Gözəllik / Düzgün makiyaj

Makiyaj vasitəsilə toppuş dodaqlara sahib olun

Banu. | 4-02-2016, 10:30
3 504 10
 

 

 

Makiyajın köməyi ilə nazik dodaqları vizual olaraq həcmli etmək olar.

Bunun üçün dodaqlara tonal vasitə çəkdikdən sonra tozşəkilli pudra vurulur və kontur karandaşla dodaqlar "doğma” səviyyəsindən 1-2 mm yuxarıda çəkilir. Həcmli effekt almaq üçün kontur xətti tünd çəhrayı və ya solğun qırmızı çalarlı olmalıdır (qəhvəyi, tünd zanbaq və ya tünd qırmızı rənglər istifadə edilmir). Dodaq boyası sədəfli açıq çəhrayı, şaftalı, ərik rəngli çalarlarında olmalıdır. Həcmli effekt alınması üçün "nəm” və "brilyant” şəffaf dodaq parıltıdan da istifadə etmək olar.

Çox həcmli dodaqlar üçün xüsusi maye korrektordan istifadə edirlər. Dodağın təbii sərhədini "gizlətmək” üçün bu kosmetik vasitəni dodağın xarici xətti üzrə çəkirlər.  Bundan sonra rəngi orta tündlükdə olan karandaşla dodağın təbii sərhədindən 1-2 mm aşağı olmaqla xətt çəkirlər. Dodağın enini azaltmaq üçün sədəfsiz tünd dodaq boyası seçmək olar (qəhvəyi, şokolad rəngli, tünd qırmızı). Kosmetik parıltını isə yalnız dodağın mərkəzinə vurmaq olar.

Çox kiçik dodağı belə bir üsulla "böyüdürlər”. Əvvəlcə təbii dodaq xəttini duru kosmetik korrektəedici vasitə ilə hamarlaşdırırlar. Sonra dodaqların künclərini yuxarı istiqamətə apararaq kontur karandaşla 2-3 mm uzadırlar. Dodaq boyası çox tünd olmamalıdır. Yaxşı olardı ki, bej və açıq çəhrayı rəngin çalarları seçilsin. 1-2 qat dodaq boyası üzərindən parlaq sədəfli dodaq parıltısı çəkilir.

Çox böyük ağız bəzən vulqar görünür. Dodağın "artıq” uzunluğunu "gizlətmək” üçün kontur karandaşla  çəkilən xətt dodaq künclərindən 2-3 mm məsafədə başa çatmalıdır. Dodaq boyasını neytral çalarda seçirlər - şaftalı rəngi, açıq çəhrayı, bej-çəhrayı. Pomada vurulduqdan sonra kağız salfetlə dodağı yüngülcə qurulayır, kosmetik parıltıdan isə istifadə etməyin.

 


Gulnar2013 | 27 fevral 2016 00:01 | Status: Qonaq | Şərh: 0
Sitat: Röyamsan.
Heç sevmirəm kontur çəkməyi, dodaqlarım yetərincə dolğundur ehtiyacım yoxdur. love
Ay_Sun | 7 fevral 2016 01:20 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: SEVDA
Dodaqlarımdan şikayətim yoxdur,tşk...

Menimde feel
SEVDA | 6 fevral 2016 14:31 | Status: Nəzarətçi | Şərh: 17 439
Dodaqlarımdan şikayətim yoxdur,tşk...
Nara88 | 5 fevral 2016 12:09 | Status: Professional user | Şərh: 4 253
ehtiyac duymuram)
gülnigar | 5 fevral 2016 00:33 | Status: Qonaq | Şərh: 0
dodaqlarim dopusdu ehtiyacim yoxdu.xeber ucun tesekurler
Röyamsan. | 4 fevral 2016 14:22 | Status: Brilliant user | Şərh: 6 102
Heç sevmirəm kontur çəkməyi, dodaqlarım yetərincə dolğundur ehtiyacım yoxdur. love
Janna_1994 | 4 fevral 2016 13:57 | Status: Şərhçi | Şərh: 499
tewekurler
B.Fereh | 4 fevral 2016 13:06 | Status: Nəzarətçi | Şərh: 6 975
Dolgun olanda ne fayda,olmayanda ne fayda,Allah ne veribse o meni qane eleyir:)
dılay | 4 fevral 2016 11:49 | Status: Brilliant user | Şərh: 8 183
DodaqlarIm dolgundur. Kontur karandawdan istifade etmemiwem hec vaxt.
Real Madrid CF | 4 fevral 2016 11:30 | Status: Qonaq | Şərh: 0
Dodaqlarim o qederde dolgun deyil amma ele hemise makiyaj vasitesile dolgun dodaqlara sahib oluram.