Gözəllik / Bədənə qulluğun qaydaları

Dodaq çatlarına qarşı ən effektiv çarə, dodaq baxımı

gunelcik | 20-02-2011, 17:54
17 302 48

Dodaq dərisində piy vəzilərin olmadığı üçün dodaqların səthi daha həssas olub qurumağa və qabıq verməyə meylli olur. Bu hal vitaminlərin çatışmazlığı, orqanizmin bir sıra xəstəlikləri, streslər, uzun müddət soyuq havada qaldıqda və s. nəticəsində baş verir. Dodaqların qurumasının səbəblərindən biri də siqaret çəkilməsi, həmçinin krem və ya pomadaya qarşı allergiyanın olmasıdır. Bir sıra hallarda dodaqların qırmızı haşiyəsinin iltihablaşması prosesinin səbəbi günəş şüalarına qarşı yüksək həssaslığın olmasıdır. Bu halda çölə çıxmamışdan qabaq dodaq dərisinə tərkibində günəşdən qoruyucu filtrlər olan krem və ya pomada sürtmək tövsiyə edilir (çimərlikdə günəş vannaları qəbul edərkən də bu cür etmək lazımdır). Yadda saxlayın ki, şaxtalı və küləkli havada dodaqları yalamaq olmaz. Bunu etməklə siz onun qoruyucu səddini xaric edirsiniz ki, bunun da nəticəsində dodaqlar qurumuş olur. Şaxtalı havalarda dodaqların səthinə bir neçə qat yağlı pomada sürtmək lazımdır.

Bəs dodaqları necə gözəl və sağlam etmək olar? Buna nail olmaq üçün dodaqları hər gün səliqə ilə, dərini dartmadan təmizləmək lazımdır. Heç bir halda dodaqlarınıza pomada ilə yatmaq olmaz. Daimi olaraq davamlı dodaq pomadalarından da istifadə etmək olmaz. Dodaqları təmizləmək üçün üzərinə kosmetik süd və ya xüsusi yumşaq lasyon sürtülmüş pambıq disklərdən istifadə etmək lazımdır.

Orta hesabla 2 həftədə 1 dəfə olmaqla dodaqlara pilinq (skrablama) etmək lazımdır. Bu yolla biz onları ölmüş hüceyrələrdən təmizləyərək, dodaq dərisində qan dövranının və maddələr mübadiləsinin yaxşılaşmasına nail oluruq. Hazırda məhz dodaqların zərif dərisi üçün nəzərdə tutulmuş müxtəlif çeşidli xüsusi skrablar əldə etmək olar. Bu məqsədlə tərkibində polietilen qranulaları (dənələri) olan skrablara üstünlük verməyinizi məsləhət görürük. Belə ki, onlar dodaq dərisini daha incəliklə təmizləyirlər. Heç bir halda dodaqlar üçün içərisində bərk hissəcikləri olan skrablardan istifadə etməyin!

Hal-hazırda satışda qommaj adlanan kosmetik vasitələr (krem) vardır. Qommaj dəriyə sürtüldükdə dərinin ölmüş qatını zərifliklə əridir. Qommajdan dodaqların zərif dərisi üçün də istifadə etmək olar.

Dodaqlar üçün skrabı ev şəraitində də hazırlamaq olar. Bunun üçün yulaf yarmasını (“herkules”) qəhvə üyüdücü maşında xırdalayaraq, üzərinə bal və ya yağı az olan xama əlavə edib qarışdırın. Yumşaq salfeti ilıq suda isladın, yaxşıca sıxıb 3-5 dəqiqə müddətinə dodaqlarınızın üzərinə qoyun. Sonra hazırladığınız qarışığı (skrabı) dodaqlarınıza sürtün və ağız bucaqlarından mərkəzə doğru olmaqla yüngül masaj edici dairəvi hərəkətlər edin. Bu proseduranı dodaqlar önə çəkilmiş vəziyyət-də (sanki öpüşürsünüz) etmək daha rahat olur.

Təmizlənməsindən savayı, dodaq dərisinin qidalandırılması və nəmləndirilməsi də tələb olunur. Onun nəmləndirilməsi və qidalandırılması üçün xüsusi vasitələrdən istifadə edilməsi daha yaxşı olar. Bu məqsəd üçün xüsusi dodaq balzamları və müalicəvi pomadalar vardır. Onları makiyajın altından da çəkmək olar.

Onlar dodaq dərisinin qurumasının və çatlamasının qarşısını almaqla yanaşı, müalicəvi təsir də göstərirlər. Belə ki, onların təsirindən dodaqlar günəşin və küləyin zərərli təsirindən də qorunur, dodaqda olan kiçik çatlar isə sağalır. Bundan başqa, krem şəklində olan xüsusi qidalandırıcı vasitələr də mövcuddur ki, onlar həm dodaq dərisini qidalandırır, həm də nəmliyini saxlayır. Onlardan axşam saatlarında istifadə etmək məsləhət görülür. Kremi dodaqlarınıza sürtdükdən sonra barmaqlarınızın yastıqçaları ilə onları yüngülcə döyəcləyin.

Dekorativ kosmetik vasitələrdən istifadə etməyən qadınlar da istənilən halda dodaqlarının qurumasına yol verməmək üçün dodaqlarına krem, balzam və s. nəmləndirici və qidalandırıcı vasitələri sürtməlidirlər. Mağazalarda satılan vasitələrdən savayı, dodaqlara bu məqsədlə kərə və ya bitki yağı və xama da sürtmək olar.

Dodaqların qırmızı haşiyəsinin quruluğu zamanı dodaq pomadasından istifadə etməzdən əvvəl, dodaqlara gigiyenik karandaş və ya qidalandırıcı krem sürtmək lazımdır. Sizin bütün səylərinizə baxmayaraq dodaqlarınızın dərisi yenə də quru qalırsa, çatlayırsa, qabıq verirsə və s., bu halda mütləq həkimə müraciət edin. Çünki dodaqlardakı bu proseslər hər hansı bir dəri və ya daxili orqanın xəstəliyi nəticəsində də baş verə bilər.

Dodaqların dərisinə qulluq edilməsi üçün ev şəraitində hazırlanan vasitələrdən də istifadə etmək olar.
½ çay qaşığı kəsmik və ya süzmə götürün, üzərinə 1 çay qaşığı yağlı qaymaq əlavə edin, qarışdırın və dodaqlarınıza sürtün. 15 dəqiqə keçdikdən sonra maska qalıqlarını dodaqlarınızdan təmizləyin, üzərinə vazelin sürtün.
1 çay qaşığı xama bir neçə damcı limon şirəsi və bitki yağı ilə qatışdıraraq, dodaqlarınızın səthinə sürtün və 20 dəqiqə müddətində saxlayın.
Çay ağacının yağı dodaq dərisinə qulluq edilməsi üçün çox yaxşı vasitədir. Dodaqlarda olan çatlara bu yağdan sürtə bilərsiniz. Dodaq dərisinə qulluq edilməsi üçün kiçik yaşıl çay paketindən də istifadə etmək olar. Bu çay paketini ilıq suda isladıb bir qədər sıxdıqdan sonra dodaq dərisinin zədələnmiş yerinə qoya bilərsiniz.
1 çay qaşığı kivini həmcins şəkil alanadək əzərək üzərinə 1 çay qaşığı çaytikanı yağı əlavə edib qarışdırın. Alınan qarışığı dodaqlarınıza sürtün və 10 dəqiqə saxlayın.
Dodaqlarınıza bal sürtün və 20 dəqiqə saxlayın.
Bir neçə damcı kök və xiyar şirəsini hər birindən bir qədər bal və xama ilə qarışdırıb təmizlənmiş dodaqlarınıza sürtün və 10-15 dəqiqə saxlayın.
Meyvələrdən (alma, banan, ərik, yemiş, qarpız) hazırlanmış maskalar dodaqlara çox yaxşı qidalandırıcı, nəmləndirici və yumşaldıcı təsir göstərirlər. Meyvənin qabığını soyaraq onun kiçik bir hissəsini ən kiçik gözlü sürtgəcdən keçirin. Alınmış kütlədən az miqdarda (1 çay qaşığından artıq olmamaqla) götürüb onu ½ çay qaşığı yumşaq kərə yağı ilə qarışdıraraq dodaqlarınıza sürtün, 15 dəqiqə keçdikdən sonra silin.

Dodaqlar üçün ən yaxşı təravətləndirmə və tonuslaşdırma vasitələrindən biri qızıl gül, çobanyastığı, dəmrovotu və adaçayı dəmləmələrindən hazırlanmış kosmetik buzun dodaqlara sürtülməsidir. Bu prosedura dodaqların qidalanmasını artırır, onların əzələ təbəqəsini möhkəmləndirir, dəri örtüklərini müxtəlif təsirlərə qarşı daha davamlı edir. Dodaqlarınızı hər gün 1-2 dəqiqədən artıq olmayaraq kosmetik buz parçası (kubu) ilə silin.

Dodaqlar üçün xüsusi masajın edilməsi, onlarda qan dövranının yaxşılaşmasına səbəb olaraq, dodaqlara daha çox təravətlik və möhkəmlik verir, onlarda çatların əmələ gəlməsinin qarşısını alır. Təzə yumşaq diş fırçasını qaynadılmış sərin suda (yaşıl çay, çobanyastığı, adaçayı və ya cökə ağacı çiçəyi dəmləməsi) isladaraq (və ya bala batıraraq) 2-3 dəqiqə müddətində, yüngül dairəvi hərəkətlərlə (mərkəzdən ağız bucaqlarına doğru) əvvəlcə üst dodağı, sonra isə alt dodağı masaj edin.

ESMERRi | 25 mart 2016 20:03 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: pirenses
.tewekkurler xebere gorE...
Elcin sangu........ | 18 oktyabr 2015 00:44 | Status: VİP user | Şərh: 631
menim.lazimimdi tewekkur
esma inci | 3 may 2015 22:02 | Status: Gümüş user | Şərh: 1 096
tewekkurler
pirenses | 13 mart 2014 16:43 | Status: VİP user | Şərh: 1 398
.tewekkurler xebere gorE...
Nigar | 25 dekabr 2013 17:18 | Status: Gümüş user | Şərh: 6 064
tewekkurler xebere gore
Alice | 15 dekabr 2013 22:23 | Status: Professional user | Şərh: 5 021
Mənim üçün hər qış istifadə etdiyim tək şey badam yağıdı...
Damla A-va | 25 oktyabr 2013 23:15 | Status: VİP user | Şərh: 616
melumat ucun TWK
Qanad | 5 avqust 2013 08:54 | Status: Yazar | Şərh: 4 357
Cox sag ol.tesekkurler
MeRYeM95 | 8 iyul 2013 14:26 | Status: Şərhçi | Şərh: 116
amma mende allrgiyaolanda olur en cox pomidor yeyende
Girl | 28 iyun 2013 20:50 | Status: Professional user | Şərh: 8 206
en cox qisda olur.tewekkurler xebere gore
Ay Gul | 4 iyun 2013 14:37 | Status: VİP user | Şərh: 431
cox sag olun
Mickey Mouse | 3 iyun 2013 18:36 | Status: Professional user | Şərh: 4 008
Catlayanda qabiqi sda soyulur.
PAYIZ | 9 aprel 2013 15:43 | Status: Gümüş user | Şərh: 1 078

maraqlidi.

Saida Kerimova | 7 aprel 2013 18:51 | Status: Professional user | Şərh: 1 672

Tesekkkurler....

Milaska. | 26 mart 2013 16:29 | Status: Gümüş user | Şərh: 1 486
heleki no problemaa)).,.,.
Nigar | 26 mart 2013 16:23 | Status: Gümüş user | Şərh: 6 064
tskler
Gozel Melek | 25 mart 2013 21:30 | Status: Gümüş user | Şərh: 1 531
teşekkürler
Aliyeva | 16 mart 2013 21:26 | Status: Yazar | Şərh: 4 036
qariwiq yazilib secib oxumaq olmur((
Billurə | 12 mart 2013 14:49 | Status: Professional user | Şərh: 4 892
təşəkkürlər..
Beren | 3 fevral 2013 20:45 | Status: Professional user | Şərh: 3 214

Tewekkurler.

Meqa | 29 yanvar 2013 20:26 | Status: Professional user | Şərh: 2 077
teşekkürler
Gozel Melek | 27 yanvar 2013 09:35 | Status: Gümüş user | Şərh: 1 531
salam her kese nezere alacam twk :n43:
Gulyar Memmedova | 3 yanvar 2013 11:43 | Status: Şərhçi | Şərh: 595
men gigiyenik pamadayla saxlayiram
Gulnare4 | 25 dekabr 2012 16:51 | Status: Gümüş user | Şərh: 1 255
tesekkur
PrEnSeS_ | 7 dekabr 2012 15:03 | Status: VİP user | Şərh: 554
qisda lazim olur
ALEV | 15 noyabr 2012 16:49 | Status: Şərhçi | Şərh: 325
qiwda lazim olur
Asya Qurbanova | 1 noyabr 2012 00:16 | Status: Gümüş user | Şərh: 715
MENÇM DODAQLARÇM CATLAYÇR AAMA HECNE ETMÇREM
zoluwka | 31 oktyabr 2012 03:44 | Status: Professional user | Şərh: 3 172
en boyuk problem havalar soyuyan kimi dodaqlarim catlayir tewekkurler yararlanacam
RA GUNEL MI LE YU | 27 oktyabr 2012 14:48 | Status: Qonaq | Şərh: 0
hec uzume maska vurmuram
S24 | 4 oktyabr 2012 17:02 | Status: Gümüş user | Şərh: 797
qısda lazım olur