Gözəllik / Düzgün makiyaj

Gözlərinizin daha gözəl görünməsi üçün

RaySum | 6-01-2014, 18:00
7 871 15
  
Flatcast radyo index çalışmalrınız için yeni forumgazelden kalpli,çiçekli ,kelbekli,süper birbirinden güzel ayiraç gifler forumgazelden,4
Makiyaj, qüsurları bağlayacaq və sizi daha gözəl göstərəcək şəkildə tətbiq olunmalıdır.

 
Əvvəl bağlayıcı
Göz makiyajında ​​ilk edilməsi lazım olan şey qüsurları örtücü açıq rəngli göz kölgəsi tətbiq etməkdir, kölgənin rəngini diqqətli seçin, dərinizə yaxın bir ton olmasını tövsiyə edirik. Qızıl tonlarındakı kölgəni örtücü kimi seçmək sizi daha gənc və gözəl göstərəcək, görünüşünüzə bir işıltı qatacaq. 
 
Alt və üst qapaqlara tətbiq etmək
Göz kölgəsini tətbiq etmək üçün barmaq uclarınızı istifadə edin. Bu, həm göz kölgəsinin israf olmamasını, həm də təbii bir görünüşü olmasını təmin edəcək. Kölgəni hər zaman həm göz qapaqlarınızın üzərinə həm də göz altlarınıza tətbiq edin. Kölgələrlə gözlərinizin ətrafında bir dairə yaradın və sonra makiyajınızın davamını tətbiq edərək gözlərinizə parlaqlıq qazandırın.

 

Mineral pudra tətbiq edin
Kölgə yaratmaqdan əvvəl, mineral bir pudranı üzünüzə tətbiq edin. Pudranızdan bir azını barmaq uclarınızla kölgənin üzərinə də tətbiq edin ki, göz kölgənizin yağlı görünüşü ortadan qalxsın. Bu pudra çəkmə şəkli, göz kölgəsi üçün də mükəmməl bir əsas yaradacaq.
 
Əvvəl ağ kölgə sürtün
Böyük görünən gözlərin sirri ağ kölgədən keçər ! Ağ bir göz kölgəsini bütün göz qapağınıza tətbiq edin, bu gözlərinizi daha böyük göstərəcək və göz kölgənizin rəngini ortaya çıxaracaq.

 

Göz qapağı xətti
İndi göz qapağınızın düzdüyü nöqtəyə tünd bir rəng göz kölgəsi sürtmənin vaxtı gəldi. Əgər dəri rənginiz tündürsə, tünd qəhvəyi bir göz kölgəsi, yüngül bir parladıcı kölgə ilə istifadə edə bilərsiniz. Tünd kölgənizi, saç rənginizə və dəri rənginizə uyğun bir tonda seçin. Qəhvəyi dərhal  hər kəsə yaraşan və təbii dayanan bir rəngdir. Bu səbəblə nə rəng edəcəyinizi bilmirsinizsə qəhvəyiyə yönəlin. Bu tünd rəng kölgələ ilə bütün göz qapağınızı boyamamağa diqqət yetirin.  Kölgəni göz qapağınızın ortasından, xarici küncə doğru tətbiq edin. Beləcə ağ göz kölgəsi nəzərə çarpan olar və gözlərinizi daha iri göstərər. 
 
Qarışdırın
Kiçik bir göz kölgəsi fırçası alın və yüngül bir şəkildə bütün göz kölgələrini bir-birinə qarışdırın. Sərt bir xətt qalmamasına diqqət yetirin.
 
Son rəngi tətbiq edin
İndi sıra diqqət çəkici göz kölgəsinin tətbiqinə gəldi. Bəbək rənginiz kimi yumşaq bir rəng seçərək, gözlərinizə nəzərə çatdırmadan, yüngülcə çəkin. Bu, bütün modellərin gözlərini daha böyük göstərmək hiyləsidir. 
 
Göz Layneri
Sırada eyeliner istifadəsi var. Qara hər zaman ən çox seçilən və klassik rəngdir və siz də bunu istifadə edə bilərsiniz. Laynerinizi istər qələm, istər maye, istər toz halında seçin. Amma gel olanlardan uzaq durun. Çünki gel göz layneri dayanıqlı deyil.  
  
 Kirpik üçün tuş
Son olaraq yaxşı keyfiyyətli, sudan təsirlənməyən bir tuş seçin və bunu 2-3 qat olaraq kirpiklərinizə tətbiq edin.

Flatcast radyo index çalışmalrınız için yeni forumgazelden kalpli,çiçekli ,kelbekli,süper birbirinden güzel ayiraç gifler forumgazelden,4
HazıRsınıZ ! Gözlərinizin daha gözəl görünməsi üçün


 Redaktə etdi: Leyla Məhərrəmova

 
 

dılay | 11 yanvar 2016 12:29 | Status: Brilliant user | Şərh: 8 182
Xebere gore twk
Zulya | 31 iyul 2014 11:55 | Status: Gümüş user | Şərh: 1 640
Sitat: Gül-ka
<div style="text-align: center;">Maraqlidi twkler</div>
N....N92 | 18 iyul 2014 15:05 | Status: Professional user | Şərh: 4 351
maraqli xeberdi
GUN77 | 11 mart 2014 17:26 | Status: Şərhçi | Şərh: 460
 
 
 
                     maraqliydi twk.. love
Gulshen. | 18 fevral 2014 09:47 | Status: Qonaq | Şərh: 0
Maraqlidi twkler
aynka bakinka | 13 fevral 2014 14:53 | Status: Qonaq | Şərh: 0
tewekkurler.mende ele bu cur edirem.bezi detallarida oyrendim sayenizde.saolun)
AYAN A-VA | 11 yanvar 2014 21:58 | Status: Gümüş user | Şərh: 1 722
TEWEKKURLER MAKYAJ EMEYI BACARIRAM .AMA BIR YERE GETDIYIMDE SALONA GEDIREM )))YEQIN ELEDE YAXSI BACARMIRAM)))))))))))))
SEVDA | 11 yanvar 2014 19:17 | Status: Nəzarətçi | Şərh: 17 437
xebere göre twk...
AliyeF | 11 yanvar 2014 12:35 | Status: Qonaq | Şərh: 0
http://www.facebook.com/pages/Online-Shopping-Azerbaycan-FL/604024122981837?ref
=tn_tnmn bu ehufede duzgun makiyaj qaydalari olur feysde hemde original Mac kosmetikalari getirilir.men almiwam eladi :)

Sitat: AliyeF
http://www.facebook.com/pages/Online-Shopping-Azerbaycan-FL/604024122981837?ref

=tn_tnmn bu ehufede duzgun makiyaj qaydalari olur feysde hemde original Mac kosmetikalari getirilir.men almiwam eladi :)

Adida Online Shopping Azerbaycan F & L
Nazlı_Kız | 7 yanvar 2014 17:51 | Status: Brilliant user | Şərh: 6 472
Makiyaj etmeyi cox sevirem xeber ucun tewekkurler canim
nurla | 6 yanvar 2014 23:34 | Status: VİP user | Şərh: 824
makyaj etmeyi sevmirem tesekkur
Kikita01 | 6 yanvar 2014 20:33 | Status: Şərhçi | Şərh: 392
BUNLARIN HAMISNI BILIREM VE ELA DA BACARIRAM TESEKKURLER.
Nərmin.bayram | 6 yanvar 2014 19:13 | Status: Gümüş user | Şərh: 2 313
məndə bəzənməyi çooox sevirə təşəkkürlər RAYSUM

TƏŞƏKKÜRLƏR
Ayan92 | 6 yanvar 2014 19:03 | Status: Professional user | Şərh: 3 056
Makijay etməyi çox sevirəm.Göz makiyajına da qalanda tuş və laynerlə kifayətlənirəm..Ancaq 1-ci şəkildə çəkilən layneri heç xoşlamadım.
nara hesenova | 6 yanvar 2014 18:25 | Status: Gümüş user | Şərh: 1 201
Bezenmeyi sevirem,her kesde beyenir menim bezenmeyimi,deyirler surme sene cox yarasir.