Gözəllik / Bədənə qulluğun qaydaları

Ayaqlardakı pis qoxunu yox emək üçün üçün təbii vasitələr

Aytekin82 | 3-11-2015, 10:30
6 748 12


Qış aylarında ayaqlarınıza necə baxmalısınız? 
Ayaqlardakı pis qoxunu önləmənin yolları nələrdir? 
Ayaq baxımının açıq ayaqqabı geyildiyi üçün yaz aylarında əhəmiyyətli olduğu düşünülsə də  qış aylarında bağlı ayaqqabılar içində qalan ayaqlar daha çox baxım istər. Ayaqqabı içində tərləyən ayaqlar  dərhal  iy verməyə başlayır.
 Qış aylarında ayaqlarınıza necə baxmalı, bakteriyalarla necə mübarizə aparmalısınız? 
Ağız yaxalayıcılar
Ağız qoxusunu yox etmək üçün istifadə etdiyiniz ağız yaxalayıcıları  ayaqlarınız üçün də işə yaraya bilər. Onlar həm ölü dəriləri, həm də bakteriyaları yox edir. Ağız yaxalayıcısının içində ayaqlarınızı 10 dəqiqə vanna edin.
 Çay sodası
Ayaqlarınızın tərləməsi və tər iy verməsini önləyən ən təsirli  məhsuldur. Soda, PH tarazlığını təmin edir, ayaqları quru tutaraq bakteriyaların çoxalmasını önləyir. Ayaqqabılarınızın içinə karbonat səpməniz kifayətdir. Gecələri evə gəldiyinizdə geydiyiniz ayaqqabılara tətbiq edin.
Lavanda
Ayaqlarınıza pedikür etdiyiniz zaman pedikür suyuna bir neçə damla lavanda yağı damladın. İnanılmaz gözəl bir qoxunun yanında ayaqlarınızı rahatlaşdıracaq  və əhəmiyyətli "antifunqal"göbələk infeksiyasını yox edəcək. 
 Sirkə
Sirkə, mətbəxdə, saç dərisi qaşınmasında, parlaq saçlar üçün olduğu qədər, ayaq pəncələri üçün də  çox faydalıdır. Ayaq qoxusunun yox edilməsi üçün ilıq suyun içinə bir qədər alma və ya üzüm sirkəsi tökün. Ayaqlarınızı 15 dəqiqə müddətlə içində vanna edin.
 Daban  daşı
Ayaqlarınızın zaman zaman ölü dərilərdən təmizlənilməsi lazımdır. Dəri üzərində olan ölü dərilər, ayaq qoxularına səbəb olur. Bunun üçün həftədə ən az bir dəfə daban daşı ilə ayaqlarınızın altını  və topuqlarınızı ovun.
Epsom (ingilis) duzu
İllərdir ingilis duzu olaraq da bilinən epsom duzları ağrıyan əzələləri yumşaltmaq üçün evlərdə dərman olaraq istifadə edilir. 
Suyun içinə qarışdıracağınız epsom duzları ilə ayaqlarınızı rahatlaşdıracağınız kimi, bakteriya və göbələkləri də yox edə bilərsiniz.
Limon
Topuqlarınızın sitrus meyvələri kimi yumşaq olmasını istərsinizmi? Yarım ilom ilə ayaqlarınızı ovun. Həm ayaq qoxunuz gedəcək, həm də ayaqlarınızın üzərində olan ölü dərilər yox olacaq.
Qara çay
Qara çayda əhəmiyyətli antibakteriyel maddə olan tanik turşusu var. Dəmlədiyiniz çayın içində ayaqlarınızı 30 dəqiqə boyunca saxlayın. Ayaq qoxularınızın yox olması üçün bunu həftədə üç dəfə edin.
Adaçayı
Bitki mənşəli dərmanlar bir çox çarəyə dərmandır. Adaçayını dəmləyin. Həqiqətən anti-inflamatuar faydalarını almaq üçün ayaqlarınızı adaçayı və su qarışığı içində 30 dəqiqə boyunca saxlayın.

ESMERRi | 18 aprel 2016 19:27 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Ay_Sun
Melumat ucun tesekkurler :0109:
Ay_Sun | 9 noyabr 2015 16:43 | Status: Brilliant user | Şərh: 13 409
Melumat ucun tesekkurler 0109
Elcin sangu........ | 4 noyabr 2015 15:24 | Status: VİP user | Şərh: 631
maraqlidi tewekkurler
Vetenperver | 4 noyabr 2015 12:01 | Status: Professional user | Şərh: 6 700
Hər gün tərləyən ayaqlar üçün hər dəfə vanna qəbul eləmək nə dərəcədə düzgündür?adam hövsələdən çıxar.Ən rahat variant soda imiş.
milashka_167 | 4 noyabr 2015 10:30 | Status: VİP user | Şərh: 1 452
Sitat: Nergiz love
Faydali xebrrdi.tsk
Nergiz love | 3 noyabr 2015 23:06 | Status: Professional user | Şərh: 7 871
Faydali xebrrdi.tsk
gece-gunduz | 3 noyabr 2015 20:38 | Status: Gümüş user | Şərh: 1 720
Sitat: fidancik
tesekkurler melumata gore)))))))))))))))))))
ESMERRi | 3 noyabr 2015 18:07 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: SEVDA
Daban daşından hər çimdiyimdə istifadə edirəm.başqa heç bir problem olmur ayaqlarımda.
SEVDA | 3 noyabr 2015 16:42 | Status: Nəzarətçi | Şərh: 17 442
Daban daşından hər çimdiyimdə istifadə edirəm.başqa heç bir problem olmur ayaqlarımda.
fidancik | 3 noyabr 2015 15:17 | Status: Qonaq | Şərh: 0
tesekkurler melumata gore)))))))))))))))))))
buxqalter | 3 noyabr 2015 12:31 | Status: VİP user | Şərh: 1 213
Sitat: dılay
Tewekkurler
dılay | 3 noyabr 2015 11:05 | Status: Brilliant user | Şərh: 8 184
Tewekkurler