Gözəllik / Arıqlama - pəhrizlər

Bal və darçın - bu iki inqrediyent sizin bel və qarın nahiyyəsindəki piyləri əritməkdə xariqələr yaradacaq!

Banu. | 6-12-2018, 16:30
491 0

 

 AzadQadin.az bildirir ki, darçın həm toz, həm də çubuq şəklində işlədilir. Südlü şirniyyatlara, çaylara, tortlara, kekslərə, kökələrə, meyvə salatlarına əlavə edildikdə çox gözəl dad verir. Ləzzətli olduğu qədər şəfalı fermentlər ehtiva edən çox dəyərli bir ədviyyatdır. 


 
Darçın çayının faydaları:
 
Darçın çayının güclü təsirə malik olduğu qədim dövrlərdən bəri məlumdur. Ondan bu günə qədər bir çox xəstəliyin müalicəsində istifadə edilib. Darçın çayı həzm sistemini yaxşılaşdırır, menstruasiya dövründə yaranan ağrıları aradan qaldırır,qanda şəkərin miqdarını tənzimləyir.Bakteriya əleyhinə güclü xüsusiyyətləri orqanizmi infeksiyalara qarşı qoruyur, soyuqdəyməni sağaldır, qan dövranını sürətləndirir. Və ən əsası arıqlamağa kömək edir. Darçın xolesterini aşağı salır, ürək xəstəliklərinə yaxşı təsir edir, xərçənglə döyüşür, diş ağrısını kəsir, ağız qoxusunu aradan qaldırır, tənəffüs problemlərinin həllinə kömək edir, yaddaşı və zehni gücləndirir. Əmizdirən qadınlarda süd artımına səbəb olur.

 
Darçın çayı arıqladırmı?
 
Güclü bir antioksidant olan darçın təkbaşına arıqlamağa kömək etmir. Amma qanda şəkəri tənzimlədiyi və insulin fermentini tarazlaşdırdığı üçün arıqlamaqda təsiri danılmazdır. Belə ki, darçının qəbulundan sonra insan uzun müddət özünü tox hissi edir ki, bu da arıqlamaq istəyənlər üçün çox mühüm amildir. Belə ki, gündəlik yediyiniz qidaya darçın əlavə edərək, qlükozanın orqanizmə daha yaxşı sovrulmasını təmin edərsiniz. Bundan başqa, darçın enerji mənbəyi olaraq yağ anbarından istifadəni təmin edir.

 
Darçın çayının resepti
 
Toz darçınlı çay üçün - 1 böyük stəkan suya 1,5 çay qaşığı toz darçın atıb 2-3 dəqiqə dəmlənməsini gözləyin və sonra için.

 
Çubuq darçınlı çay üçün -1 stəkan isti suya 1 çubuq darçın atın və 8-10 dəqiqə dəmləyib sonra için.

 
Çayın içinə 2-3 diş mixək və 1 dilim limon əlavə etdikdə daha təsirli olur.








info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.