Gözəllik / Düzgün makiyaj

Kişilərin qadınlarda bəyəndiyi makiyajlar

Banu. | 5-09-2016, 10:30
2 803 3

 
 
Qadınlar kişilərin ən çox hansı rəngi, saç düzümünü bəyəndiyini öz aralarında müzakirə edirlər. Buraya qadınların makiyajları da daxidlir. Bəs kişilər hansı makiyajı sevirlər? Kişilər həyat yoldaşlarında və ya sevgililərində ən çox hansı makiyajı sevir?

Hazırlaşın, qızlar axtardığınız cavabların hamısına aydınlıq gətirdik

Təbii

Təbiiliyə üstünlük verən qadınlar sanki bir az daha şanslıdır! Bəzi kişilər dərini heç bir şeylə örtülməmiş təbii halını sevir. Bu onlara daha sağlam və daha məsum gəlir. Təbii ki, dəri qüsurlarını örtəcəksiniz, amma heç yox imiş kimi tətbiq edilən makiyaj ən idealıdır.

İşıltılı gözlər, parıltılı dodaqlar

Bəzi qadınlar parıltılı makiyajın onları daha cəlb edici etdiyini düşünür. Bu da açıq tonlarda kosmetik vasitələr və parıltılarla mümkündür. Dodaqlarınıza parladıcı və gözlərinizə parıltılı göz kölgəsi çəkərək istədiyiniz effekti əldə etmək çətin deyil. Bəli, indi gözəl görünürsünüz. O da elə düşünür.

Dumanlı gözlər

Qadınların seksual baxışlara dumanlı makiyaj sayəsində qazandıqları cazibə qarşısında tab gətirə bilməyən kişilər də var. Bu seksual və sirli göz makiyajını da sınaqdan keçirməlisiniz.

Üsyançı-qəşəng gözlər

Gözlərini ön plana çıxarmağı sevən qadınlar bu təklifimizi çox sevəcək. Kişilər dəridə təbiiliyə üstünlük verirlər. Amma onlar üçün də son dərəcə vacib olan məqamlar var: Gözlər! Kişilərin bəziləri üsyançı və cəlbedici göz makiyajını çox sevir.

Minimum makiyaj

Kişilər həddindən artıq yüklənmiş qadına uzun müddət tab gətirə bilmirlər. Sanki dəri rənglərin rəhmsizcəsinə hücumuna məruz qalıb. Kişilər üzünü tonal kremlə örtən qadınları sevmir. Dərinizin tonunu boya altnda gizlətməyin.

Bir qədər ənlik

Yanağınıza bir az rəng vermək gözəl ideyadır. Çəhrayı yanaqlar qadınları seksual göstərən amillərdəndir. Lakin bunun üçün yanaqları ənliklə doldurmaq lazım deyil. Ənliyi yanaqlarınızın soyuqda bir qədər donmuş və qızarmış kimi olmalıdır.

Qırmızı pomada

Dodaqlarınızı ehtiraslı və cazibəli qırmızı dodaq boyası ilə vurğulamısınızsa, bu, ona gecənin əyləncəli keçəcəyinə bir işarədir. Bu da kişilərin huşunu itirdiyi digər məqamdır.

Pastel pomadalar

Bir qadın simasını kosmetikanın arxasına gizlətmədiyi zaman cazibəlidir. Qadınların dərinin parlamasına və təbii tonlardan istifadə edərək bu parıltını dodaqlarına gətirməsinə də huşunu itirən kişilər az deyil.

B.Fereh | 5 sentyabr 2016 17:42 | Status: Nəzarətçi | Şərh: 6 975
Hec bir kiwi .qainda abartili makiyaji sevmir ve ele olur ki,kiwilerin zovqu qadinlarin zovqunnen yaxwi olur.Oz xanimina cox yaxwi meslehetler verir,geyim ve makiyaj baximinnan.
buxqalter | 5 sentyabr 2016 11:53 | Status: VİP user | Şərh: 1 212
yerine gore makiyaj etmeyi xowlayiram...tebii gorunen makiyaja ustunluk verirem esasen
nurane nurane | 5 sentyabr 2016 11:40 | Status: VİP user | Şərh: 1 014
MAKIYAJI COX SEVIREM.MAKIYAJSIZ DEMET AKALIN VAKASIDI MENDE.TAM DEYISIREM DEMEY OLARKI, MAKIYAJ EDENDE.