Gözəllik / Düzgün makiyaj

Üzdəki qüsürları necə gizlətməli?

Reyhan_Elizade | 14-05-2011, 11:00
13 598 96

 

Uğurlu makiyajın sirləri nələrdir?

Makiaja başlamazdan əvvəl...

Makiajı təmiz və nəmləndirilmiş dəriyə etsəniz daha effektli olar, amma üzü təmizləmək və nəmləndirməni makiyajdan ən azı bir saat əvvəl etməlisiniz. Çünki, dəri kremlə bahəm boyanı da qəbul edəndə, xüsusilə də ənlik çəkiləndə ləkələr yaranır və üz dərisi yanıbmış kimi təəssürat bağışlayır.

Makiyaj olunan zaman otağın aurasına da fikir vermək lazımdır. Belə ki, elektrik enerjisi vasitəsilə işıqlandırılmış otaqda makiyaj solğun görünür. Günəş işıqlı məkanda isə daha cazibədar təsir bağışlayır.


Üzə kirşan, yoxsa krem çəkməli?

Kosmetoloqlar və vizajistlər makiyaj edəndə krem əvəzinə kirşandan (pudra) istifadə etməyi məsləhət görür. Çünki, dəri kremi udur. Kirşan isə toz halında olduğu üçün dəriyə elə də təsir etmir. Üzə eyni miqdarda yayılması və daha az ziyanlı olması üçün onu fırça ilə çəkmək daha yaxşıdır.

Bəzi xanımlar gözaltı dəridə olan problemləri gizlətmək üçün kremdən də istifadə edirlər. Həmin məhlulu üzünüzə çəkəndə nişan barmağınız vasitəsilə yaymağınız məsləhətdir. Bu barmaq ən az işlənən olduğu üçün dərisi zərif olur və kremi daha yumşaq şəkildə yayır.
Dərinizin rəngindən çox tünd və ya çox açıq olan makiyaj sizi süni göstərər və təbii görünüşünüzə ziyan verə bilər. Buna görə də rəng seçəndə dərinizin rənginə uyğun olan tondan istifadə etmək lazımdır


Göz makiyajını necə etməli?

Makiyajın əsas diqqət yetirilən hissələrindən biri də gözlərdir. Bu hissədə cəlbedicilik yaratmagin ən asan yolu gözün içərisinə qara qələm çəkməkdir. Bu göz makiajından istifadə gözləri iri olan xanımlara məsləhətdir. Kiçik ölşülülər alt hissəsinə ağ rəngdə qələm çəkməlidirlər. Beləliklə, gözləriniz daha iri həcmli görsənəcək. Ölçüsündən aslı olmayaraq gözün üst hissəsinin uclarına qələm çəkə bilərsiniz bu cəlbediciliyi daha da artırır və gözlərə parıltı bəxş edir. Qaşlarıınızın qalın və ya istədiyiniz görünüşdə olması üçün gözlərinizə çəkdiyiniz rəngdə qələmlə qaşlarınızı formaya salın. Əgər gözləriniz göy və ya yaşıldırsa göz rənginizə uyğun rəngli qələm də çəkə bilərsiniz.

 

Burnunuzla bağlı kompleksiniz var?

Burnunuzun görünüşünü bəyənmirsinizsə, bu problemdən də makiaj vasitəsilə xilas ola bilərsiniz. Tünd rənglərdən istifadə edərək üzünüzdəki qüsurları ört-bastır etmək daha asandır. Burnunuzla dodağınızın arasındakı məsafə uzundursa bu hissəyə çox kirşan vurmayın. Beləliklə, həmin nahiyəyə daha az diqqət cəlb edərsiniz. Əksinə həmin hissə qısadırsa açıq rəngdə kirşan çəkin. Burnunuzun uzun olduğundan şikayət edirsinizsə ölçünü qısa göstərmək üçün ucuna ənlik vurun. Böyük ölçülü burundan diqqətləri kənarlaşdırmaq üçün dodaq boyanızı əlvan rənglərdə seçərək diqqəti burnunuzdan yayındırın.

 

Ənlik çəkəndə nəyə diqqət yetirməli?

Ənlik çəkməyin də öz sirləri var. Belə ki, əgər dərinizin rəngi açıq və ya sarışındırsa şaftalı, buğdayı və ya qumralsınızsa çəhrayı, əsmərsinizsə torpaq rənginin tonlarından istifadə edin. Ənlimk çəkəndə fırçanı aşağıdan yuxarıya doğru hərəkət etdirin. Çəkdiyinizin bilinməməsini istəyirsinizsə, fırçanı üzünüzə çox bərk basmayın və dodaq boyanızla eyni rəngdə olmağına fikir verin.


Dodaqların gözəl görünüşü dodaq boyasından aslıdır

Dodaq boyası seçimində isə üç ünsürə - yaşa, dodağın ölçüsünə və dərinin rənginə xüsusi fikir vermək lazımdır. Üzünüzdə qadın ifadəsi yaratmaq istəyirsinizsə, tünd rəngli və parıltısız pomadaları seçməlisiniz. Gənc görünmək üçün isə açıq rənglərdən istifadə edin. Böyük dodaqlar üzə cazibədarlıq bəxş edir. Qadın yaşa dolduqca isə dodaqları nazikləşir. Dodaqları doğun göstərmək üçün parıltılı dodaq boyaları məsləhətdir. Boyanı müntəzəm olaraq yeniləməklə isə təravətli görsənməyə zəmanət yatarmış olarsınız.
Dərisi açıq rəngdə olanlar şəffaf rəngli çəhrayı tonlarını, tünd və açıq qırmızı kimi cəlbedici rəngləri seçə bilərlər. Buğdayılara bənövşəyi, açıq qəhvəyi və tünd bənövşəyi, şərab rəngli tonları, tünd rəngli dərilər isə şokolad tonları, parıltısız qırmızı və ya bənövşəyinin tünd tonları məsləhətdir.


Zulya | 31 iyul 2014 09:50 | Status: Gümüş user | Şərh: 1 640
Sukur o qederde qusur yoxdu uzumde
Nergiz love | 25 mart 2014 19:12 | Status: Professional user | Şərh: 7 871
MARAQLI XEBERDI
Gulshen. | 21 fevral 2014 21:52 | Status: Qonaq | Şərh: 0
Sitat: Alice
Gizlətməyə bir şey yooooox...şükür..

Meryem_Duyqu | 17 fevral 2014 20:55 | Status: Yazar | Şərh: 4 130
Məlumatlandırdığınız üçün təşəkkürlər.
Nigar | 17 fevral 2014 20:00 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Qanad
Xebere gore tesekkurle

Alice | 4 fevral 2014 21:38 | Status: Professional user | Şərh: 5 020
Gizlətməyə bir şey yooooox...şükür..
Nefesim | 20 yanvar 2014 14:41 | Status: Gümüş user | Şərh: 938
TESEKKURLER
SUKUR DERIMDE PROBLEMLERIM YOXDU
♥aynur♥ | 12 yanvar 2014 22:19 | Status: Qonaq | Şərh: 0
super maraqli idi tongue
Qanad | 26 dekabr 2013 16:05 | Status: Yazar | Şərh: 4 357
Sukur ki derimde problemim yoxdur
ALSU AZERI | 21 noyabr 2013 02:56 | Status: VİP user | Şərh: 511
BILIREM TESEKKURLER
Röyamsan. | 12 noyabr 2013 11:45 | Status: Brilliant user | Şərh: 6 102
Sitat: Qanad
Xebere gore tesekkurler


Sitat: Qanad
Xebere gore tesekkurler
Qanad | 5 oktyabr 2013 10:41 | Status: Yazar | Şərh: 4 357
Xebere gore tesekkurler
Xeyale05 | 22 avqust 2013 20:55 | Status: Şərhçi | Şərh: 273
super makyaj edirem yeni ki)))))))))))))))))))))bura serh yazanda mazqi oluram da
Just me | 22 avqust 2013 16:14 | Status: Professional user | Şərh: 1 296
maraqliydi twk
Ulviyye | 21 iyun 2013 18:12 | Status: Gümüş user | Şərh: 2 839
melumatlandirdiqiz ucun saq olun
RaySum | 23 aprel 2013 21:58 | Status: Professional user | Şərh: 2 594
tebii yaxwidi...amma qusurda olurda
Saida Kerimova | 28 mart 2013 22:10 | Status: Professional user | Şərh: 1 672
Tesekkur...
Milaska. | 26 mart 2013 16:34 | Status: Gümüş user | Şərh: 1 486
ele turkler demiwken takinti haline getrmirem cehenneme olsun
selenay | 25 mart 2013 17:10 | Status: Professional user | Şərh: 1 466
Burnunuzla bağlı kompleksiniz var? varrrrrrrrrrrr)))))))tsk
Əfşan | 11 mart 2013 02:12 | Status: Professional user | Şərh: 1 714
cox maraqlidi ,beyendim
Gozel Melek | 5 mart 2013 13:09 | Status: Gümüş user | Şərh: 1 531
Atdim secilmishlere twk
SEVA00 | 26 fevral 2013 01:25 | Status: VİP user | Şərh: 1 013
sukurki uz derim cox gozeldi.artiq hec neye ehtiyacim yoxdur
Sevinc.F | 25 fevral 2013 23:31 | Status: Gümüş user | Şərh: 951
Atdim secilmishlere cox sag ol
QAR DENECIYI | 24 fevral 2013 18:02 | Status: Şərhçi | Şərh: 425
OZUNE BAXAN HER BİR QADİN ELBETDE Kİ GOZEL GORUNECEK BİR DE Kİ CİRKİN XANİM YOXDU OZUNE BAXMAYAN QADİN VAR.MENHEMİSE GOZELLİK VERLİSLERİNİ VE MODA VERLİSLERİNİ HER BİR KANALDA İZLEYİREM XEBERE GORE TESEKKURLER

Sitat: GozelВ Melek
Allaha sukur ki menim ehtiyacim yoxdu

ELE MENİM DE COX SUKUR ELE PROBLEMİM YOXDUR İNSALLAH OLMAZ DA.
RaySum | 21 fevral 2013 19:32 | Status: Professional user | Şərh: 2 594
Dodaqların gözəl görünüşü dodaq boyasından aslıdır

fotoshop proqramin komeyi ile

enliyi bawqa duwmedim
Gozel Melek | 15 fevral 2013 10:03 | Status: Gümüş user | Şərh: 1 531
maraqli melumatlara gore cox tesekkurler ancaq mence uzdeki qusurlarimiz bizi cox da narahat etmirse bunu hec de gizletmeye ehtiyac yoxdu Allaha sukur ki menim ehtiyacim yoxdu n26
Meqa | 14 fevral 2013 12:16 | Status: Professional user | Şərh: 2 077
lazımlıxeberdi teşekürler
My heart heart | 9 fevral 2013 19:58 | Status: Qonaq | Şərh: 0
cox sagolun melumatlandirdiginiz ucun n48
deniz yildizi | 8 fevral 2013 01:21 | Status: VİP user | Şərh: 696
insan tez tez makiyaj edende artiq verdis halini almis olur
Mehri Memmedova. | 3 fevral 2013 00:15 | Status: Şərhçi | Şərh: 173
makiyaj etmek cox maraqlidir.hele onun inceliklerine yiyelendikden sonra daha zovqlu iwe cevrilir