Gözəllik / Bədənə qulluğun qaydaları

Selulitə qarşı qızışdırıcı masaj, yeganə üsuldur ki həqiqətən az müddətə ev şəraitində möhtəşəm nəticə əldə etmək olar

Banu. | 22-11-2018, 10:00
183 0

 

 

Selulitə qarşı isti(qızışdırıcı) masaj, yeganə vasitədir ki, həqiqətən az müddətə, ev şəraitində möhtəşəm nəticə əldə etmək olar!
 
 Heç kimə sirr deyil ki, kofein  selulit əleyhinə ən səmərəli əsas kosmetik  komponentlərdən biridir. Qəhvə dənələrində olan bu maddə toxumalarda maddələr mübadiləsinin fəaliyyətini stimullaşdırır, zəhərli maddələri çıxarır və dərialtı piyi parçalayır.
 
 
 Ev şəraitində seluliti necə yox etmək olar?
 
AzadQadin.az bu möhtəşəm vasitəni sizə təqdim edirş


 
 İNQREDİYENTLƏR

 Qliserinin 200-250 ml

 Üyüdülmüş qəhvə 5-7 xörək qaşığı

 Üyüdülmüş zəncəfil  1 xörək qaşığı olmalıdır
 
2-3 çay qaşığı üyüdülmüş darçın
 
Aloe(əzvay) geli  3 xörək qaşığı
 
Zeytun yağı 1 xörək qaşığı
 
Efir yağı(portağal) 20 damcı 
 
20 damcı efir yağı (qreypfrutu)
 



 

HAZIRLANMASI:

 Təmiz və quru qaba  qəhvə, zəncəfil, darçını qoyun. Qliserin əlavə edin, ağzını yaxşı bağlayın -  və
 
10-14 gün qalsın. Vaxtaşırı qarışdırın, göstərilən müddət keçdikdən sonra isə qarışığı süzgəcdən
 
keçirin. Mayedən ayrılmış konsentrata(çöküntüyə) efir və zeytun yağını qarışdırıb. əvvəl maye ilə
 
sonra isə konsentratla  dairəvi hərəkətlərlə masaj tətbiq edin. Hamilələr çatların qarşını almaq
 
məqsədi ilə
 
də istifadə edə bilər.
 

 

QEYD:
 
 Bu masaj hüceyrələri, dərini və piy qatını isidəcək və ikiqat piy qatının yandırmasını(əriməsini) sürətləndirəcək!


 





info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.