Gözəllik / Düzgün makiyaj

Kosmetikaların tərkibi və saxlama qaydaları.

jasmin-87-b | 23-07-2012, 17:49
4 659 43

Bu məhsulları alarkən son dərəcə ehtiyatlı olmaq məsləhətdi.

Kosmetika vasitələri insan üçün gərəkli vasitə və pereparatlardandır. Kosmetik vasitə bədəninin müxtəlif nayihələrinin təmizlənməsi, onların xarici görünüşünün korreksiyası, zərərli amillərdən qorunması, yaxşı vəziyyətdə saxlanması üçün istifadə olunur. Lakin kosmetik vasitələr alarkən son dərəcə ehtiyatlı olmaq lazımdır, əks halda bu insan bədəninə böyük zərər vura bilər.

  

 İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edir ki, kosmetik vasitə alarkən ehtiyatlı olsunlar. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kometik vasitələrin istehsalında istifadə olunmuş xammal və materiallar Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə təsbit edilmiş tələblərə cavab verməlidir. Kosmetik vasitələrin mikrobioloji, toksikoloji, klinik-laborator göstəriciləri, tərkibində olan maddələrin xüsusi çəkisi normativ-texniki sənədlərdə göstərilmiş normaları aşmamalıdır.


 



İstehlakçı olaraq hər kəs bu vasitələri alarkən onların qablaşdırılmasına, markalanmasına, saxlanma şəraitinə və temperaturuna diqqətlə yanaşmalıdır. Kosmetik vasitələrin etiketi üzərindəki mətn başqa dillərlə yanaşı, mütləq dövlət dilində olmalıdır. İstehlakçıya zəruri və düzgün məlumat verərək onun düzgün seçim etməsinə şərait yaratmalıdır. Etiketdə məhsulun adı, istehsalçı müəssisənin adı, ünvanı, məhsulun xalis çəkisi, həcmi, miqdarı, effektiv, zərərsiz istifadəsi qaydaları, istehsal tarixi, yararlılıq müddəti və digər məlumatlar əksini tapmalıdır. Kosmetik vasitə alarkən məhsulun tərkibi haqqında məlumatları diqqətlə oxumaq lazımdır. Əgər etiketdə bu haqda heç bir məlumat yoxdursa, və ya məhsulun tərkibi tam göstərilməyibsə belə məhsulu almaq məsləhət deyil.


 



Bu vasitələr allergiya və qıcıqlandırıcı reaksiya yaradan əsas məhsullardan hesab edilir. Xüsusilə tərkibinə alümin, butan, dietanolamin, propan, mineral və ya texniki yağ daxil olan kosmetik vasitələri alarkən istehlakçılar diqqətli olmalıdır. Kosmetik vasitənin üzərində onun hipoallergen olduğu barədə qeyd varsa, bu məhsulun tərkibində dərini güclü qıcıqlandıran komponentlərin olmadığını göstərir.


 



Kosmetik vasitələrlə bağlı istehlakçıların diqqət etməsi zəruri olan digər mühüm məqam məhsulların saxlama

 

 müddəti və saxlama şəraitidir. Xüsusilə allergiyaya meylli şəxslərə uzun saxlama müddətinə malik vasitələrdən

 

istifadə etməmələri tövsiyyə olunur. Belə ki, məhsulların uzun saxlama müddətini təmin edən konservantlar

 

kosmetik vasitənin tərkibində nə qədər çox olarsa, allergik reaksiyanın əmələ gəlməsi riski bir o qədər

 

çoxdur.Kosmetik vasitələrin saxlama müddəti məhsulların istehsalçıları tərəfindən müəyyən edilir və bu

 

müddət ərzində malların keyfiyyətinə təminat verilir.

Məsələn göz üçün tuş orta hesabla 3-6 ay, tonal krem,

 

sürmə 6-12 ay, göz kölgələri, göz və qaş qələmi, dodaq boyası, ənlik və kirşan 12-18 ay saxlama müddətinə

 

malikdirlər.İstehsalçının müəyyən etdiyi saxlama şəraitinə riayət olunmaması, kosmetik vasitənin göstərilən

 

saxlama müddəti bitmədən korlanmasına səbəb olan mühüm amillərdəndir. Kosmetik vasitələr 0-25°С

 

temperaturda, qaranlıq, yaxşı havalandırılan, nisbi rütubətin 70%-i aşmadığı yerlərdə saxlanmalıdır.

 

Tərkibində səthi aktiv maddələr və spirt olan kosmetik vasitələr isə 20°С-dək temperaturda saxlanmalıdır


Kosmetik vasitələrin saxlama müddətilə bağlı digər bir amil onların qablaşdırılma şəklidir. Hava ilə təmas səthi daha kiçik olan qablaşdırmada kosmetik vasitələr daha yaxşı saxlanır. Məsələn, tübikə qablaşdırılmış krem geniş ağzı olan qaba və ya bankaya qablaşdırılarsa bu onun saxlama müddətini azaldacaq. Həmçinin əgər kosmetik vasitənin üzərinə qoruyucu plastinka (lövhəcik, təbəqə) çəkilmişdirsə, o atılmamalıdır və bir miqdar kosmetik vasitəni götürdükdən sonra üzəri yenidən örtülməlidir.

 

İstehlakçılara satışda saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən kosmetik vasitələrlə qarşılaşdıqda aidiyyəti üzrə dövlət orqanlarına müraciət etmələri tövsiyə olunur.

 

Sizin bu məlumata fikiriniz nedir?


dılay | 10 noyabr 2015 18:47 | Status: Brilliant user | Şərh: 8 185
Xebere gore twk
ayka wirinka | 17 mart 2015 13:09 | Status: Şərhçi | Şərh: 233
men arflemanin firmasinan istifade edirem superdii sizede meslehet
Gulshen. | 22 fevral 2014 10:08 | Status: Qonaq | Şərh: 0
Tewekkur faydali xebere gore
Nigar | 24 yanvar 2014 17:11 | Status: Gümüş user | Şərh: 6 064
vaxti kecmiw kosmetikani istifade etmek deriye ziyandir
FLOVERandGİRL | 2 iyun 2013 11:00 | Status: Professional user | Şərh: 3 251
tesekkur edirem
sevinc keder | 7 oktyabr 2012 13:43 | Status: Professional user | Şərh: 3 818
duzgundur mende 6 ay saxlayiram sora hamsi na musur
S24 | 4 oktyabr 2012 20:10 | Status: Gümüş user | Şərh: 797
faydalı məsləhətə gore sagolun
ruzgargulum | 28 sentyabr 2012 09:19 | Status: Brilliant user | Şərh: 2 493
maraqli xeberdi tsk
cucem. | 10 sentyabr 2012 19:39 | Status: Professional user | Şərh: 4 415
duzgundur mende coxu coxu 6 ay qalir ondan sonra iwletmirem maraqli ve deyerli xebere gore tewekkurler :n9:
Hande. | 27 iyul 2012 17:26 | Status: Professional user | Şərh: 1 357
Heleki istifade etmirem ama tewekkurler...
G-----16 | 27 iyul 2012 16:35 | Status: Gümüş user | Şərh: 2 227
Tesekkurler men hec kasmetikadan istifade etmirem :n28:
Princess_93 | 27 iyul 2012 16:19 | Status: Brilliant user | Şərh: 5 877
tewekkurler nezere alaram artiq
Feriha. | 27 iyul 2012 16:07 | Status: Professional user | Şərh: 4 746
alanda nezere alaram twk
life82 | 25 iyul 2012 18:21 | Status: Gümüş user | Şərh: 985
MARAQLI XEBERDI TEŞEKKUR
zoluwka | 24 iyul 2012 19:24 | Status: Professional user | Şərh: 3 172
şeh,
diline sagliq 1tuwum vardi qurtarmiwdi icine duxi tokub calxalayib surturdum
2il qabaq aldigim tuwduhele iwledirem bawqa kosmetika istifade etmirem.tewekkurler
_Mamedova_ | 24 iyul 2012 17:13 | Status: Gümüş user | Şərh: 1 837
Sitat: Damla
Bir dene olsun keyfiyyetli olsun.


mende hemişe bele deyirem,evveller sevirdim cox olsun,bol gorsensin,ancaq indi keyfiyyet,marka xestesi olmuşam,1-2 dene aliram ama keyfiyyetli,istifade zamanida ister-istemez ferqi hiss edirsen
Sonsuz_Sevgim | 24 iyul 2012 16:45 | Status: Şərhçi | Şərh: 165
MELUMAT UCUN TESEKURLER
TATLI GUZEL | 24 iyul 2012 11:15 | Status: Professional user | Şərh: 5 781
makyaj etmirem.amma edenler bu xeberden faydalana bilerler.tesekkurler
sheh | 24 iyul 2012 10:12 | Status: Yazar | Şərh: 3 353
eh,.....o pomadanı ki,çeçələ barmağını içinə salıb güclə çıxartmadın,rumyananın,pudranın boş qabına qupkanı sürtmədin,karandaşın balacalığından harasından tutacağını bilmədin...nə kosmetika....
Damla | 24 iyul 2012 08:28 | Status: Brilliant user | Şərh: 7 178
Kosmetika ve ya krem alarken hansi firmadan olmasina ve terkibine cox onem verirem.Bir dene olsun keyfiyyetli olsun.
sema dagistanli | 24 iyul 2012 01:54 | Status: Yazar | Şərh: 1 340
men makyaj vasitelerimi qetiyyen ev seraitinde saxlamiram.ancaq soyuducuda.Elede cox bezenmirem.hele evde ustunluk vermirem.Bir uzumde makyajla geze bilmirem agirliq cokur ustume iki usaqliyam narahatciliq olmasin.uc uzumu zeherlemek istemirem .Bir tek dodagima bir az pomada vururam oda cixmayan pomadadir bir defe vururam axsama kimi qalir amma menim ureyim sixilir gedib tezedenonuda silirem yeni cole cixanda mecburiyyetden bir teher dozurem.
POWER | 24 iyul 2012 01:45 | Status: VİP user | Şərh: 372
ehtiyatlı olmaq lazımdır, əks halda bu insan bədəninə böyük zərər vura bilər.
temamile raziyam smile
BAYACAM | 24 iyul 2012 00:30 | Status: Professional user | Şərh: 1 042
COX DIQQET EDIREM BU MOVZUYA ELAXSUSDA TONAL KREME DIQQET EDIREM ALARKEN.
COX MARAQLI XEBER IDI .TEWEKKURLER
Glass heart | 23 iyul 2012 23:46 | Status: Gümüş user | Şərh: 484
Lazimi xeberdi..Twkler
Ayka21 | 23 iyul 2012 23:43 | Status: Yazar | Şərh: 2 770
Duzu Xeber mene hec serf etmedi cunki eger dediyiniz kimi etsem gerek butun kasmetikalarimi atam Getsin offff tskler
Alizes | 23 iyul 2012 22:34 | Status: Yazar | Şərh: 2 588
Kosmetika seçimində çox diqqətliyəm,çünki dərimi korlayıb yenidən bərpa etməklə əlləşmək istəmirəm...
SaPir | 23 iyul 2012 22:25 | Status: Yazar | Şərh: 979
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
aynur.xuda | 23 iyul 2012 22:23 | Status: Gümüş user | Şərh: 1 289
menim fikrim az istifade edin kosmetikadan ve israfci olmayin lazim olduqca alin
HEYATIM | 23 iyul 2012 21:52 | Status: Professional user | Şərh: 2 110
men hec kasmetka istifade etmirem ... maraqli xeberdi tewekkurler
tenhaqiz | 23 iyul 2012 21:33 | Status: VİP user | Şərh: 477
Lazımlı məlumatlardır.Bizləri məlumatlandırdığınıza görə təşəkkürlər.