Gözəllik / Arıqlama - pəhrizlər

Arıqlamaq üçün su pəhrizi

Alizes | 9-09-2012, 10:00
197 998 64

 

 

Su dietasının əsasını qəbul edilən mayenin miqdarı təşkil edir. Bununla belə, suyun miqdarı ayrı-ayrı adamlarda müxtəlif olur. Gündəlik nə qədər su içməli olduğunuzu müəyyən etmək üçün bədən çəkinizi 20-yə bölmək lazımdır. Məsələn, əgər çəkiniz 80 kq-sa, gündəlik 4 litrədək maye qəbul etməlisiniz. Suyun təmiz olmasına diqqət yetirmək də vacib şərtlərdəndir. Kofe, çay, pivə və digər içkilər bura aid deyil. Həmçinin mayenin qazlı və mineral su olması daha yaxşı olar. Çünki qazlı sular orqanizmdə susuzlama, mineral sular isə aclıq hissi yaradır.

Su diyetası 3 həftə davam edir. Diyetadan sonra 3-4 həftəlik fasilə vermək lazımdır. Bu üsulla pəhriz zamanı sidik sisteminə, xüsusilə böyrəklərə ciddi yük düşür. Bundan başqa, mütəxəssislər  göstərirlər ki, su diyetası saxlamaq üçün tədricən- əvvəlcə gündə 1,5 litr su içmək, sonra isə mayenin miqdarını müəyyən həddə çatanadək artırmaq lazımdır. Su diyetasını seçən insanlar bilməlidirlər ki, əgər onların çəkisi 60 kq-dan çoxdursa, uyğun olaraq qəbul edilən mayenin miqdarı 3 litr olacaq. Diyeta zamanı onlara vitamin və minerallı komplekslər qəbul etmək lazımdır. Çünki 3 litr həcmində qəbul edilən maye özü ilə bərabər kalsium, natrium və kaliumu yuyub aparır.



Su diyetası üçün rasion:

Səhər tezdən 1 stəkan təmiz su (yeməkdən ən azı 20 dəqiqə əvvəl) içmək lazımdır. Gün ərzində lazımi miqdarda maye qəbul etmək üçün axşam, yatmazdan əvvəl də bir stəkan su çmək lazımdır. Yemək zamanı su içmək məsləhət deyil. Çünki belə vəziyyətdə su mədə şirəsini durulaşdırır və bununla da qidanın həzm olunmasını çətinləşdirir. Diyeta zamanı yalnız 20-30 dərəcə temperaturda, başqa sözlə, otaq temperaturunda olan su içmək lazımdır. Çünki soyuq su maddələr mübadiləsini ləngidir və bədən çəkisinin artmasına imkan yaradır. Su diyetası təkcə artıq kiloqramları atmağa kömək etmir, həm də dərinin vəziyyətini yaxşılaşdırır, bağırsağın işini və təzyiqini normallaşdırır, başağrısı və yorğunluğu çıxarır, uzun müddət gümrahlıq gətirir, iş qabiliyyətini yüksəldir.

 

 


 

Su diyetası  üçün tövsiyyələr

*Su diyetası zamanı  böyrək xəstəlikləri olan insanlar ehtiyatlı olmalı, çox miqdarda su içməməlidirlər.

*Su diyetasına yayda, suya çox tələbat olduğu fəsildə başlamaq daha məqsədəuyğundur.

*Su diyetası zamanı fitrlənmiş, təmizlənmiş, yaxud keyfiyyət markası olan alınma sular içmək lazımdır.

*Su diyetası zamanı daha az duzlu qidalar qəbul etmək lazımdır. Çünki duzun bol olması orqanizmdə suyun ləngiməsinə səbəb olur.

*Su diyetası zamanı nə qədər xeyirli olsa da, çox miqdarda içildikdə su ilk növbədə bağırsaqdakı faydalı maddələri aparır.

*Su diyetası zamanı kənd yerlərində, xüsusilə tanimadığımız su quyularından su içmək yaramaz. Təmiz görünməsinə baxmayaraq onlar xeyli miqdarda nitratlarla çirklənmiş ola bilər.

*Su diyetası zamanı ekzotik ölkəyə səyahətə çıxırsınızsa, yerli sulardan az içməyə çalışın. Çünki buradakı su ilə sizin adət etdiyiniz suyun mineral tərkibi bir-birindən fərqli ola bilər. Bu isə ciddi mədə pozuntusu ilə nəticələnə bilər.




Diyeta aşağıdakılardan ibarətdir:

1-ci gün

*1-ci səhər yeməyi: yeməkdən əvvəl yarım stəkan su. 1 ədəd yumurta, 2 dilim çovdar çörəyi, 2 dilim pendir, 1 fincan ot çayı (qəndsiz).

*2-ci səhər yeməyi: yarım stəkan su. 1 ədəd iri armud, 2-3 gavalı.

*Nahar: yeməkdən əvvəl yarım stəkan su. 100q suda bişmiş toyuq filesi, müxtəlif tər göyərti, pomidor, xiyar və pendirdən hazırlanmış salat, 1 dilim çovdar çörəyi.

*Axşamüstü yeməyi: yarım stəkan su. 2 şaftalı.

*1-ci şam yeməyi:yarım stəkan su. 100q suda bişmiş mal əti, buğda bişmiş tərəvəzlər (gül kələm, kərəviz, yaşıl lobya, pomidor).

2-ci şam yeməyi: yarım stəkan su, 50q kəsmik ilə meyvələri qarışdırıb üzərinə yağsız yoğurt tökməklə hazırlanan salat. Yatmazdan əvvəl 1 stəkan ballı ilıq su içmək.


 



 

2-ci gün

Yuxudan duran kimi dərhal 1 stəkan ilıq, təmiz su içmək-limon qatılsa daha yaxşı olar.

*1-ci səhər yeməyi: yeməkdən əvvəl yarım stəkan su. 100q yağsız kəsmik, 2 dilim çovdar çörəyi, 1  fincan ot çayı (qəndsiz).

2-ci səhər yeməyi: yarım stəkan su. 2 şaftalı.

*Nahar: yeməkdən əvvəl yarım stıkan su, 100q suda bişmiş balıq əti, müxtəlif tər göyərti və tərəvəzlərdən hazırlanmış salat, 1 dilim çovdar çörəyi.

*Axşamüstü yeməyi: yarım stəkan su, 2 iri alma.

*1-ci şam yeməyi: yerım stəkan su, 2 yumurta, tər kələm, pomidor və yaşıl noxuddan hazırlanmış salat, 1 dilim çovdar çörəyi ilə pendir.

2-ci şam yeməyi: yarım stəkan su. Pomidorla bişirilmiş 50q toyuq filesi və 1 dilim çovdar çörəyi. Yatmazdan əvvəl  1stəkan ballı ilıq su içmək.

3-cü gün

Yuxudan duran kimi dərhal 1 stəkan ilıq, təmiz su içmək-limon qatılsa daha yaxşı olar.

*1-ci səhər yeməyi: yeməkdən əvvəl yarım stəkan su. Göyərti qatılmış 2 dilim (suda bişmiş toyuq filesi), 2 dilim çovdar çörəyi,  1 fincan ot çayı (qəndsiz).

2-ci səhər yeməyi: yeməkdən əvvəl yarım stəkan su, 4 gavalı.

*Nahar: yeməkdən əvvəl yarım stəkan su. Az miqdarda mal ətindən hazırlanmış tərəvəz şorbası, 1 dilim çovdar çörəyi.

Axşamüstü yeməyi: yarım stəkan su, 2 iri armud.

*1-ci şam yeməyi: yarım stəkan su. 1 ədəd buğda bişmiş balıq kotleti, suda bişmiş tərəvəzlər, 1 dilim çovdar çörəyi.

*2-ci şam yeməyi: yarım stəkan su. 50q kəsmik və meyvələr qatılmış, üzərinə yoğurt tökülmüş salat. Yatmazdan əvvəl 1 stəkan ballı ilıq su içmək.

Yuxarıda təsvir olunan 3 günlük rasion pəhrizin 4-12-ci gününə qədər təkrarlanır.

 



 


Utunmayın ki,...

Əgər saçlarınız kövrək, dəriniz hətta kremdən istifadə etdikdən sonra da quruyur və bozumtul rəngə çalırsa, eləcə də tez yorulur və çox pis əhval-ruhiyyədə olursunuzsa -sizin diaqnozunuz belədir: orqanizmdə su çatışmazlığı. Adətən insanlar suya çox əhəmiyyət vermirlər. Amma bu qətiyyən düzgün deyil. Hətta bəzən təhlükəli belə ola bilər. Haqqında söhbət açdığımız su diyetası zamanı bir sıra qida və ərzaqlardan imtina etmək lazım gəlir. Su diyetası hər şeydən əvvəl yaxşı əhvalda olmaq və  görkəminizi mütənasib saxlamaq  üçün sudan necə düzgün istifadə etməyə diqqət yönəldir. Çox vaxt böyük şəhərlərdə yaşayan insanlar kəskin xroniki susuzluqdan əziyyət çəkirlər. Gün ərzində hansı içkilərdən daha çox istifadə edirsiniz? Çay, kofe, şirələr? Bəli, bu içkilər faydalıdır, amma onların heç biri təmizlənmiş, saf suyu əvəz edə bilməz. Odur ki:


QAYDA 1. Gün ərzində 2-3 litr su için.

QAYDA 2. Hər dəfə yemək istəyəndə yarım stəkan su için. Biz insanlar özümüz də bilmədən susuzluğu və aclığı eyni anda hiss edirik. Bəzən yemək istəyirik,amma nəyi? Bax, bunu dəqiq bilmirik. Əslində belə hallarda su içmək istəyirik. Odur ki, yeməyə 1 stəkan adi, yaxud mineral su içməklə başlayın. Amma diqqət yetirin- suyu içdikdən sonra 30 dəqiqə gözləyin, sonra yeməyə başlayın. nə qədər az yediyinizə özünüz də təəccüblənəcəksiniz. Təbii ki, yemək az olanda, çəki çox azalır.

QAYDA 3. Yemək zamanı, xüsusən də  yeməkdən dərhal sonra su içməyin. Çünki bunun nəticəsində bədənin müxtəlif yerlərində əlavə kalorilər toplanır. Əgər qidalanma zamanı su içməyə vərdiş etmisinizsə, sadəcə sevimli yeməklərinizin reseptini dəyişin-ət, balıq, yaxud tərəvəzlərə az kalorili souslar əlavə edin. Bu yolla suya daimi tələbat azalır.

 


Nigar | 17 fevral 2014 20:59 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: leyla meherremova
GƏRƏK İÇƏM........... :good:

sarakamil | 4 yanvar 2014 11:07 | Status: Şərhçi | Şərh: 114
tesekkuler melumata gore

tesekkuler melumata gore
NURLU | 24 iyul 2013 16:13 | Status: Professional user | Şərh: 5 552
su cox icirem amma 3-4 litir coxdu axi
Qanad | 25 iyun 2013 09:15 | Status: Yazar | Şərh: 4 357
Adam var deyit ki,su ilede kokelirem
aydan.goyushlu | 17 iyun 2013 23:47 | Status: Qonaq | Şərh: 0
niwanli piylerini yigib yigisdirammirsansa az yede... hele bir utanmirsan yeyirsende meni yemeknen suyun birlikde olmasi kokeldir o da ziyanmis burda oxudum aa seni diyesen yemekden danisammirsan agzinda yer olmur axi

[ay bagisdiyin sehvlik oldu men skypeda nisanli olub toyuna qeder aariqlamaq isteyen birine demek istedim. pardonnnnnnnnnnnnnnnnnnnnnn
RaySum | 4 may 2013 18:05 | Status: Professional user | Şərh: 2 594
hmm maraqlidi
wokalad | 13 aprel 2013 12:41 | Status: Qonaq | Şərh: 0

mende hec su ice bilmirem.hetta derman atanda 1,2 qrutum gucle icirem :(

Billurə | 22 mart 2013 12:38 | Status: Professional user | Şərh: 4 892
secilmiwlere o qeder atiram ki .......maraglidir zaman tapib yaza bilecem bu maskalari
Girl | 21 mart 2013 20:48 | Status: Professional user | Şərh: 8 206
menim ariqlamaq fikrim yoxdur onsuzda arigam birazda ariqlasam gorunmeyecem yenede twk
Mustafayeva | 12 fevral 2013 21:21 | Status: Qonaq | Şərh: 0
tetil mene yaramadi )) bes yemekden derhal sonra cay icmek ne derecede duzgundur ? hemiwe ele edirem
sonya85 | 3 fevral 2013 22:56 | Status: Qonaq | Şərh: 0
Melumata gore tesekkurler
Gulya2676 | 17 dekabr 2012 13:32 | Status: Gümüş user | Şərh: 2 586
Su ichmek menim uchun chox chetindir. Aynan su ichmeyim hech yadimada dushmez.Men ancaq chay ichirem.
zinayida | 5 dekabr 2012 20:05 | Status: Qonaq | Şərh: 0
qisda su dietini saxlasam, yazilan qaydalardan yox sudan diksinib quruyaram.bu vaxti 3-4litr su icmek olarmi?
leylawka | 6 oktyabr 2012 16:19 | Status: Professional user | Şərh: 1 866
MENDE AXIR VAXTLAR YAMAN COX SU ICIREM EE smile smile
Jama_ | 3 oktyabr 2012 21:06 | Status: Şərhçi | Şərh: 4
Ele de su icen deyilem Hemiwe isteyirem coxlu su icim ama alinmir....
Princess_93 | 29 sentyabr 2012 18:29 | Status: Brilliant user | Şərh: 5 877
men kokelmeye meyilliyem az yesem ariqliyiram cox yesem kokelirem uje 4 kq kokelmişem ariglamaliyam tecili
HEYATIM | 23 sentyabr 2012 00:58 | Status: Professional user | Şərh: 2 110
Sitat: meray
Təşəkkürlər, su icə bilmirəm yoxsa sınayardım bir az kilo almışam

nece men gunde 3 4 stekan su icmesem qala bilmerem insan arqanizmini 90 fayizin su idare edir
kq | 13 sentyabr 2012 11:41 | Status: Şərhçi | Şərh: 15
XEBERE GORE TESEKURLER
Narin_yagis | 11 sentyabr 2012 10:22 | Status: Gümüş user | Şərh: 601
MEN ARIXLAMAG YOX KOKELMEK ISTIYIREM MESLEHET VERINDA :n40: :n1:
seker_kiz | 10 sentyabr 2012 13:12 | Status: Şərhçi | Şərh: 200
Sitat: gulya20
bir az ariqlamaq isteyirem,gorumde alinacaq

://
meray | 10 sentyabr 2012 11:19 | Status: VİP user | Şərh: 565
Təşəkkürlər, su icə bilmirəm yoxsa sınayardım bir az kilo almışam
zinyet26 | 10 sentyabr 2012 00:57 | Status: Qonaq | Şərh: 0
3 litrden artiq su urek zeherlenmesine getirib cixarir
gulya20 | 10 sentyabr 2012 00:35 | Status: Professional user | Şərh: 4 677
Men evveller dehset su icen idim indi ise yox elebele icirem,buranin suyunun dadi xosuma gelmir,amma bir az ariqlamaq isteyirem,gorumde alinacaq.Tesekkurler
Sonik | 9 sentyabr 2012 22:46 | Status: VİP user | Şərh: 543
Men de cox su icirem twkler
niwanli | 9 sentyabr 2012 21:43 | Status: Gümüş user | Şərh: 264
men hec su ice bilmiremde oldur ie bilmirem susumuramda suszam ancaq cay menim susuzdugumu o alir ariqlamaq isdiyirem amma su ice biilmirem neyniyime

Sitat: Alizes
Baxıram heç kəsin ehtiyyacı yoxdur. Minnətiniz olsun,özüm özümə tətbiq edərəm bu pəhrizi. Onsuz da piylərimi yığıb yığışdıra bilmirəm.

cannn senin xetrive da bu dietani men ederem wink
Avril | 9 sentyabr 2012 20:40 | Status: Gümüş user | Şərh: 161
Axır vaxtlar çox su içirəmki arıqladır.)) Təşəkkür bidənəm
POWER | 9 sentyabr 2012 20:36 | Status: VİP user | Şərh: 372
men 3-4 kl vermek isterdim tsk xeber ücün
life82 | 9 sentyabr 2012 20:31 | Status: Gümüş user | Şərh: 985
Men axir vaxtlar hec su icmiremeeeeeee.menim axirim neje olajax? :n11:
nurashka | 9 sentyabr 2012 17:58 | Status: Qonaq | Şərh: 2 167
Sitat: Lada
goturmezler e meni

Pah ora elə sənin kimi piyliləri götürürlər, wink

Sitat: Alizes




Baxıram heç kəsin ehtiyyacı yoxdur. Minnətiniz olsun,özüm özümə tətbiq edərəm bu pəhrizi.

onsuz da bütün gün su içirəm adımı da suxor qoyublar...al sənə yeni söz..yaz lüğətinə wink
G-----16 | 9 sentyabr 2012 17:23 | Status: Gümüş user | Şərh: 2 227
tesekkurler maraqli xeberdir :n28: