Gözəllik / Arıqlama - pəhrizlər

Məşhur həkimdən TÖVSİYƏ - Şirniyyatları bu saatda yesəniz, kökəlməyəcəksiniz

Banu. | 5-03-2020, 10:34
175 0
“Yaz-yay mövsümü yaxınlaşdığı üçün arıqlamaqla bağlı müraciətlər artıb. Çox verilən suallardan biri də şirniyyat bağlılığının aradan qaldırılması ilə bağlıdır. Şirniyyatdan imtina edə bilməyənlər ondan imtina yollarını axtarır”.
Bu sözləri sosial şəbəkədə paylaşdığı tibbi postları ilə diqqət çəkən həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, arıqlamaq istəyən, amma şirniyyatdan imtina edə bilməyənlərə tövsiyələr verib.
Maraqlıdır ki, həkim bir çox qidalanma mütəxəssisindən fərqli olaraq şirniyyatdan tamamilə imtinanı doğru addım hesab etmir: “Dietoloqlar bir qayda olaraq "şirniyyat olmaz" deyir. Bu, yanlış fikirdir. Əvvəla şirniyyat olar. Arıqlamaq üçün şirniyyatdan tam imtina etməyə gərək yoxdur, əsas məsələ onu nə zaman yemək lazımdır. Siz şirniyyatı, ya meyvəni yeməkdən dərhal əvvəl və ya dərhal sonra yesəniz, heç bir problem yaranmayacaq. Arıqlamağa mane olmayacaq.

Əsas odur ki, yeməklər arası dövrdə qətiyyən şirniyyat yeməyəsiniz. Onda insulin ifraz olunacaq və metabolizmin istiqaməti anabolizmə çevriləcək. Sizin məqsədiniz isə katabolizmi artırmaq idi. İnsulin qanda olan-qalan qlükozanı da hüceyrə içinə salacaq və sizə vəhşi aclıq gələcək. Acından əsəcəksiniz, başınız dönəcək. Hətta huşunuzu itirə bilərsiniz. Məcburən yemək istəyəcəksiniz. Ara yemək isə qəti olmaz. Lakin gündə 3 dəfə yesəniz, yemək zamanı zatən insulin qalxır. Sizin həmin vaxt şirniyyatdan imtina etmənizə heç bir ehtiyac görülmür, mənası yoxdur. Yeməkdən sonra tort da, meyvə də, şokolad da yeyə bilərsiniz. Sadəcə gündə 3 dəfə qidalanın, şirniyyatları da eyni saata salın. Sözsüz ki, gündəlik lazım olan miqdarı aşmamaq şərtiylə”.publika.az