Gözəllik / Düzgün makiyaj

Bahalı kremlərdən möcüzə gözləyə bilərikmi?

niki33 | 7-11-2014, 13:50
1 382 16

 
Qadınları kosmetik vasitələr olmadan təsəvvür etmək çətindir.  Azadqadin.az vasitəsilə bildiririk ki, hazırda bir çox kosmetika istehsalçıları xanımların dərisinin yaşlanmasının gecikdirə bilən məhsullar hazırlayır. 
 
 
Təbii ki, bu cür kosmetika heç də hamının cibinə uyğun olmur. Bir çox xanımlar isə həmin malları alarkən düşünür ki, ola bilsin ki, aldığım məhsul heç də keyfiyyətli deyil. Və ya bu pul onun bahalı qablaşdırılmasına ödənilir. Azadqadin.az bu mövzunu araşdırıb sizin ixtiyarınıza verir.
 
Xanımlar bilməlidir ki, bahalı kremlər və digər kosmetik vasitələr ən son araşdırmaların nəticəsidir. Adətən onların tərkibində aktiv maddələr olur. Belə məhsullar gərggin əməyin nəticəsində xüsusi laboratoriyalarda testdən keçirilir və sonra satışa çıxarılır.
Qeyd edək ki, belə kosmetik məhsulların tərkibində dəriyə xeyirli olan və təbiətdə çox nadir tapılan komponentlər əlavə olunur. Kimyəvi maddələrdən fərqli olaraq, bu cur təbii maddələrin təbiətdən kosmetik vasitəyə gətirilməsi istehsalçı firmaya baha başa gəlir. Ona görə də belə kosmetik vasitə olduqca baha olur.

Məhsulun qablaşdırılmasında həmin maddələr beynəlxalq standartlara uyğun olaraq göstərilir. Kosmetik vasitənin qiymətini həmin siyahını gözdən keçirib müəyyən edə bilərsiz. Peptidlər, vitaminlər, bitki yağları və s. məhsulun keyfiyyət göstəricisidir.
Ucuz kosmetika istehsalçıları isə məhsullarda adətən olduqca aşağı keyfiyyətə malik maddələrdən istifadə edir. Bir çox xanimlar qablaşdırmaya önəm vermirlər. Ancaq bu yalniş addımdır.Qablaşdırma məhsulun keyfiyyətli qorunmasını təmin edən vasitədir. Məsələn, ağzı açıq olan qabda losyon və yya krem hava və əllə təmasda tez xarab olur.
Keyfiyyətli məhsul tərkibində bifenol olmayan qablaşdırma ilə alıcılara təqdim olunmalıdır. Belə qəbul edin ki, siz qablaşdırmaya deyil, keyfiyyətli malın sizə uzun müddət "xidmət ” etməsinə pul xərcləyirsiz.
Xanımlar bəzən deyirlər ki, bahalı kremlərdən möcüzə gözləyə bilərikmi? Etiraf edək ki, bəzən olduqca ucuz məhsullar bəzi xanımların üz dərisində müsbət effekt yaradır. Lakin siz bahalı krem aldığınız halda dəyişiklik yoxdur. Yadda saxlayın ki, heç bir krem, təmizləyici, maska 2-3 gündə və hətda bir həftədə öz təsirini göstərə bilməz. Çünki, üz dərisi 4-6 həftədən bir özünü yeniləyir . Həmin ərəfədə üzünüzə həmin kremlə qulluq etsəniz nəticə əldə edəcəksiz.
Ancaq onu da unutmayın ki, sadəcə bir krremlə dəri problemini həll etmək olmaz. Dərinizin yaşı, növü vəs faktorlar nəzərə alınaraq kompleks qulluq əhəmiyyətlidir. Məsələn, gecə və gündüz kremi, gözətrafı krem, təmizləyici tonik, maskalar və serumlardan daim istifadə size gözəl və həmişə gənc görünən bir xanima çevirəcək...
 
Araşdırdı: Nüşabə
   
 
Redaktə edib: Leyla Məhərrəmova

SEVDA | 8 noyabr 2014 17:30 | Status: Nəzarətçi | Şərh: 17 443
Kosmetikaların terkibinde kimyevi qatqılar var.
Ay_Sun | 8 noyabr 2014 13:49 | Status: Brilliant user | Şərh: 13 409
Xeber ucun tesekkurler.
Girl | 8 noyabr 2014 10:49 | Status: Professional user | Şərh: 8 206
Lazimi olanlar faydalansinlar..
Gülçin | 7 noyabr 2014 16:33 | Status: Brilliant user | Şərh: 6 781
Mən, yalnız, bir firmanın üz üçün kremlərindən, toniklərindən, təmizləyici vasitələrindən istifadə edirəm. Qiymətləri də mənə münasidir, fantastik baha deyil.
Aynur_Mezahirli | 7 noyabr 2014 16:14 | Status: Qonaq | Şərh: 0
Sitat: fea omer
ne bilim valla hele istifade etmirem 0126

Ele mende...)) yenede tesekkurler.
N....N92 | 7 noyabr 2014 16:01 | Status: Professional user | Şərh: 4 352
Sitat: Merlin.
Tewekkurler xeber ucun. Mence sadece yediyimiz qidalara fikir versek .lap yaxsi olar..
sonsuz ucurum | 7 noyabr 2014 15:24 | Status: Gümüş user | Şərh: 786
xebere gore tesekkurler
ada.. | 7 noyabr 2014 14:29 | Status: Qonaq | Şərh: 0
Tewekkurler xeber ucun. Mence sadece yediyimiz qidalara fikir versek .lap yaxsi olar..
SEVA | 7 noyabr 2014 14:21 | Status: Professional user | Şərh: 5 151
xebere gore tesekkurler
SABINA | 7 noyabr 2014 14:18 | Status: Professional user | Şərh: 7 410
tesekkurler smile
KARAGULUM | 7 noyabr 2014 14:11 | Status: Gümüş user | Şərh: 1 433
Tewekkurler
Gule_R_124 | 7 noyabr 2014 14:03 | Status: Şərhçi | Şərh: 609
Cox saqolun vacib melumatdi:)
Miraj | 7 noyabr 2014 14:00 | Status: Professional user | Şərh: 2 625
ne bilim valla hele istifade etmirem 0126
Nazlı_Kız | 7 noyabr 2014 13:56 | Status: Brilliant user | Şərh: 6 473
Məlumat üçün çox sağolun.
Ag Gul | 7 noyabr 2014 13:56 | Status: Professional user | Şərh: 4 333
Sitat: IMAM HUSEYN EBELFEZ AGA ASIQIEM
Tesekkkurler
Tesekkkurler