək alətləri spirtləyin. Bundan sonra dırnaq ətini dərinə getmədən, toxumalara zərər vermədən ehtiyatla kəsin. Amma unutmayın bununla siz müəyyən müddət dırnaq ətlərindən azad ola bilərsiz. Əgər dırnaq ətlərinizin qabarmasını, sərtləşməsini, soyulmasını istəmirsinizsə mütləq və mütləq yuxarıda sadaladığımız üsullardan istifadə edin.

Azeri Fidashka | 13 dekabr 2015 15:34 | Status: Şərhçi | Şərh: 734
tesekkurler
Sunay Elizade | 29 may 2015 16:40 | Status: Gümüş user | Şərh: 2 156
bele bir problem yoxdu
ada.. | 20 oktyabr 2014 19:49 | Status: Qonaq | Şərh: 0
Sitat: Aida.
Faydali xeber ucun twk
fea | 24 sentyabr 2014 11:24 | Status: Gümüş user | Şərh: 1 737
cox maraqlidir
N....N92 | 26 iyul 2014 19:49 | Status: Professional user | Şərh: 4 351
bilmirdim twk
Zulya | 12 iyul 2014 17:35 | Status: Gümüş user | Şərh: 1 640
Faydali xeber ucun twk
Röyamsan. | 13 may 2014 23:13 | Status: Brilliant user | Şərh: 6 102
Təşəkkürlər canım faydalı xəbərdir... Amma belə bir problemim yoxdur... winked
Ay_Sun | 13 may 2014 11:26 | Status: Brilliant user | Şərh: 13 408
Beyendim maraqli xeber ucun tesekkur baci
Lumia | 12 may 2014 12:18 | Status: Professional user | Şərh: 5 378
Sitat: sadəcə MƏN
Yazık yaa,kıyma kuzuya)))

Yenə hansı paxıldır belə faydalı xəbəri bəyənmiyən?


Kuzular qurbandi sene))Bilmirem neyini,harasini beyemirler,hec beyenmesinler.Beyenenlerim coxdu Allaha sukur.Sadece bezi insanlar serhde beyenmirem yazmaga curet elemirler,beyenmedimi basirlar ki,kimlikleri bilinmesin.Paxilliq qurd kimidir,insanin ancaq ozunu yeyib bitirir fellow

Sitat: sadəcə MƏN

Sən neşü gedirsən ki? Onu göndərəcəm sənin qəbuluna,özü də ilanları ilə))))

Kiz,ilanlar lazim deyil,qabiqlarini getirsin besimdir)))
MELEK_ | 12 may 2014 09:37 | Status: Professional user | Şərh: 3 949
hmm, meslehetlerin bezilerinden xeberim var idi, yeniden tesekkur
Alice | 11 may 2014 11:43 | Status: Professional user | Şərh: 5 020
Həqiqətən faydalı məlumatlardı..
Təşəkkür canım. Əvvəllər olub balaca olanda amma indi yoxdu..
gulya20 | 11 may 2014 00:39 | Status: Professional user | Şərh: 4 677
Sitat: Meryem_Duyqu
Məndə də arada olur. Dəyərli məsləhətlərin üçün sağol Lumia.
sadəcə MƏN | 10 may 2014 20:05 | Status: Brilliant user | Şərh: 4 771
Sitat: Lumia
Onda yerini de gedim mamanin kosmetoloqunun yanina)))

Sən neşü gedirsən ki? Onu göndərəcəm sənin qəbuluna,özü də ilanları ilə))))

Sitat: Lumia
Ussss quzu kesim iredaktora)))

Yazık yaa,kıyma kuzuya)))


Yenə hansı paxıldır belə faydalı xəbəri bəyənmiyən? fellow
Happiness_lady | 10 may 2014 19:55 | Status: Gümüş user | Şərh: 1 179
Faydali xebere gore tesekkurler,buproblemden en etse canimi qurtara bilmirem,mutleq meslehetlerinize emel edecem,umid edirem xeyri dusecek.Tesekkurler
Nara88 | 10 may 2014 19:18 | Status: Professional user | Şərh: 4 253
shukur bele problemim yoxdu,ellerime cox duskunem))
SEVDA | 10 may 2014 18:59 | Status: Nəzarətçi | Şərh: 17 439
meslehetlere göre twk...
Lumia | 10 may 2014 18:39 | Status: Professional user | Şərh: 5 378
Sitat: Ayan92

)))))) Caan mənim üçü də nənə tapmışdı.İndi artıq nənə Bakıda yaşayır.((Həm də mən biləni rəngsiz xına da qoymaq olar.Denesen iyi olar))

Biz ilan qabigi tapana kimi nene kocdu Bakiya)))Heee dogurdan ee rengli xina da olar.

Sitat: sadəcə MƏN

Kızzz,tapmaq olur Bakıda da.. Mənim mamamın kosmetoloqu maska hazırlayırdı ona ilan qabığından..

Onda yerini de gedim mamanin kosmetoloqunun yanina)))

Sitat: sadəcə MƏN

Caaan,xoşdur,ürəyim.. İredaktor olmağın şərtlərindən biridir dəə qəşəng şəkil tapmaq)))

Ussss quzu kesim iredaktora)))
Aynur_Mezahirli | 10 may 2014 17:55 | Status: Qonaq | Şərh: 0
Mende yox qizimda bele problem var her yaz qabagi dirnaqlarin eti soyulur.
Melumat ucun tesekkurler Lumia baci...
Zulya | 10 may 2014 16:03 | Status: Gümüş user | Şərh: 1 640
Maraqlidir tewekkurler
nurane55 | 10 may 2014 15:02 | Status: Professional user | Şərh: 1 849
Məndə dırnaq əti yox dırnağın özü soyulur.Amma qızımda tez-tez olur.Faydalı xəbər üçün tşk.
sadəcə MƏN | 10 may 2014 14:40 | Status: Brilliant user | Şərh: 4 771
Sitat: Lumia
Kiz,ilan qabigini hardan tapim men Bakinin gobeyinde?)))

Kızzz,tapmaq olur Bakıda da.. Mənim mamamın kosmetoloqu maska hazırlayırdı ona ilan qabığından..
Sitat: Lumia
Redakte ucunse canim Gunkama tesekkurler.Nece de qeseng sekil tapib qoymusan quzum,men qoydugum sekilden adam qorxurdu)))

Caaan,xoşdur,ürəyim.. 0109 İredaktor olmağın şərtlərindən biridir dəə qəşəng şəkil tapmaq)))
Ayan92 | 10 may 2014 14:17 | Status: Professional user | Şərh: 3 056
Lumia

)))))) Caan mənim üçü də nənə tapmışdı.İndi artıq nənə Bakıda yaşayır.((Həm də mən biləni rəngsiz xına da qoymaq olar.Denesen iyi olar))
N....N92 | 10 may 2014 13:37 | Status: Professional user | Şərh: 4 351
twk........
birdane | 10 may 2014 13:19 | Status: Professional user | Şərh: 3 726
tesekkurler
Meryem_Duyqu | 10 may 2014 13:19 | Status: Yazar | Şərh: 4 130
Məndə də arada olur. Dəyərli məsləhətlərin üçün sağol Lumia.
Lumia | 10 may 2014 13:17 | Status: Professional user | Şərh: 5 378
Sitat: Ayan92
Mən orta məktəb vaxtı bu problemdən əziyyət çəkirdim.Bir dəfə kəndə gedəndə nənəm bunu gördü.Məsləhət gordü ki,dırnaqlarımın kənarına ilan qabığı sürtüm.Söz vaxtına çəkər.Helə bu aylar idi.))O gündən bu günə dırnqlarımın kənarındakı ətlərin qopması və yaxud qabıq verməsi kimi hallar ilə rastlaşmadım

Kiz,ilan qabigini hardan tapim men Bakinin gobeyinde?)))Sizde varsa mene de yolla.Halaldi nenelere.Menim nenem ise deyerdi xina qoy,bir de soyulmayacaq dirnaqlarivin kenari.Amma men xinanin rengini sevmirem.

Sitat: Naranin Ureyi 
Birde gorursen zedeliyirem sisir.

Dunen men de zedelemisem,qizarib sisib barmagim(((Camaata melumat verirem,ozum emel elemirem))

Sitat: Aytekin82
Təşəkkürlər Lumişim, məndə də olur, özüm manikür edəndən sonra)))) Çox faydalı gəldi

Cox manikur eleme de sen de)))Gorursen xeberde de var ki,cox manikur elemeyin.Manikursuz de olmur da))

Sitat: Girl
Hee mendede bele oluree :(

Xeberde yazilanlara emel ele olmasin)))

Serh yazan her kese derin tesekkurumu bildirirem.Redakte ucunse canim Gunkama tesekkurler.Nece de qeseng sekil tapib qoymusan quzum,men qoydugum sekilden adam qorxurdu))) 0109
SABINA | 10 may 2014 11:53 | Status: Professional user | Şərh: 7 410
Sitat: Naranin Ureyi 
Faydali xeberdi.
Naranin Ureyi | 10 may 2014 11:32 | Status: Gümüş user | Şərh: 1 577
Faydali xeberdi. Mende bu problem tez tez olur.Birde gorursen zedeliyirem sisir. Tewekkurler.
Ayan92 | 10 may 2014 10:47 | Status: Professional user | Şərh: 3 056
Mən orta məktəb vaxtı bu problemdən əziyyət çəkirdim.Bir dəfə kəndə gedəndə nənəm bunu gördü.Məsləhət gordü ki,dırnaqlarımın kənarına ilan qabığı sürtüm.Söz vaxtına çəkər.Helə bu aylar idi.))O gündən bu günə dırnqlarımın kənarındakı ətlərin qopması və yaxud qabıq verməsi kimi hallar ilə rastlaşmadım.
Gulya2676 | 10 may 2014 10:21 | Status: Gümüş user | Şərh: 2 586
Faydalı xəbərdi təşəkkürlər