Gözəllik / Düzgün makiyaj

Pomada çəkərkən bu səhvlərə yol verməyin

Banu. | 27-02-2016, 10:30
3 692 6

 

Parlaq dodaq boyası ən gözəl akssesuardır. Əsas odur ki, o düzgün istifadə edilsin. Amma təəssüf ki, əksəriyyət xanımlar parlaq rəngli dodaq boyalarından istifadə edərkən səhvlərə yol verirlər. Bir daha səhv etməməyiniz üçün sizə dodaqları boyayarkən edilən 5 səhv haqqında ipucu veririk.


1. Yetərsiz nəm


İndiki dövrdə dodaq boyalarının çoxunun tərkibində nəmləndirici var, bəziləri isə tamamilə nəmləndirməyə xidmət edən balzam rolunu oynayır. Amma bəzən bu nəm bazaları kömək etmir. Xüsusilə də, soyuq havalar və ya ofisdəki kondisioner sizin dodaqlarınızı daha da çox qurudur. Buna görə də, sizə mütəxəssisdən kiçik ipucu veririk: dodağınıza balzamı qalın qat tətbiq edib 2 dəqiqə gözləyin. Sonra salfet ilə dodağınızı yavaşca silin və boyanı çəkin. 


2. Pilinqdən zədələnmə


Zədələnmiş dodaqlarda heç bir dodaq boyası dəqiqliklə qala bilməz. Xüsusilə də, mat dodaq boyaları. Buna görə də, hər axşam dodaqlarınızı yumşaq diş fırçası və xüsusi dodaq pilinqi vasitəsilə (balla şəkər də ola bilər) yavaşca, düzgün formada masaj edin. Dodaq dərisi yumşaq olduğundan asta hərəkətlər edin və sonra balzam, maska çəkin. 


3. Yanlış rəngdə seçilmiş dodaq qələmi


Dodaq qələmi seçərkən iki nüansa diqqət etməlisiniz:


1. Rəngsiz və ya nude çalarlarda dodaq qələmləri dodağın kənarlarına çəkilir və dodağı vizual olaraq daha dolğun göstərmək üçündür.


2. Eyni çalarda dodaq boyası – dodağınızı boyarkən səhv etməmək üçün eyni çalarda boya və qələm seçsəniz karlı çıxarsınız.


4. Baz istifadə etməmək


Bir çox xanımlar dolğun dodaqlar əldə etmək üçün bazı qat-qat çəkirlər. Bəzilər isə ümumiyyətlə istifadə etmirlər. Amma dodaq bazı saçların dodaq boyasına yapışmasının, qırmızı dodaq boyası çəkdikdə dişlərin ləkəli olması kimi bir çox xoşagəlməz hallardan sizi sığortalayır. Bazı dodağa tətbiq edin, sonra boyanı çəkin, salfetlə bir az silin, yenidən boyanı çəkin və sanki salfeti öpürmüş kimi edin. Bu üsulla dodaq boyanız uzun müddət dodağınızda qalacaq. Daha bir fincan çayda silinməyəcək.


5. Dodaq boyasını tətbiq etmə texnikası


Fərqi yoxdur dodaq boyasını nə ilə çəkirsiniz – fırça, barmağınız və elə sadəcə birbaşa tətbiq edirsiniz – heç bir fərq etməz. Sadəcə bilin ki, boyanı dodağınıza mərkəzdən tətbiq etməyə başlayın, sonra kənarlara doğru gedin. Belə etdikdə siz boyanı dəqiqliklə tətbiq edəcəksiniz və heç bir səhv sizin gözəlliyinizə mane olmayacaq.



SEVDA | 27 fevral 2016 18:13 | Status: Nəzarətçi | Şərh: 17 439
Dodaq qələmindən istifadə etmirəm.
Aylin1997 | 27 fevral 2016 18:06 | Status: VİP user | Şərh: 108
ayyy ele pamada surtenler gordum ki, dodaqlarndan qiraga cixardirlar ki dodaqlari iri gorunsun neye lazimdi bax bunlar Allah sizi yaradib daaa saglam gerek nese elave edib ozunuzu pis veziyyete gulunc veziyyyetine qoyasiniz gerek bu xeberde ki sekilleri goturub elelerine gosteresen ki bax gorek o senin ozunden cixardigin icad bur da varm bax gorek ne deyeksen??? ele edirler 90.000 milyon ehalinin onune cixirlar vecilerine de deyil bir utanmaq falan yoxdu quzara qizara baxirlar Utanin yaa utanin //..... nem valllah demeye soz tapmram Allah agil versin...
Hali | 27 fevral 2016 16:02 | Status: VİP user | Şərh: 484
Men guzgusuz bele pamadani çekirem çox seliqeli
B.Fereh | 27 fevral 2016 12:04 | Status: Nəzarətçi | Şərh: 6 975
Pamadani ve ya dodaq konturun hetta guzgusuz de,tam seliqeli wekilde vura bilirem.
ESMERRi | 27 fevral 2016 10:56 | Status: Brilliant user | Şərh: 5 378
Bacarıram.Bunu bacarmayan xanım var ki.??
dılay | 27 fevral 2016 10:40 | Status: Brilliant user | Şərh: 8 183
BEzi pomada cekenler kaw buna baxib orgenerdiler.Pomadani ele cekirler burunlarinin altinacan wink Pomadadan sora dillerini cixardib pomadani ele yaliyirlarki.. wink wink wink