Gözəllik / Düzgün makiyaj

Gözəlliyinizin son nöqtəsi - Tonal kremlər

leyla meherremova | 26-11-2014, 10:30
8 260 27

 (300x75, 13Kb)(300x75, 13Kb)

Fikirləşirsiniz ki hamar bir dəriyə necə sahib ola bilərsiniz?!. Təbii ki, sizə ən uyğun Tonal Krem seçərək.

 

Gözləriniz, dodaqlarınız və saçınız gözəl görünsün deyə bir çox vaxt və pul xərcləməniz çox normal haldır, amma əgər dəriniz ləkəlidirsə, sərf etdiyiniz bütün bu vaxta  təəssüf etməkdən başqa bir şey qalmır. Çünki üz cizgilərinizi nə qədər vurğulasanız da dərinizdəki nahamar görünüş hər şeyi pozacaq.

 

Problemlər və Həlləri

 
Göz altındakı torbalanma və qaralma

Gözlərinizin altında çox diqqətə çarpan xəttlər ya da torbalar meydana gəlmişdirsə, açıq rəngli və yüngül tərkibli tonal krem seçin və tonal kremi göz bölgəsində çox az istifadə edin. Tünd krem, bu cür qüsurları daha da diqqətə çarpan hala gətirər.
 
  Həddindən artıq rəngli üz

Al yanaqlarınız varsa, ya da çox asan qızarırsınızsa, tonal kremin altına yaşıl tonlu bir nəmləndirici ya da üstünə yaşıl tonlu bir pudra sürtün.
  
Ləkələr
 
Tonal kremlə örtmədiyiniz ləkə ya da qızarıqlıqları, üstən sürtəcəyiniz bağlayıcı bir kremlə görünməz hala gətirə bilərsiniz. Dərmanlı, müalicə tərkibli bir tonal krem istifadə etməklə, ləkənin tamamilə keçməsini də təmin edə bilərsiniz.
 

 

Çənə
 
Gözə batan bir çənə quruluşuna sahibsinizsə və ya oyuq bir çənəni daha yumşaq göstərmək istəyirsinizsə, qulaqlardan çənəyə doğru, çənə xəttinizin düz altına bir ton daha tünd tonal krem sürtərək saxta bir "kölgə" yarada bilərsiniz.
 
Civzə

Dəri problemlərinizi örtmək istəyirsinizsə, mat bir tonal krem istifadə edin. Civzə və sızanalara görə dərinizdə nahamar görünüş varsa, qəlib tonal krem kimi sıx bir tərkib istifadə edə bilərsiniz, amma gecə yatarkən tamamilə təmizləməyə diqqət edin.
 
Çillər
 
Bütün üzə yayılmış çilləri azaltmaq üçün dəri rənginizdən bir az daha tünd bir maye tonal krem istifadə edin.
 
Günəş yanığı
 
Günəş yanığını tonal kremlə bağlamağa çalışmayın, bu işə yaramaz. Onun yerinə, soyuq bir bezlə örtərək ya da soyuq su ilə yuyaraq dərini sərinlədin, sonra da güclü tərkibə malik bir nəmləndirici sürtün.

Tonal Krem növləri


Maye Tonal Krem

İncə, müəyyən qədər görünməz bir təbəqə meydana gətirər. Quru dəriyə sahib olanlar nəmləndirici, yağlı dəriyə sahib olanlar isə yüngül dərmanlı, ya da yağsız tonal krem istifadə etməlidirlər.

 Yağlı Tonal Krem

Bir az daha qalın bir təbəqə meydana gətirir. Quru və normal dərilər üçün idealdır. Bu cür tonal krem, parlaq bir görünüş verdiyi üçün yağlı dərilərə uyğun deyildir.

Jele Tonal Krem

Qalın bir təbəqə meydana gətirməz və şəffaf bir rəng verir. Ləkəsiz, gənc dərilər üçün idealdır. Günəş şüalarına qarşı qoruyucu maddələr ehtiva etdiyindən yaz-yay aylarında qoruyucu kimi istifadə edə bilərsiniz.

Ən yaxşı nəticəni əldə edə bilmək üçün dəri növünüzə uyğun formullu tonal krem tapıb, problemli yerləri ən yaxşı şəkildə örtərək, lazımlı miqdarda istifadə etmək kafi olacaqdır.

Qəlib Tonal Krem

  Qalın bir təbəqə yaradır. Nəmli bir süngərlə sürtülməlidir. Quruducu təsiri olduğundan, yağlı dərilər üçün idealdır.
 


Rəng Variantları

Əgər sarı, ya da qara dəriyə sahibsinizsə, bədəninizin rənginə uyğun gələn tonal krem tapmaqda çətinlik çəkə bilərsiniz. Dermatoloqlar, ağ irqi ayrı dəri rənginə ayırırlar, dəri rənglərinin növü südlü qəhvədən, fil dişinə qədər uzanan 39 növ fərqli tona sahibdir.

Qaranlığınızı işıqlandırın

Tonları sınayarkən, gün işığında baxmağa çalışın. Çünki elektrik işığı sarımtıl, fluoressensiya işıq isə göy rəngə çalan bir kölgə effekti verə bilər. Tonal Krem sürtərkən işıq mütləq tam qarşıdan gəlməlidir, yoxsa kölgələr yranacaq və düzgün sürtmək çətinləşəcək. Makiyaj etmək üçün ən ideal metod, gün işığında pəncərənin qarşısına yerləşdirəcəyiniz bir güzgüdən istifadə etmək olacaqdır.
Banyoda pəncərədən yoxsa, Hollywood tərzi, ətrafı işıqlandırılmış ya da üstündə hər hansı bir işıq mənbəyi olan bir ayna da eyni işi görür. Amma yenə də siz siz olun, üzünüzü bütün dünyaya göstərmədən gün işığında bir nəzarət edin.
 
 (300x75, 13Kb)(300x75, 13Kb)
 Xəbər Azadqadin.az. saytına məxsusdur, istifadə edərkən istinad mütləqdir.
 

B.Fereh | 6 fevral 2016 14:19 | Status: Nəzarətçi | Şərh: 6 971
Cox az az isdifade edirem,pudraynan kifayetlenirem cox vaxt.
ESMER | 16 oktyabr 2015 13:19 | Status: VİP user | Şərh: 817
Sitat: Lola 98
Menim derim hedinden artiq
qurudu tonalni ceken kimi oxalanib tokulur bilmirem hansi nemlendiricini isdifade edim hecne komek etmir yaxsi xeyir ede bilecek nemlendirici adi bilen varsa yazsin zehmet olmasa
guldeniz | 9 iyul 2015 08:10 | Status: Professional user | Şərh: 1 640
saqolun maraqlidi
Lola 98 | 6 aprel 2015 22:36 | Status: Qonaq | Şərh: 0
Menim derim hedinden artiq
qurudu tonalni ceken kimi oxalanib tokulur bilmirem hansi nemlendiricini isdifade edim hecne komek etmir yaxsi xeyir ede bilecek nemlendirici adi bilen varsa yazsin zehmet olmasa
Ekberli Nermin | 28 mart 2015 19:27 | Status: Şərhçi | Şərh: 305
Tesekkurler
SARA55 | 1 mart 2015 00:48 | Status: Qonaq | Şərh: 0
tewekkurler LEYLA baci faydali melumatlardi[/quote]
my life is music | 23 yanvar 2015 18:16 | Status: Gümüş user | Şərh: 736
istifade etmirem hamisi ziyanli seylerdi
Nergiz love | 27 noyabr 2014 22:20 | Status: Professional user | Şərh: 7 871
Sitat: SEVDA
Tonal kremden toya-toya istifade edirem,twk...
Meqa | 27 noyabr 2014 21:12 | Status: Professional user | Şərh: 2 077
Sitat: Damla
Gozel xeberdi..Emekle hazirlanan her bir xeber gozeldir menim ucun..
Coxlari duwunurki tonal krem uzdeki problemleri ortur..belke fotoda ortur amma heyatda yaxindan baxanda yox.Herden toyda baxirsan uzune 3 qat tonalni vurub ela bil uzunden yag tokulur.Men ozel gunlerde mac firmasinin tonal kreminden istifade edirem.Mat effektlidir.Cox raziyam.
uzumde olan problemlerimi bilirem ve oldugu kimi qebul edirem.Uzumun temizliyine cox onem verirem.

raziyam
Damla | 27 noyabr 2014 17:47 | Status: Brilliant user | Şərh: 7 177
Gozel xeberdi..Emekle hazirlanan her bir xeber gozeldir menim ucun..
Coxlari duwunurki tonal krem uzdeki problemleri ortur..belke fotoda ortur amma heyatda yaxindan baxanda yox.Herden toyda baxirsan uzune 3 qat tonalni vurub ela bil uzunden yag tokulur.Men ozel gunlerde mac firmasinin tonal kreminden istifade edirem.Mat effektlidir.Cox raziyam.
uzumde olan problemlerimi bilirem ve oldugu kimi qebul edirem.Uzumun temizliyine cox onem verirem.
SEVDA | 27 noyabr 2014 10:50 | Status: Nəzarətçi | Şərh: 17 437
Tonal kremden toya-toya istifade edirem,twk...
bayaz gulum | 26 noyabr 2014 19:32 | Status: VİP user | Şərh: 1 050
Tesekkurler
Nara88 | 26 noyabr 2014 17:49 | Status: Professional user | Şərh: 4 252
tesekkurler
Fraulein | 26 noyabr 2014 17:26 | Status: Şərhçi | Şərh: 503
Sitat: Gule_R_124
Tewwkkurker...jele tonal krem ewitmemiwdim.
Dəniz qızı | 26 noyabr 2014 17:11 | Status: Brilliant user | Şərh: 8 015
Sitat: TENHA_MELEK
Faydali xeber ucun tesekkur bacim.
Ay_Sun | 26 noyabr 2014 16:51 | Status: Brilliant user | Şərh: 13 407
Faydali xeber ucun tesekkur bacim.
Lumia | 26 noyabr 2014 14:57 | Status: Professional user | Şərh: 5 378
Derim qusursuz oldugu ucun,tonal kremden yalniz toydan-toya istifade edirem.Gundelik tonal krem istifadesi hec meslehet de deyil,deri nefes almir,tez qocalir.Derideki problemleri her hansi kosmetik vasite ile ort-basdir etmekdense sebebini tapmaq ve mualice etmek lazimdir.Tesekkurler.
N....N92 | 26 noyabr 2014 14:18 | Status: Professional user | Şərh: 4 351
Tewwkkurker.
Gule_R_124 | 26 noyabr 2014 14:02 | Status: Şərhçi | Şərh: 609
Tewwkkurker...jele tonal krem ewitmemiwdim.
Fraulein | 26 noyabr 2014 14:01 | Status: Şərhçi | Şərh: 503
tonal qalsin bir terefe hec adi nemlendirici krem bele istifade etmirem recourse
SEVA | 26 noyabr 2014 13:53 | Status: Professional user | Şərh: 5 150
Sitat: aysem_omer
Tonal krem coxda olmasada mutemadiyen istifade edirem.
Tesekkurler maraqli oldu.
Aynur_Mezahirli | 26 noyabr 2014 13:42 | Status: Qonaq | Şərh: 0
Sitat: kalbimin sahibi
Leyla baci canim menim tewekkur..xeberlerin de ozun kimi gozeldi 0140 like

Elədi, təşəkkür bacım 0109
ada.. | 26 noyabr 2014 12:24 | Status: Qonaq | Şərh: 0
Mən tonal kremi istifadə etmirəm. Krem pudra istifadə edirəm. Əladi
ELİSA | 26 noyabr 2014 12:16 | Status: Gümüş user | Şərh: 1 047
Tonal krem coxda olmasada mutemadiyen istifade edirem.
Tesekkurler maraqli oldu.
SABINA | 26 noyabr 2014 11:14 | Status: Professional user | Şərh: 7 410
Leylam supper xeber 0109 .meslehet bir kenara redaktene bayildim.like 0140
KARAGULUM | 26 noyabr 2014 10:52 | Status: Gümüş user | Şərh: 1 433
Leyla baci canim menim tewekkur..xeberlerin de ozun kimi gozeldi 0140 like
boris arxan | 26 noyabr 2014 10:44 | Status: Professional user | Şərh: 4 783
tewekkurler LEYLA baci faydali melumatlardi