Gözəllik / Düzgün makiyaj

'Xanımlar bu kosmetik vasitələrdən istifadə etməsin'

Aynur_Qurbanqizi | 29-01-2012, 17:49
26 395 124

 

 

 

 

Son dövrlər xanımların istifadə etdikləri kosmetik məhsulların keyfiyyəti ilə bağlı redaksiyamıza çoxsaylı oxucu məktubları gəlir. Oxucularımızdan Nərmin Əliyeva redaksiyamıza ünvanladığı məktubda kosmetik məhsulların keyfiyyəti ilə bağlı narahatçılığını bildirib: “Mən 1 ildir ki, eyni kosmetik vasitələrindən istifadə edirəm. Məni narahat edən məsələ isə istifadə etdiyim məhsulların müddətidir. Bilmək istərdim ki, eyni kosmetik vasitələri 1 ildən çox istifadə etmək olarmı? Çünki kosmetoloqlar tərəfindən hələ bu barədə bir açıqlama eşitməmişəm. Bu vasitələri neçə aydan bir dəyişmək lazımdır?”

Məsələ ilə bağlı AZXEBER.COM portalı tanınmış kosmetoloq Nigar İbrahimovadan müsahibə alıb.

- Nigar xanım, kosmetik vasitələrdən düzgün istifadə hansı şəkildə olmalıdır?

-Ümumiyyətlə, tonal krem, pudra, tuş, dodaq boyası kimi kosmetik vasitələri heç olmasa 6 aydan bir dəyişmək lazımdır. Bəzi markalar vardır ki, onlar hətta alındıqdan 2 ay sonra pis qoxu yaradır. Bu vəziyyətdə həmin vasitədən istifadə etmək olmaz. Əsas diqqət edilməli məsələlərdən biri də başqalarının tuş, blesk və ya ənliyindən istifadə etmək olmaz. Bu yolla hər hansı bir xəstəliyi özümüzdə bilmədən yaya bilərik. Tuşdan göz kipriklərinə istifadə zamanı tuşun qapağını yaxşı bağlamaq vacibdir. Alındıqdan 2 ay sonra təzə dəmlənmiş çaydan 2 damcı götürüb tuşa damlatmaq lazımdır. Bu zaman həm tuşdakı quruluğun, həm də mikrobların çoxalmasının qarşısını almış olacağıq.

Göz qələmlərindən isə hər bir xanım individual olaraq istifadə etməlidir. Baxmayaraq ki, qələmin ucu hələ təzə təmizlənib və itidir. Hər istifadədən sonra bir daha qələmin ucunu təmizləmək lazımdır.

Pudrayla bağlı məsləhətim ondan ibarətdir ki, bu kosmetik vasitədən çox istifadə olunmasa daha yaxşı olar. Çünki pudra insanın üz dərisini qurudur.

Tonal kremlər isə son zamanlar xanımlarda daha çox problemə çevrilib. Belə ki , istənilən markanın tonal kremindetən istifadə etmək olmaz. Həmçinin, tonal krem üzün böyük bir hissəsinə çəkildiyi üçün xanımlar əsasən bu vasitədən doğru –düzgün istifadə etməyə çalışırlar. Həm də onu deyim ki, bu onlarda yaxşı alınmır.

- Nigar xanım, tonal kremlərin istifadəsi ilə bağlı müxtəlif fikirlər səslənir. Siz bu barədə nə deyə bilərsiniz?

-Əvvəlcə üzə neytral baza vurulmalıdır. Daha sonra tonal kremdən istifadə etmək olar. Ümumiyyətlə yaxşı olar ki, xanımlar üz dərisindən 1 ton açıq olan tonal kremdən istifadə etsinlər.Çünki üzdə qaldıqca o tündləşir. Həftədə heç olmasa 1 dəfə nəmləndirici, qidalandırıcı maskalardan istifadə etmək lazımdır.

- Hansı markaları xanımlara məsləhət görmürsünüz?

-“Pupa”, “Jade”, “Pastel”, “Maybelline” kimi markaların kosmetik vasitələrini xanımlara məsləhət görmürəm. Xüsusən üz dəriləri həssas olan xanımlar bu vasitələrdən istifadə ediblərsə mənimlə tam razılaşacaqlar. Həmçinin, xanımlara bir xoş xəbər də verim ki, artıq keyfiyyətli məhsullarla daha asan təmin ediləcəklər.

- Nigar xanım, bir kosmetoloq kimi, hansısa bir dünyaca məşhur brendi Azərbaycana gətirməyi düşünürsünüzmü?

- Hazırda danışıqlar başa çatmasa da onu deyim ki, Azərbaycanda ilk böyük “MAC”, “Make Up For Ever”, “Kryolan” kosmetik vasitələrinin satışını həyata keçirəcək mağazanın açılmasına çalışıram. Güman ki, bu işdə xanımlar da bizim qədər maraqlı olacaqlar.

Gülnarə BAYRAMOVA


esma inci | 7 noyabr 2015 22:48 | Status: Gümüş user | Şərh: 1 096
bilmirsiz macin oriqinaliyla padelkasni nece secmek olar????? bilen varsa yazn zehmet olmasa
Gulshen. | 21 fevral 2014 21:54 | Status: Qonaq | Şərh: 0
Tewekkurler
Meryem_Duyqu | 16 fevral 2014 18:52 | Status: Yazar | Şərh: 4 130
mütləq bu sadalananlara diqqət yetirmək lazımdır.
Alice | 4 fevral 2014 21:30 | Status: Professional user | Şərh: 5 021
Diqqətliyəm... HƏM DƏ Çoox.
Qanad | 26 dekabr 2013 16:03 | Status: Yazar | Şərh: 4 357
Tesekkurler
Nigar | 25 noyabr 2013 13:36 | Status: Gümüş user | Şərh: 6 064
tewekkurler xebere gore
AYAN A-VA | 30 oktyabr 2013 11:59 | Status: Gümüş user | Şərh: 1 722
XEBERE GORE TESEKKUR
Gulnare4 | 27 oktyabr 2013 15:52 | Status: Gümüş user | Şərh: 1 255
en gozeli orifleymdi
Just me | 22 avqust 2013 16:15 | Status: Professional user | Şərh: 1 296
maraqliydi twk
Ince Memmedli | 12 avqust 2013 17:56 | Status: Qonaq | Şərh: 0
Tesekkurler
Alone Girl | 2 iyul 2013 15:26 | Status: Gümüş user | Şərh: 1 679
tewekkurler
Girl | 25 iyun 2013 13:54 | Status: Professional user | Şərh: 8 206
Tewekkurler
mehimim | 18 iyun 2013 14:12 | Status: VİP user | Şərh: 663
MEN KOSMETIKA ISTIFADE ETMIREM,ADI GOZ QELEMI MENE BESDI.
cucem. | 12 iyun 2013 21:24 | Status: Professional user | Şərh: 4 415
MENE NIGAR XANIMIN TELEFON NOMRESI LAZIMDIR BILEN VARSA ISMARICA YAZSIN MENE
Mickey Mouse | 2 iyun 2013 11:23 | Status: Professional user | Şərh: 4 008
Baw usteee....
FLOVERandGİRL | 2 iyun 2013 10:58 | Status: Professional user | Şərh: 3 251
tesekkur edirem
nuragozelova | 9 aprel 2013 17:13 | Status: Qonaq | Şərh: 0

pupanin tusu mende var superdi orifleym en gozel firmadi max faktorda yaxsidi bulardan istifade edrem esasen gozu yasaran xanimlar karandasi gozuvuze vuranda qasinir narhat edirse sulanirsa yayilirsa orifleymin qelemigoz qelemi superdi cemi 3 manatadi pudrasi 11 mant tusu 18 laklari 5 sampunlari 6 mant yuxari duz 50 mantacan pamadasi 10 mant yuxari n3

Akademik | 27 mart 2013 20:20 | Status: Professional user | Şərh: 4 580
n4
KAMA88 | 27 mart 2013 13:53 | Status: Şərhçi | Şərh: 351
n38
Nigar | 24 mart 2013 19:13 | Status: Gümüş user | Şərh: 6 064
n44 yaxwi xeberdir maraqlidir
SEVA00 | 4 mart 2013 16:23 | Status: VİP user | Şərh: 1 013
TESEKKURLER XEBERE GORE.OYRESMEKDENDE COX SEY ASILIDIR.AZDA OLSA MUTLEQ HER GUN EDIREM
Gozel Melek | 3 mart 2013 15:28 | Status: Gümüş user | Şərh: 1 531
QADINI BAXIMLI EDEN KASMETIKADIR
beran | 20 dekabr 2012 00:32 | Status: Qonaq | Şərh: 0
men demek olarki az istifade edirem
MULATKA_ | 17 dekabr 2012 07:25 | Status: Qonaq | Şərh: 0
QADINI BAXIMLI EDEN KASMETIKADIR AMA BAXIRDA NECE KASMETIKA.
Gulnare3 | 16 dekabr 2012 19:52 | Status: Şərhçi | Şərh: 160
men ayda ilde 1 defe harsa gedende istifade edrem
Vefa1980 | 15 dekabr 2012 03:36 | Status: Qonaq | Şərh: 0
kosmetikadan istifade edirem, amma daha cox gundelik kosmetikaya ustunluk verirem, tonal krem ve tush vururam, enlik derimden azciq tund reng ve kosmetikalarimin keyfiyyetine xususi onem verirem, men xaricde yasayiram, pupa, jade brda yoxdu, maybelline ise ucuz firmadir, onlarin keyfiyyetinin asagi olmasi normaldir, bu firmalar biz yaxsiyiq demir, yaxsi firma Nigar Ibrahimovanin dediyi firmalar deyil, Clinique, Dior, Chanel, Estee Lauder, Yves Saint Loren, Clarins ve adini unutdugum basqalaridir, hee surme ise Helene Rubinsteinin ustune marka tanimiram, heqiqeten goz makyaji ve baximi sahesinde bu marka xariqeler yaradir.
Asya Qurbanova | 10 dekabr 2012 14:02 | Status: Gümüş user | Şərh: 715
Duzdu men hamiya deyirem ki qdinlari gozel eden kasmetikadi amma ele deyilmis bezilerini cixmaq serti ileMeselen Banu bibimin uzunde birdenede leke sizanaq yoxdu o makyajsiz gozeldi.Amma meni makyaj qesenqlesdirir.
Nurus. | 21 noyabr 2012 01:25 | Status: Brilliant user | Şərh: 6 982
Xanimlara meslehet gorerdimki her gun kasmetkadan cox istifade etmesinler
zoluwka | 31 oktyabr 2012 03:35 | Status: Professional user | Şərh: 3 172
3il bundan qabaq tuw almiwam helede istifade edirem,retqi halda tuw vururam.tnal krem,pudra ve yaxud diger kremler istifade etmirem firmalarinda tanimiram.tewekkurler
sevinc keder | 7 oktyabr 2012 13:40 | Status: Professional user | Şərh: 3 818
bele baxanda gerek ki ancaq firma kasmetikalarindan istifade edesen