Gözəllik / Bədənə qulluğun qaydaları

Gözəl görünmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

leyla meherremova | 5-08-2014, 10:30
18 582 31
 

Gözəl qoxumaq istəyib deodoranta allergiyası olanlar, selülitdən şikayət edənlər, gənc yaşda göz kənarları qırışanlar bu xəbəri mütləq oxusun.
 
* Selülit və qırışlara Son

Özümüzə qulluq etməliyik. Bunu yalnız özümüz üçün deyil, ətrafımızdakı insanlar üçün də etməliyik. Həyat kefiyyətimizi yaxşılaşdırmaq üçün ediləcəklər çox şeylər var. Özümüzü sevməliyik. Əgər bunu bacara bilsək, sevmə sənətini bacarmışıq deməkdir. Məhz o zaman, həm başqalarını sevə həm də onlara faydalı ola bilərik. Başqalarının qəlbinə yalnız öz ürəyimizi açdığımızda nail ola bilərik.

* Bir çox deodorant sınadım. Ancaq hər dəfə allergiya oldum. Gözəl ətirli olmaq üçün nə etməliyəm?

2 damla lavanta yağı
2 damla qərənfil yağı
2 damla jasmin yağı
10 ml. badam yağı 
1 ç/q pudra
 
Hamısını birlikdə qarışdırıb hər gün təmiz dərinizə sürün.

*Çox gənc yaşdasınız, amma göz kənarınız çox qırışıb? ...

Göz kənarlarınıza üzüm çəyirdəyi yağı ilə masaj edin. Həftədə üç gün bir çay qaşığı yaş maya və südü qarışdırıb göz kənarlarınıza sürtün. 20 dəqiqə gözləyin, sonra ilıq su ilə yuyub, soyuq su ilə durulayın.

* Dəriniz çox kobud və qurudur? ...

5 qr. ağ mum
5 qr. lanolin
15 qr. şirin badam yağı
2 qr. buğda özü yağı
50 qr. gül suyu 
5 damla gül yağı
 
Hamısını qarışdırıb su hamamında isidin. Qarışığı şüşə bir qaba yığıb soyuducunda saxlayın. Hər gün dərinizə sürtün.

* Saçlarınız çox cansızdır?

50 qr. adaçayı
50 qr. quru lavanta
  50 qr. kəklikotu
 
Hamısını birlikdə bir litr suda dəmləyib süzün. Bu qarışıqla gündə iki dəfə saç diblərinizə masaj edin.

* Saçlarınız çox qurudur?

Bir yumurta sarısı
Bir ç/q. alma sirkəsi
Bir ç/q. bal
Bir ç/q. zeytun yağı
 
Hamısını birlikdə qarışdırıb saçlarınıza sürtün bir saat gözlədin. Saç tipinizə uyğun şampunla yuyun. Bu qarışığı həftədə iki-üç gün tətbiq edə bilərsiniz.

*Selülitiniz həddən artıq çoxdur? ...

Təzə dəfnə və bibəriyəni şüşə qaba qoyun. Üzərinə çıxacaq qədər küncüt yağı və iki şorba qaşığı soya yağını qarışdırın. İki həftə günəşdə gözlədin. Sonra qarışığı süzüb içinə 4 limonun suyunu qatın. Bədəninizə masajla tətbiq edin. Bu qarışıq qan dövranını sürətləndirir. Xüsusilə nizamlı idman etməyə laqeyd yanaşmayın. Təzə meyvə və tərəvəz istehlak edin. Hər gün mütləq bir dilim ananas mütləq yeməlisiniz. Çünki ananas maddələr mübadiləsini sürətləndirir və yağları yandırır.
 

Saçlarının tez uzanmasını istəyənlər, üzündəki civzə və sızanaqlardan şikayətçi olanlar bu xəbəri oxusun!


* Saçların daha tez uzanması üçün nə edə bilərsiniz?!

Saçlarınızın uzanması üçün balanslı qidalanma çox əhəmiyyətlidir. Yarım yetişmiş avokado, 2 ədəd bildirçin yumurtası, 2 x/q. küncüt yağını qarışdırıb boya sürtürmüş kimi bütün saçınıza tətbiq edin. Sonra saçlarınızı isti bir dəsmalla bağlayıb 2 saat gözlədin, saç tipinizə uyğun bir şampunla yuyun.

* Üzünüzdə az qala mərcimək böyüklüyündə civzələr var?
 
Bərabər miqdarda 1 ç/q. yulaf unu, isladılmış gil, krem və suyu qarışdırıb dərinizə sürün. Qarışığı üzünüzdə 5 dəqiqə gözlədib ovaraq çıxarın.
 
Təmiz dəriyə 1 x/q. maya
1 ədəd döyülmüş aspirin
 1 ç/q. oksigenli su qarışdırın
4 gün üst üstə sızanaqlarınıza sürtün.

* Dodaqlarınız tez-tez çatlayır?

Əvvəlcə bir dermatolaqa getməyinizi məsləhət görərdik. Çoxlu kök, portağal və limon qəbul etməniz lazımdır. Xüsusilə dodaqlarınıza dəmlənmiş adaçayı kompresi tətbiq edib, bal sürtün.

* Dabanlarınız çox kobuddur və çatlayır?

Bir vannaya isti su doldurun içinə bir şorba qaşığı qliserin və bir şorba qaşığı dəniz duzu qarışdırın. Ayaqlarınızı suda 20 dəqiqə gözlədib qurulayın. Bir qəhvə fincanı vazelin və 10 ədəd döyülmüş aspirini qarışdırıb ayaqlarınıza masajla yedirdin... Ayağınnızı nəmli tənzif üzərinə qoyub bir saat gözləyin. Bu əməliyyatı həftədə bir gün təkrarlamağa diqqət edin.

* Əlləriniz çox quruyur?

100 q/r. limon suyu, bərabər miqdarda badam yağı, küncüt yağı, qliserin və bir x/q. talk pudrasını qarışdırıb əllərinizə sürtün. Qarşığı ağzı bağlı şüşə qabda, soyuducuda saxlayın..

* Dəriniz çox quru və həssasdır?
 
Üz xəttləriniz çoxalıb. Eyni zamanda ləkə və kapilyar damarlarınız da var? Dərinizin quruluğu həyat tərzi və qidalanma adətləri kimi səbəblərlə də bağlı ola bilər. Siqaret, spirt və yuxusuzluq kimi faktorlar dərinin qurumasını və qırış meydana gəlməsini sürətləndirər. Hər gün bir x/q. arpa dənəsini bir çay stəkanı suda qaynadın. Su yarıya endiyində ocaqdan götürün. Soyudub süzdükdən sonra su ilə göz kənarlarına kompres tətbiq edin. Süd və badam yağını bərabər miqdarda qarışdırıb dərinizi bununla silin.
 
Kapilyar damarlar üçün at şabalıdı losyonu istifadə edin.  
 
 
 
@Xəbər azad.qadın az. saytı üçün hazırlanmışdır, istifadə edərkən istinad mütləqdir.
 

ESMERRi | 16 aprel 2016 19:56 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: kiraz mevsimi
Suni seylere ehtiyacim yoxdur tebbi gozelem..
dılay | 27 oktyabr 2015 21:27 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: kiraz mevsimi
Suni seylere ehtiyacim yoxdur tebbi gozelem..


..........................................M
Real Madrid CF | 1 avqust 2015 16:47 | Status: Qonaq | Şərh: 0
Suni seylere ehtiyacim yoxdur tebbi gozelem..
Sienna | 26 iyun 2015 13:45 | Status: Şərhçi | Şərh: 287
Tewekkurler
my life is music | 3 fevral 2015 17:03 | Status: Gümüş user | Şərh: 736
tesekkurler canimmmmmmmmmmmm
S.N | 19 sentyabr 2014 15:31 | Status: Şərhçi | Şərh: 120
Cox teshekkur edirem.Maraqli ve faydali xeber hazirlamisiniz.
Natalya Mamedova | 24 avqust 2014 19:45 | Status: Qonaq | Şərh: 0
Tewekkurler
SEVA | 9 avqust 2014 16:30 | Status: Professional user | Şərh: 5 151
gozel meslehetlerdi tsk
senan kerimov | 8 avqust 2014 20:37 | Status: Qonaq | Şərh: 0
aaaaaaa........... gozel dir 0144
GULUM_OL | 8 avqust 2014 15:52 | Status: Şərhçi | Şərh: 221
maraqlidir
melodim | 7 avqust 2014 23:13 | Status: Şərhçi | Şərh: 200
Mənim problemim uzumun quru olmağidi nəmləndirici əvvəl xeyr edir sonra yox recourse
SEVDA | 7 avqust 2014 00:57 | Status: Nəzarətçi | Şərh: 17 442
Meslehetlere göre twk....
Nara88 | 6 avqust 2014 19:10 | Status: Professional user | Şərh: 4 254
bunu sinayacam

50 qr. adaçayı
50 qr. quru lavanta
50 qr. kəklikotu
shela | 6 avqust 2014 11:02 | Status: Gümüş user | Şərh: 2 910
Faydali xeberdi.teshekkur Leylam
ŞehZam | 6 avqust 2014 03:31 | Status: Professional user | Şərh: 2 577
Ehtiyacım yoxdu, çox sağ olun
ImAnSiZ... | 5 avqust 2014 23:59 | Status: Qonaq | Şərh: 0
SALAM,men burda yeni qowulanlardanam) deyerli meslehetleriniz ucun twk-ler.

Sitat: Inamsiz...
SALAM,men burda yeni qowulanlardanam) deyerli meslehetleriniz ucun twk-ler.
Gulumka | 5 avqust 2014 17:43 | Status: Şərhçi | Şərh: 904
Sitat: Gulya2676
faydalı məsləhətlərə görə təşəkkürlər
NURLU | 5 avqust 2014 15:30 | Status: Professional user | Şərh: 5 554
Sitat: Gulya2676
faydalı məsləhətlərə görə təşəkkürlər
Gulya2676 | 5 avqust 2014 14:50 | Status: Gümüş user | Şərh: 2 587
faydalı məsləhətlərə görə təşəkkürlər
Nur | 5 avqust 2014 13:17 | Status: Professional user | Şərh: 3 989
Leyla xanim cox sagolun bele gozel ,faydali meslehetlere gore.sac maskalarini sinayacam.ehtiyacim var.
bir daha tesekkurler elleriniz var olsun
birdane | 5 avqust 2014 13:07 | Status: Professional user | Şərh: 3 727
tesekkurler
MiFi | 5 avqust 2014 13:07 | Status: Şərhçi | Şərh: 154
Xanımlar salam. düzdür bu qeder kosmetoloji məsləhətlər yazılır,amma xanımlarımız tənbəllik edirlər onları eləməyə.
xanım həmişə özünə qulluq etməlidir,ehtiyacı olmasa da.
Xanımlar kişilər üçün bəzənmir,xanım potnyorları üçün bəzənir.Çünki,kişilərin çoxu belə şeylərə fikir vermir!
BULUTUM | 5 avqust 2014 12:57 | Status: Professional user | Şərh: 7 391
Menim derim coxx qurudu.inanin hecne komek etmir.nemlendiricide 5 deqiqelikdi.
FLOVERandGİRL | 5 avqust 2014 12:00 | Status: Professional user | Şərh: 3 251
ele Azerbacanin qizlari hamisi gozeldir
Nazlı_Kız | 5 avqust 2014 11:37 | Status: Brilliant user | Şərh: 6 473
Məlumat üçün çox sağol canım.
vanessa | 5 avqust 2014 11:36 | Status: Qonaq | Şərh: 0
Tesekkurler,helelik yasimla bagli bele problemlerim yoxdu,biraz kurek nahiyem sepir o da qisda
Ay_Sun | 5 avqust 2014 11:26 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: LUNA
gtesekkurler canim,1 tek problemim var,o da goz alti kolgelerimde,kompleks edirem ozume,duzdur her mun goz altina pudra vururam,ama keske hec olmasa.tesekkurler xeber ucun

Cann eynen mende de eledir recourse .

P.S.Tesekkur Leyla xanim xeber ucun 0109
Mehri-Ban | 5 avqust 2014 11:05 | Status: Professional user | Şərh: 1 329
gtesekkurler canim,1 tek problemim var,o da goz alti kolgelerimde,kompleks edirem ozume,duzdur her mun goz altina pudra vururam,ama keske hec olmasa.tesekkurler xeber ucun
Nigar_ | 5 avqust 2014 11:00 | Status: Professional user | Şərh: 2 126
Təşəkkürlər.Şükür ehtiyacım yoxdur heç birinə...