Gözəllik / Düzgün makiyaj

Təhlükəli gözəllik (Araşdırma)

Aynur_Qurbanqizi | 26-04-2011, 21:00
4 536 75

 

Təhlükəli gözəllik (Araşdırma)

 



Kosmetika bu gün dünyanın ən gəlirli sahələrindən biridir.
Asan gəlir əldə etmək istəyən bir çox “işbazlar” insan sağlamlığı bahasına olsa belə dünyanın brend markalarını saxtalaşdırmaqdan çəkinmirlər. Bakıda müxtəlif satış yerlərində, o cümlədən mağazalarda yüngülvari müşahidə kifayət edir ki, külli miqdarda mənşəyi bəlli olmayan çeşid-çeşid keyfiyyətsiz, saxta məhsulların satılmasına şahid olasan.


Əsasən Çində istehsal edilən saxta kosmetikanı orijinaldan ayırmaq o qədər də çətin deyil.
Belə ki, saxta məhsullar çox ucuz qiymətə təklif olunur, qablaşdırılması və təqdimatı primitiv olur, keyfiyyətsiz olması ilk istifadə zamanı ortaya çıxır. (Məsələn, saxta ətiri paltarınıza vuraraq 5 dəqiqə gözləyə bilərsiniz, bu müddətdə həmin yerdə ətir iyindən əsər əlaəmət qalmayacaq), saxta malların sənədləri və firma zamanəti olmur.


Belə məhsullar metrostansiyalarda, bazarlarda, yarmarkalarda, belə demək olarsa, ayaqaltında kütləvi şəkildə satılır. Belə məhsulların üzərində istehsal tariхi, yararlılıq müddəti belə göstərilmir. Orijinalı kifayət qədər baha olan saxta gözəllik məhsulları belə yerlərdə cəmi bir neçə manata təklif edilir.


 
Təəssüf ki, bu saxta kosmetik vasitələr ucuz olması ilə əlaqədar elə kütləvi şəkildə də xanımlarımız tərəfindən alınır. Daxilə qəbul olunmayan və bəzək kimi istifadə olunan bu vasitələrin nə qədər təhlükəli olması barədə düşünən yəqin ki, çox azdır.

Dermatoveneroloq, kosmetoloq Ramil Qocayev deyir ki, belə keyfiyyətsiz, saxta kosmetika və parfümeriya vasitələrinin insan orqanizminə çox böyük mənfi təsiri var. Saxta kosmetika və parfumeriya insanda qıcıqlanmaya, qaşınmaya, allergiyalara, səpkilərə səbəb ola bilər. Təəssüf ki, saxta məhsulların yol açdığı fəsadlar bununla yekunlaşmır. Standartlara cavab verməyən belə məhsulların səbəb ola biləcəyi ən böyük fəlakət xərçəng xəstəliyidir.

R. Qocayev keyfiyyətsiz kosmetik vasitələrin mənfi təsiri ilə bağlı ona çox sayda xəstənin müraciət etdiyini deyir: “Bizə ənlik, kirşan, tonal krem, sürmənin yaratdığı problemlərlə bağlı şikayət edənlər var. Əsasən allergiyalar, üzdə olan səpkilər, dərinin qırışması, ləkə düşməsi ilə bağlı bağlı müraciət edirlər. Gözlərlə bağlı yaranan problem arasında isə ən çox göz qapaqlarının şişməsi, qızarması, gözaltı torbanın yaranması, qırışların, qazayaqlarının meydana gəlməsi daha tez-tez baş verir”.


Dermatoveneroloqun sözlərinə görə, kosmetik vasitələr üzdə olan tük folekullarına da böyük təsir edir. Belə ki, folekulların ağzı qapanır ki, bu da sızanaqların yaranmasına yol açılır. 
“Tüklərin dibində piy vəzləri var. Onlar üzə çıxa, üzü yağlandıra bilmir və nəticədə sızanaqlar əmələ gəlir”, deyə dermatoveneroloq qeyd etdi.

 Bu cür vasitələrdən özümüz özümüzü qorumalıyıq. Elə Sağlam Toplum İctimai Birliyinin (STİB) sədri Lalə Mehralı da belə deyir. Lalə xanımın sözlərinə görə, saxta kosmetika vasitələri ilə mübarizədə əhalinin maarifləndirilməsinə ehtiyac var. Onun sözlərinə görə, bəziləri onların ziyanı ilə bağlı internet vasitəsilə məlumat ala bilsələr də, bir çox evdar qadınlar bundan məhrumdurlar. Bunun üçün müxtəlif reklam çarxları hazırlana bilər.

Bu sahədə STİB xüsusi araşdırma aparıb. Kosmetik vasitələrdən, xüsusilə saxtasından istifadə edənlərdə onkoloji xəstəliklər, şiş xəstəlikləri riski istifadə etməyənlərlə müqayisədə daha çox yayılıb. Saxta kosmetik vasitələr qan xərçənginə kimi yarada bilirsə, bunun tərkibində nələrin olduğunu təsəvvür etmək olar. Bəzilərimiz “kosmetika istifadə etmirəm, mən risk qrupuna daxil deyiləm” deyir. Ancaq onlar bilməlidirlər ki, saçlarını yumaq üçün istifadə etdikləri şampun, dırnaq boyası da kosmetik vasitələr sinfinə daxildir”, deyə Lalə Mehralı qeyd etdi.


"Əgər hamilə qadınlar bilsəydi ki, istifadə etdikləri kosmetik vasitələr dünyaya gətirəcəkləri körpə üçün nə dərəcədə zərərlidir, əminəm ki, kosmetikadan ömürlük əl çəkərlər və bir daha istifadə etməzlər. Çünki "öz körpəsini zəhərləmək qadın üçün ən böyük cinayətdir", bunu mənə 20 ildir Rusiyanın Voronej şəhərində yaşayan ginekoloq Lətifə Paşayeva deyirdi" - deyə L.Mehralı əlavə etdi.

L.Mehralı Rusiya istehsalı olan kosmetik vasitələrin daha az ziyanlı olması barədə fikirlərə də aydınlıq gətirdi.
Onun fikrincə, əgər kosmetik vasitələr otlardan, təbii vasitələrdən əldə edilirsə, qızıl qiymətinə olmalıdır: “Bu sadəcə bizim psixologiyamızdır və işbazlar da bunu yaxşı bilirlər. İndi istənilən holoqramı istənilən məhsulun üzərinə yapışdırmaq və alıcını asanlıqla aldatmaq olur. Mən belə düşünürəm ki, konkret olaraq buna nəzarət edən yoxdur”.


O, yuxarıda sadaladıqlarının bu gün satışda olan 99 faiz kosmetik vasitəyə şamil edildiyini bildirdi. “Araşdırma aparanda biz birbaşa buna nəzarət edən, təhkim olunan qurumu tapa bilmədik. Kosmetik vasitələrin əksəriyyəti Çindən gətirilir. Təəssüf edirəm ki, Çindən gələn pal-paltar kimi oradan gələn kosmetik vasitələr də nəzarətsizdir. Ona görə maarifləndirmə ehtiyac duyulur. Çünki sağlamlığının qeydinə qalmaqda əsas iş vətandaşın öz üzərinə düşür”.


Qeyd edək ki, ABŞ Milli İş Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun 2009-cu ildə apardığı bir tədqiqat nəticəsində
kosmetika məhsullarında 900-dək zərərli kimyəvi maddə olduğu məlum olub. Kosmetika məhsullarının tərkibində olan 2 983 kimyəvi maddə üzərində aparılan araşdırma nəticəsində, bunların 884-nün toksik (zəhərli) olduğu müəyyən edilib. Bundan başqa bu maddələrdən 774-ü yüksək dərəcədə zəhərlənmələrə, 146-sı şiş xəstəliklərinə, 218-i çoxalma pozulmasına, 314-ü mutasiyaya və 376-sı dəri və göz xəstəliklərinə səbəb olur.


Gələcəyimizi sağlamlığımızı düşünürksə, təbii gözəlliyə üstünlük verməliyik.

 

Anspress

 



Nigar | 24 yanvar 2014 17:12 | Status: Gümüş user | Şərh: 6 064
tewekkurler xebere gore
Qanad | 26 dekabr 2013 16:01 | Status: Yazar | Şərh: 4 357
Xebere gore tesekkurler
AYAN A-VA | 30 oktyabr 2013 12:00 | Status: Gümüş user | Şərh: 1 722
XEBERE GORE TESEKKUR
Just me | 22 avqust 2013 16:16 | Status: Professional user | Şərh: 1 296
twk maraqliydi
Girl | 25 iyun 2013 13:54 | Status: Professional user | Şərh: 8 206
tewekkurlerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
Mickey Mouse | 2 iyun 2013 11:25 | Status: Professional user | Şərh: 4 008
O kosmetikalar mende olaydi varya.
FLOVERandGİRL | 2 iyun 2013 10:59 | Status: Professional user | Şərh: 3 251
tesekkur edirem
RaySum | 23 aprel 2013 21:34 | Status: Professional user | Şərh: 2 594
Sitat: aysun94
wekildeki qeder kasmetikam olaydi nolardi ki :n28:

melumata gorede twk..



xexe mendede
Billurə | 21 mart 2013 13:25 | Status: Professional user | Şərh: 4 892
wekildeki qeder kasmetikam olaydi nolardi ki n28

melumata gorede twk..
SEVA00 | 4 mart 2013 16:24 | Status: VİP user | Şərh: 1 013
COX UZUNDU OXUYA BILMEDIM DUZU.YENEDE TESEKKURLER
Gozel Melek | 3 mart 2013 15:29 | Status: Gümüş user | Şərh: 1 531
maraqlidi hemide ki deyerlidi twk
Gulnare3 | 16 dekabr 2012 19:54 | Status: Şərhçi | Şərh: 160
xeber uzun idi sebrim catmadi oxumaga yenede tesekkurler
Asya Qurbanova | 10 dekabr 2012 14:04 | Status: Gümüş user | Şərh: 715
men tus cekirem evdede olanda tussuz ozumu tesevvur etmirem.
sevinc keder | 7 oktyabr 2012 13:42 | Status: Professional user | Şərh: 3 818
Sitat: sevmezВ olaydim
men birdene gozume qara cekirem fse..twkler

aaa menim kimi wink
S24 | 4 oktyabr 2012 20:12 | Status: Gümüş user | Şərh: 797
sagolun
sevinc keder | 30 sentyabr 2012 22:48 | Status: Professional user | Şərh: 3 818
TEWEKKURLER
TATLI GUZEL | 20 iyul 2012 10:37 | Status: Professional user | Şərh: 5 781
maraqli idi hemde deyerli.tesekkurler
G-----16 | 11 iyul 2012 23:11 | Status: Gümüş user | Şərh: 2 227
cox tesekkurler faydali xebere gore :n28: men kosmetikadan cox da istifade etmirem