Gözəllik / Arıqlama - pəhrizlər

Arıqlamaq üçün bu qrafikə görə su için və nə ürəyiniz nə istəyir yeyin!-Bu qədər sadə

Banu. | 5-12-2018, 13:43
1 815 0

Artıq çəkidən xilas olma orqanizmə daxil olan kalorilərin miqdarının azalması hesabına baş verir. Bədən görünüşünün belə yolla korreksiya edilməsi yeni yol deyil, lakin buna baxmayaraq, məhz bu metodika kütlələri özünə cəlb edir. Su mədəni doldurur, bunun da sayəsində iştah əhəmiyyətli dərəcədə azalır.
Daha bir mühüm amil - su mübadilə proseslərini sürətləndirir və orqanizmin təmizlənməsinə yardım edir ki, bu da çəkinin azalmasının sürətinə öz təsirini göstərir.

AzadQadin.az gün ərzində nə vaxt su içmək lazım olduğunu təqdim edir...

8:00. Limonla ilıq su- iki stəkanı acqarına. Sübut edilmişdir ki, günün bu ən yaxşı başlanğıcdır. Su acqarına içilməsi — hidratlaşmanın lazımlı səviyyəsinə nail olmaq, orqanizmi oyatmaq, onu yeməyin qəbuluna hazırlamaq üsuludur. Səhər yeməyini su içdikdən yarım saat sonra yemək olar.

11:00. Bir stəkan otaq temperaturunda su için. Bu zaman suyu içmək — iştahanı azaltmaq və nahar zamanı adət edilmiş porsiyanın yarısını yemək üçündür.

13:00. Nahardan 30 dəqiqə əvvəl bir stəkan və nahar zamanı da bir stəkan su için. Belə bir mif mövcuddur ki, guya yeməyin qəbulu zamanı çox maye içmək zərərlidir. Əgər siz şirin və qazlı içklər içirsinizsə, onda bu zərərlidir. Amma nahar zamanı ilıq su sizin həzminizi yaxşılaşdırmağa kömək edəcək.

16:00. Otaq temperaturununda yarım litr su için. Biz  naharın və şam yeməyinin arasında aranı doldururuq: meyvələr, şokolad batonları, çipslərə ehtiyac hiss etmirsiniz.

20:00. Bir stəkan ilıq su. Bu son mərhələdir. Suya limon dilimi və bir az bal əlavə etmək olar ki, bu qarışım orqanizm üçün çox faydalıdır.


Belə su içmə rejimi orqanizmin sağlamlığını təmin edir, həm də artıq çəkidən qurtulmağa kömək edir. Bu zaman heç bir pəhrizlər, ac qalmalar və istənilən başqa məhdudiyyətlər lazım deyil. Qrafikə əsasən suyu için və çəki itirin, həm də  sağlamlıq və güc əldə edin.

 Uğurlar!

(AzadQadin.az)
 
Bu xəbərləri də oxuyun:

Qayınana saçı qırxılan gəlininin XƏYANƏT GÖRÜNTÜLƏRİNİ YAYDI (VİDEO)

Gələn ildən dövlət xəstəxanalarının hamısı pullu olacaq - VİDEO

DİQQƏT: Bunu edin, istiliyə iki qat az pul odəyəcəksiniz, 5 qat artıq eviniz qızacaq

Pensiyaçılara şad xəbər - Daha bankomat qarşısında sıxlıq yaranmayacaq






info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.