Gözəllik / Düzgün makiyaj

Yay aylarında hansı tonal kremləri seçmək lazımdır?

Banu. | 31-07-2016, 10:30
2 324 7

 

Solğun dəri və gözaltı kölgələri gizlətmək üçün istifadə olunan tonal kremlər hər bir makiyajın əsas hissəsidir. Yay aylarında bizə tonal krem nə üçün lazımlıdır?

Müdafiə. Müasir dövrün vasitələri əvvələr istifadə olunan vasitələrdən çox fərqlənir. Əvvələr bu kremlər  üzdə maska yaradır və məsamələri  tıxayırdılar. Bu isə üz dərisi üçün çox ziyanlıdır. Müasir vasitələrin əsası eyni (su, silikon və ya yağ əsaslı), yalnız rəng piqmenti başqadır.

Mikroskopik ölçülü bu hissəciklər təbii minerallardan hazırlanaraq, dəriyə heç  bir ziyan vurmur və hamar yayılır. İndiki dövrdə şəhər küçələrində üz dərisinə hopa biləcək tozu nəzərə alsaq, tonal kremin istifadəsini xeyirli saymaq olar. Səbəb odur ki, tonal krem nəinki xoşagəlməz çatışmazlıqları örtür, həmçinin ətraf mühitin ziyanlı təsirində dərini qoruya bilir.

Nəmlənmə. Nəmləndirmə xüsusiyyətli kremləri təmiz üz dərisinə və gündəlik krem üzərinə də çəkmək  olar. O zaman dəriyə nəinki yumuşaldıcı təsir göstərilir, həmçinin hamarlıq verib, makiyajın əsası bərkidilmiş olur. Bəzi gizlədilmə flüidləri gündəlik kremləri əvəz edə bilirlər, çünki eyni komponentli tərkibə malikdirlər. Eyni xüsusiyyətlərə bütün BB və CC kremlər malikdirlər.

Yaşlanma əleyhinə. Lazımi komponentli tonal krem dəriyə qulluq üçün istifadə olunan yüksək texnologiyalı vasitələr kimi dərinin dartınmasını təmin edə bilər. Tərkibində yosun fermentlərini (onlar dərinin elastikliyini artırır), işığı əks etdirən hissəcikləri (dəriyə parlaqlıq verir), həmçinin turmalin və malaxit kimi qiymətli mineralları (üz dərisinin rəngini yaxşılaşdırır) olan vasitələrə üstünlük verməyə çalışın.

Günəşdən qorunma. Yaz və yay aylarında istifadə etiyiniz tonal kremin SPF faktorunun 15 dən aşağı olmamasına xüsusi diqqət yetirin. Bu dərini aktiv günəş şüalarından qoruyaraq, gec qocalmasını təmin edəcək. Bu kimi kremlərlə üstünlük verməklə bərabər dərinizə daim  nəmləndirici və qidalandırıcı kremlərlə (dəri tipinizə uyğun) qulluq etməyi unutmayın.


SEVDA | 1 avqust 2016 15:19 | Status: Nəzarətçi | Şərh: 17 439
Sitat: Dəniz qızı
Yayda qəti vurmuram üzümə..

Men de...
Dəniz qızı | 1 avqust 2016 08:23 | Status: Brilliant user | Şərh: 8 017
Yayda qəti vurmuram üzümə..
B.Fereh | 31 iyul 2016 12:11 | Status: Nəzarətçi | Şərh: 6 975
Istinin gununde ne tonal krem,qeti uzume vura bilmerem.Ele bilerem uzumde bir ton yuk dawiyiram:))Hec yayda toya da gedende vurmuram krem.Pudrayla kifayetlenirem.
Melumatcun tewekkurler.
Dəniz qızı | 10 iyun 2016 07:51 | Status: Brilliant user | Şərh: 8 017
Gündəlik istifadə etmirəm.
Ciddi1 | 9 iyun 2016 16:50 | Status: Qonaq | Şərh: 0
salam ciddi munasibet qurmaq isdeyirem tikinti sirketinde sahe reisi isleyirem burda ciddi medeni aile terbiyesi goren yalan danismayan oglan dostu sevgilisi olmayan sadiq durust insanliqi saf qelbi olan bir qiz var?menim ucun gozellik onemli deyil esas saf qelbi insanliqi durust sadiq olsun menim meyxanaya qulaq asan aciq saciq qisa dar geyimler geyen oglan sayaqi olan qizlardan xosum gelmir menim tanis olacaqim qiz sumqayitdan ve ya bakidan olsun rayondan olmasin ozum subayam subay olsun ciddi qiz varsa yazdiqim terzde elaqe saglasin (055) 958 92 85 ciddi qiz varsa elaqe saglasin pesman olmaz tanis olacaqim qiz Namaz qilan olsa lap yaxsi olar tanis olacaqim qizin yasi 27-30 yasa kimi olsun yazdiqim terzde xanim varsa zeng etsin men ozum qisqancam isderdim tanis olacaqim xanim qisqanc olsun ciddisense nomremi gotur yaz ki nomrenizi azadqadin saytindan goturmusem yalandan deme sef dusmusem ciddi munasibet qurmaq isdeyirsense.nomremi gotur ciddi deyilsense nomremi goturme yazdiqim terzde xanim varsa watcapa yazsin
tanis olacaqim xanim Namaz qilan olsa lap yaxsi olar Insallah ciddi bir qizla tanis olum elanimi sildirecem ama ciddi qiz hele tapmamisam ciddi munasibet qurmaq isdeyen qiz yazsin pesman olmaz
SEVDA | 9 iyun 2016 13:50 | Status: Nəzarətçi | Şərh: 17 439
Ne yayda ne qıwda istifade etmirem.
Toyda -nişana gedende ancaq istifade edirem
ESMERRi | 9 iyun 2016 11:00 | Status: Brilliant user | Şərh: 5 378
Yayda istifadə etmirəm tonal kremdən.