Gözəllik / Bədənə qulluğun qaydaları

Sağlamlıq və gözəllik

Nurus. | 26-01-2013, 11:00
16 846 33
İnsanın zahiri görkəmində üz dərisinin təmiz,elastik,hamar və təravətli olması böyük rol oynayır.Təəssüf ki,heçdə hamı üzün dərisinə düzgün qulluq etməyi bacarmır.Bəziləri təzə çıxmış hər hansı bir krem alır,üzün dərisinə uyğun gəlib-gəlmədiyiniyoxlamadan istifadə edirlər.Dərinin hansı növə aid olmasından asılı olmayaraq onu qidalandırmaq lazımdır.Bunun üçün yaxşı vasitə maskalardır.Üzə maska qoyarkən fikir vemək lazımdır ki,gözün ətrafına düşməsin,çünki sifətin dərisinə xeyir verən maddə gözlərə ziyan verə bilər.
Normal dəri.

Normal dərini səhər sərin su ilə yumaq görülür bu onun xarici qıcıqlara alışdırır.Yatmamışdan əvvəl üzə qulluq etmək lazımdır.Belə hallarda lasyonlardan.ya da duru kremlərdən istifadə etmək lazımdır.Üzünüz üçün krem,ya da lasyon seçərkən kosmetoloq-həkimlə məsləhətləşin.Düzgün seçilməmiş krem üzün vaxtından əvvəl qırışmasına səbəb ola bilər.

Solğunlaşmış dəri.

Dərinin qırışıb-solğunlaşması heç də həmişə qocalıq əlaməti deyildir.Solğun dərili adamlar gah isti,gah da soyuq su ilə yuyunmalı,yumşaldıcı krem çəkəndən,ya da ətirli otların dəmlənməsi ilə kompres eləyəndən sonra üzlərini duzlu su,ya da sirkə su ilə yumalıdırlar.
Qırışmış üzə otlardan hazırlanmış maskalar yaxşı təsir edir.Bununla əlaqədər bir neçə evdə hazırlanan maskalar deyə bilərəm.
1. Nanə,şüyüd,çobanyasdığı,qızılgül ləçəklərinin üstünə qaynar su -1 stəkan suya v,1xörək qaşığı ətirli ot-tökün və dəmləyin.Süzün və otları üzə yaxın,üstündənisə onunsuyundan isladılmış tənzif salfeti qoyun,20-30 dəqiqədən sonra maskanı götürün və üzünüzü pudralayın.
Meyvə-tərəvəz maskaları hamı üçün xeyirlidir.

1.Xiyar,pamidor,albalı,limon,portağal,çiyələyi yuyn və qabığını təmizləyin.Enli tənzif ya da cuna götürün orada göz və burun ağız yerləri qoyun,əvvəlcədən hazırlanmış meyvə qarışığını isladın üzə və boyuna qoyun 10-15 dəqiqə saxlayın.

2.Yumurtanın ağını çalın 1çay qaşığı şirəni çala-çala az-az ora əlavə edin.Bu maskani üzün və boyun dərisinə çəkin,quruyandan sonra soyuq su ilə yuyun.Maskadan sonra nəm dəriyə yumşaldıcı krem çəkin.

3. 1 yumurtanın sarısını 1 xörək qaşığı limon şirəsi ilə qarışdırın.2 çay qaşığı yulaq unu,o qədərdə zeytun,ya da bitki yağlarından birini əlavə edin,sıyıqlaşana qədər çalın,üzə çəkin.30 dəqiqə üzdə saxlamaq lazımdır.
4. Təzə xiyarı,pamidoru bu üsulla sürtmək olar-Xiyarın nazik dilimlərini üzün dərisinə çəkin.Şirə üzdə quruyan kimi yeni dilimi təzədən üzün dərisinə çəkin.Xiyar maskası dərini bir ax ağardır və yumşaldır.

Quru dəri

Gündəlik qulluqdan başqa quru dəriyə həftədə 2-3 dəfə maska eləmək məsləhət görülür.Bu qan dövranını yaxşılaşdırır,dərinin qidalanmasını təmin edir onu hamarlayır.

1.Yağlı və quru üzə vitaminli maskalar yaxşı təsir edir.Belə maskalar çiyələkdən,xamadan,yumurta sarısından,baldan,xiyardan pamidordan düzəltmək olur.
Giləveyvələri sürkəcdən keçirib az miqdarda un əlavə edin üzünüzə çəkin 15-20 dəqiqədən sonra ilıq su ilə yuyun.

2.1 xörək qaşığı çobanyasdığı otunu qaba tökün üstünə 1 stəkan qaynar su əlavə edi üzünüzü həmim qabın üstünə tutun,başınızin üstündən dəsmal salın ki,buxar üzünüzə dəysin.Buzaman üzün məsamələri açılır və üzdə qara çirk qalıqları pambıq ilə asan təmizlənir.Sonra üzünüzü soyuq su ilə yuyun və krem çəkin.

3.Yumurta sarısını 1 çay qaşığı bal,ya da bitki yağı ilə qarışdırın,həmin qarışığı üzünüzə çəkin 15-20 dəqiqə saxlayandan sonra ilıq su ilə yuyun.

4.2 Xörək qaşığı təzə kəsmiyi 1 xörək qaşığı süd və 1 çay qaşığı bal ilə qarışdırıb 20-30 dəqiqəliyə üzünüzə yaxın sonra ilıq suda isladılmış pambıq ilə yuyun.

5.Yumurtanın sarısını 50 q bal və50 q bitki yağı ilə qarışdırıb üzünüzə çəkin,20-30 dəqiqədən sonra ilıq su ilə yuyun və siləndən sonra pudralayın.Bu maskanı həftədə 1 dəfə qoymaq olar.

6.100 q xamanı yumurta sarısı ilə yaxşı qarışdırın,sonra bura 25 q araq və limon şirəsini əlavə edin.Maskanı 15-20 dəqiqəliyə üzünüzə qoyun,sonra ilıq su ilə yuyun.Bu maska həm qidalandırıcı,həm də ağardıcı təsir göstərir.
Yağlı dəri

Yağlı dərini təmizləmək lazımdır,lakin tez-tez isti su və sabunla yuduqda piy vəzilərinin fəaliyyəti dahada artır.Yağlı dərini həftədə 1-2 dəfə ancaq çiməndə isti su ilə sonra soyuq su ilə yumaq olar.Yağlı dəriyə yumurtanın ağından,meyvə-tərəvəz,ən çoxda heyva xurma bitkisindən olan maskalar yaxşı təsir edir.

1. 1yumurta ağını çalın,bir neçə damcı limon suyu əlavə edin.Bu qarışığı fırça ya da əllə üzünüzə çəkin və quruyundan sonra yuyun.Üzünüzü yuduğunuz suya azca limon turşusu tökün.
2.Yerkökünü sürkəcdən keçirin üstünə un kəpəyi töküb qarışdırı və üzünüzə çəkin.30 dəqiqədən sonra sərin su ilə yuyun.
3.Tənzifi pamidor şirəsində isladın üzünüzə qoyun.
4.Qaragiləni əzin nişasta ilə qarışdırıb üzünüzə çəkin
Maska qoyandan sonra yarım saat sonra sakit uzanmaq lazımdır.Üzü qırışdırmaq,qaş-qabaq sallamaq,yemək və danışmaq ,kitab oxumaq olaz.20-30 dəq saxlayandan sonra maskanı ehtiyyat ilə ilıq suda isladılmış pambıqla silin.

Qarışıq dəri.

Bəzi xanımların alnı,burnu və çənəsi yağlı,yanaqları,boğazının dərisi isə quru olur.Belə dərisi olan qadınlar kosmetkadan istifadə edərkən bir qədər ehtiyyatlı olmalıdırlar.Səhər və axşam üzlərini çobanyastığı məlhəmi ilə yumalı sonra yağlı yerləri günaşırı lasyonla silməli və boğazın dərisinə isə uşaq kremi çəkməlidirlər

Mənim anam da bu maskalardan tez-tez hazırlayıb istifadə etdiyinə görə bilirəm ki,gözəl təsiri var.Ona görədə sizə məsləhət görürəm ki, siz də edəsiniz.

dılay | 23 fevral 2016 10:23 | Status: Brilliant user | Şərh: 8 185
ela xeberdir..
Ayanim | 31 yanvar 2014 15:47 | Status: Gümüş user | Şərh: 1 920
xeberi bir iki defe oxumuwam. yenede tewekkurler. maraglidi cox
ay gunes | 20 oktyabr 2013 00:45 | Status: VİP user | Şərh: 916
minnetdaram
yunisella | 31 iyul 2013 19:41 | Status: Şərhçi | Şərh: 298
mende qariwiq deridi hec cur qurtula bilmirem bunun problerinden...
Nurus. | 7 iyul 2013 20:40 | Status: Brilliant user | Şərh: 6 982
Şerh yazan her kese coxlu-coxlu tesekkurler.Yazan elleriniz yorulmasin
Ay Gul | 4 iyun 2013 12:28 | Status: VİP user | Şərh: 431
tewekkurler
potan.huseynov | 29 yanvar 2013 16:44 | Status: Qonaq | Şərh: 0
salam
Aya:)) | 28 yanvar 2013 09:49 | Status: Gümüş user | Şərh: 2 239
əla xəbərdir
Nergiz33 | 27 yanvar 2013 20:48 | Status: VİP user | Şərh: 1 079
ayyyyyy canim Nurusm cox sag ol xeberini oxudum coxlazimli bir xebrdir men heleki uzumehec bir maska ya hec bir krem ya pudra istifade etmirem birce Nurusum yayda kefime dusnede smetanla petruskani ezib qatisdirb onu maska edirem uzume. ancag anamin derisi cox quruyur ozudeki imenni baxbu vaxtlar yayda normal olur. ancag baci anamin derisde coxhesas bir deri oldugundan her seyden alergiya verir meselen baldir limondur belemaskalri qeti ede bilmirik ananin kasmetolqu var o anamcun birkrem yazib lorealdan duzdur bahalikremdir ancag caresiz alir. cunki hec ne ceke bilmir uzune her sey alergiya verir eyer ele hesas deri ucunmaskalar bilen varsa xais edirem yazsin
mugan qizi | 27 yanvar 2013 18:42 | Status: VİP user | Şərh: 699
Yağlı dərini təmizləmək lazımdır,lakin tez-tez isti su və sabunla yuduqda piy vəzilərinin fəaliyyəti dahada artır.Yağlı dərini həftədə 1-2 dəfə ancaq çiməndə isti su ilə sonra soyuq su ilə yumaq olar.Yağlı dəriyə yumurtanın ağından,meyvə-tərəvəz,ən çoxda heyva xurma bitkisindən olan maskalar yaxşı təsir edir.

1. 1yumurta ağını çalın,bir neçə damcı limon suyu əlavə edin.Bu qarışığı fırça ya da əllə üzünüzə çəkin və quruyundan sonra yuyun.Üzünüzü yuduğunuz suya azca limon turşusu tökün.
2.Yerkökünü sürkəcdən keçirin üstünə un kəpəyi töküb qarışdırı və üzünüzə çəkin.30 dəqiqədən sonra sərin su ilə yuyun.
3.Tənzifi pamidor şirəsində isladın üzünüzə qoyun.
4.Qaragiləni əzin nişasta ilə qarışdırıb üzünüzə çəkin
Maska qoyandan sonra yarım saat sonra sakit uzanmaq lazımdır.Üzü qırışdırmaq,qaş-qabaq sallamaq,yemək və danışmaq ,kitab oxumaq olaz.20-30 dəq saxlayandan sonra maskanı ehtiyyat ilə ilıq suda isladılmış pambıqla silin.
bunlara menim de ehtiyacim var Nurusum tesekkur edirem Qelemin var olsun!
ES.SM.210 | 27 yanvar 2013 16:15 | Status: Qonaq | Şərh: 0
ehtiyacim yoxdu heleki
Nataliya | 27 yanvar 2013 11:57 | Status: Qonaq | Şərh: 0
Muxtelif maskalar edirem.yaxsi effektde verir.
Malini | 26 yanvar 2013 23:42 | Status: Şərhçi | Şərh: 152
esasen tebii maskalara ustunluk verirem
Derin 03 | 26 yanvar 2013 23:28 | Status: Şərhçi | Şərh: 421
xanimlar ucun cox lazimli xeberdi.ozum elede maskalardan istifade etmesemde yenede bezilerini not aldim.belke ne vaxtsa lazim olar.tesekkurler
RA | 26 yanvar 2013 23:13 | Status: Qonaq | Şərh: 501
təbrik edirəm)) ...burdakı yazarların kitabı çıxsa lap yaxşı olar...mən bu kitabı alaram hopdum birdən oxuyaram hamsını smile
Nurus. | 26 yanvar 2013 23:05 | Status: Brilliant user | Şərh: 6 982
Serh yazan her kese tesekkurumu bildirirem yazan elleriniz yorulmasin.Amma onuda deyimki bu menim 5 ci xeberimdir.1-ci yox
gulya20 | 26 yanvar 2013 22:56 | Status: Professional user | Şərh: 4 678
Lazimli xeberdi,Nurus tesekkurler
Meqa | 26 yanvar 2013 19:51 | Status: Professional user | Şərh: 2 077
aaaaaaa NURUŞUUM xeyirli olsun axrıncı yox axarıncı olsun canım maraqlı xəbərdi
Torpaq | 26 yanvar 2013 19:13 | Status: Professional user | Şərh: 3 570
ilk xeberinmish xeyirli olsun... :n50:
men pomidoru edirem yayda yaxsidi...hamar gorunur uz...
aynur.xuda | 26 yanvar 2013 18:13 | Status: Gümüş user | Şərh: 1 289
ay sagol eminemki edenler tesirini gorerler
Princess_93 | 26 yanvar 2013 17:09 | Status: Brilliant user | Şərh: 5 877
ayy cox tewekurler ne gozel xeberdi
Yusuf | 26 yanvar 2013 16:18 | Status: Şərhçi | Şərh: 424
Tesekkurler.
ayda.zade | 26 yanvar 2013 15:34 | Status: VİP user | Şərh: 465
meni qoymurlar maskadan isdifade edim hayiflar olsun xebere gore nuruw twk
Gunel | 26 yanvar 2013 15:01 | Status: Professional user | Şərh: 4 087
Yumurta ile bali uzume umumiyyetle vura bilmirem allergiya verir mende nedense.Amma tek xiyari prob elemishem effeki pis deyil.Cox sag ol Nurus xebere gore :n26:
Aliyeva | 26 yanvar 2013 14:50 | Status: Yazar | Şərh: 4 036
hec vaxt maskadan istifade elememiwem cox wukur ehtiyacim da yoxdu
Gulsen Raufqizi | 26 yanvar 2013 13:29 | Status: Şərhçi | Şərh: 414
lazimli melumatlardi.Bal da tek halda boyuk effekte malikdir.heftede 2-3 defe etmek meslehetdir.gozel,hamar deriye sahib olmaqla yanasi dartici effekt verir
nerimanzade | 26 yanvar 2013 13:28 | Status: Qonaq | Şərh: 0
COX SAGOLUN FAYDALI MELUMATLARDI ELLERINIZ YORULMASIN
Damla | 26 yanvar 2013 12:41 | Status: Brilliant user | Şərh: 7 178
Elinde xiyar dilimi tutan qiz bacima oxwadi lap....
Lazimli xeberdi...
Nurus ilk xeberin mubarekdir!

zumer | 26 yanvar 2013 12:30 | Status: VİP user | Şərh: 703
Nurus tesekkurler.super melumatlerdi.Mene lazim olan bezi maskalari not aldim.mutleq istifade edecem. :n50:
_Nazlim_ | 26 yanvar 2013 12:30 | Status: Professional user | Şərh: 2 267
atdim secilmislere.cunki derim cox qurudu lazim olacaq