Gözəllik / Düzgün makiyaj

Kometik vəsaitləri HARADA VƏ NECƏ saxlanmalı?

Nurus. | 28-10-2015, 19:30
1 894 8

 

Bu məhsulları alarkən son dərəcə ehtiyatlı olmaq məsləhətdi. Kosmetika vasitələri insan üçün gərəkli vasitə və pereparatlardandır. Kosmetik vasitə bədəninin müxtəlif nayihələrinin təmizlənməsi, onların xarici görünüşünün korreksiyası, zərərli amillərdən qorunması, yaxşı vəziyyətdə saxlanması üçün istifadə olunur. Lakin kosmetik vasitələr alarkən son dərəcə ehtiyatlı olmaq lazımdır, əks halda bu insan bədəninə böyük zərər vura bilər.

  

 

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edir ki, kosmetik vasitə alarkən ehtiyatlı olsunlar. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kometik vasitələrin istehsalında istifadə olunmuş xammal və materiallar Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə təsbit edilmiş tələblərə cavab verməlidir. Kosmetik vasitələrin mikrobioloji, toksikoloji, klinik-laborator göstəriciləri, tərkibində olan maddələrin xüsusi çəkisi normativ-texniki sənədlərdə göstərilmiş normaları aşmamalıdır.

 





İstehlakçı olaraq hər kəs bu vasitələri alarkən onların qablaşdırılmasına, markalanmasına, saxlanma şəraitinə və temperaturuna diqqətlə yanaşmalıdır. Kosmetik vasitələrin etiketi üzərindəki mətn başqa dillərlə yanaşı, mütləq dövlət dilində olmalıdır. İstehlakçıya zəruri və düzgün məlumat verərək onun düzgün seçim etməsinə şərait yaratmalıdır. Etiketdə məhsulun adı, istehsalçı müəssisənin adı, ünvanı, məhsulun xalis çəkisi, həcmi, miqdarı, effektiv, zərərsiz istifadəsi qaydaları, istehsal tarixi, yararlılıq müddəti və digər məlumatlar əksini tapmalıdır. Kosmetik vasitə alarkən məhsulun tərkibi haqqında məlumatları diqqətlə oxumaq lazımdır. Əgər etiketdə bu haqda heç bir məlumat yoxdursa, və ya məhsulun tərkibi tam göstərilməyibsə belə məhsulu almaq məsləhət deyil.

Bu vasitələr allergiya və qıcıqlandırıcı reaksiya yaradan əsas məhsullardan hesab edilir. Xüsusilə tərkibinə alümin, butan, dietanolamin, propan, mineral və ya texniki yağ daxil olan kosmetik vasitələri alarkən istehlakçılar diqqətli olmalıdır. Kosmetik vasitənin üzərində onun hipoallergen olduğu barədə qeyd varsa, bu məhsulun tərkibində dərini güclü qıcıqlandıran komponentlərin olmadığını göstərir.

 Kosmetik vasitələrlə bağlı istehlakçıların diqqət etməsi zəruri olan digər mühüm məqam məhsulların saxlama

 

 

 müddəti və saxlama şəraitidir. Xüsusilə allergiyaya meylli şəxslərə uzun saxlama müddətinə malik vasitələrdən

 

istifadə etməmələri tövsiyyə olunur. Belə ki, məhsulların uzun saxlama müddətini təmin edən konservantlar

 

kosmetik vasitənin tərkibində nə qədər çox olarsa, allergik reaksiyanın əmələ gəlməsi riski bir o qədər

 

çoxdur.Kosmetik vasitələrin saxlama müddəti məhsulların istehsalçıları tərəfindən müəyyən edilir və bu

 

müddət ərzində malların keyfiyyətinə təminat verilir.

Məsələn göz üçün tuş orta hesabla 3-6 ay, tonal krem,

 

sürmə 6-12 ay, göz kölgələri, göz və qaş qələmi, dodaq boyası, ənlik və kirşan 12-18 ay saxlama müddətinə

 

malikdirlər.İstehsalçının müəyyən etdiyi saxlama şəraitinə riayət olunmaması, kosmetik vasitənin göstərilən

 

saxlama müddəti bitmədən korlanmasına səbəb olan mühüm amillərdəndir. Kosmetik vasitələr 0-25°РЎ

 

temperaturda, qaranlıq, yaxşı havalandırılan, nisbi rütubətin 70%-i aşmadığı yerlərdə saxlanmalıdır.

 

Tərkibində səthi aktiv maddələr və spirt olan kosmetik vasitələr isə 20°РЎ-dək temperaturda saxlanmalıdır.


dılay | 22 fevral 2016 21:10 | Status: Brilliant user | Şərh: 8 185
Tewekkurler bilirdim
Ay_Sun | 8 noyabr 2015 15:11 | Status: Brilliant user | Şərh: 13 409
Bezilerini bilirdim tesekkurler.
Dəniz qızı | 30 oktyabr 2015 13:47 | Status: Brilliant user | Şərh: 8 019
Bəzilərini bilirəm,təşəkkür.
SEVDA | 29 oktyabr 2015 14:03 | Status: Nəzarətçi | Şərh: 17 443
Təşəkkürlər...
gece-gunduz | 29 oktyabr 2015 08:27 | Status: Gümüş user | Şərh: 1 720
kaş etikadan az istifadə edirem saxlamağı da öz otaqimda çəkməçi də saxliyam
milashka_167 | 28 oktyabr 2015 22:31 | Status: VİP user | Şərh: 1 452
men kasmetikadan cox az istifade edirem.ayda ilde bir defe desem yalan olmaz vallah
buxqalter | 28 oktyabr 2015 20:52 | Status: VİP user | Şərh: 1 213
Tewekkurler......
dılay | 28 oktyabr 2015 20:23 | Status: Brilliant user | Şərh: 8 185
Men agzI acIlmamIw tuwu soyuducunun awagI gozunde saxlayIram