Gözəllik / Bədənə qulluğun qaydaları

Ağız yaralarına sumaq və su möcüzəsi-RESEPT

Banu. | 28-12-2019, 18:39
60 0

AzadQadin.az Qadin.az-a istinadən bildirir ki, sumaq orqanizmdə iltihablanma, hərarət, artrit, dəri iltihabı, tənəffüs pozğunluqları, bronxit və bir çox xəstəliyin müalicəsində müsbət təsirə malikdir. Laboratoriya nəticələri sumağın yaxşı anti-inflamatuar xüsusiyyətlərə malik olduğunu təsdiqləyib.

Bu xüsusiyyətlərə malik olan sumaq ağız və diş dibi yaralırına da yaxşı təsir edir. 

Bunun üçün bir qaba 1 stəkan su töküb qaynadın və bu suya 1 yemək qaşığı sumaq əlavə edib, 2 dəqiqə qaynadıb, ocaqdan götürün.

İlındıqdan sonra qarqara edin, yaraların necə tez sağaldığının şahidi olacaqsınız.