Gözəllik / Arıqlama - pəhrizlər

Avropanın ən romantik pəhrizi -Alma+ partağal Gəlinlik pəhrizinin sirri

Banu. | 26-11-2015, 21:00
3 810 14



Avropanın ən romantik və eyni zamanda effektiv pəhrizi olan Gəlinlik pəhrizinin 20-ci əsrin ortalarında meydana gəlməsi çox gözlənilən idi. Məhz o zaman, 20-ci əsrin 50-ci illərində əsl toy bumu başlanmışdı, ərə getmək dəbli və prestijli hesab olunurdu.

"Toy qızdırmasının” əsasını nişanlısı Monakonun şahzadəsi Albert ilə "əsrin toyu”nu keçirən Amerikanın məhşur aktrisası Qreys Kelli qoymuşdur. Bu cütlüyün nigah mərasimini indiyə qədər 20-ci əsrin ən möhtəşəm tədbiri adlandırırlar.

Elə gəlinlik pəhrizini ilk sınaqdan keçirmiş gəlin də məhz Monako şahzadəsi Qreys Kelli olmuşdur. 

Bir donun pəhrizi...

Toya hazırlaşan Qreys, moda industriyasının ən bahalı gəlinliyini sifariş etmişdi. Sonradan məlum olduğu kimi, ecazkar Gəlinlik pəhrizinin yaranmasına da məhz bu gəlinlik donu səbəb oldu. Qreysin gəlinliyinin tikilişi üçün 1 kilometr ipək parça, böyük miqdarda ən incə, əl ilə hazırlanmış Belçika krujevaları və onlarla min dollar qiymətində mirvari sərf olundu.

Hər şey əla gedirdi, tikilişinə bir aydan çox vaxt sərf olunan gəlinlik nəhayət hazır idi. Lakin toy mərasiminə 5 gün qalmış məlum oldu ki, Monakonun gələcək şahzadəsi kökəlib və gəlinlik onun bədənində bağlanmır. Çıxış yolu yox idi – Qreys arıqlamalı idi, çünki gəlinliyin yenidən tikilməsi üçün vaxt yox idi. 5 gün ərzində Qreys 5-8 kiloqrama qədər arıqlamalı idi (dəqiq rəqəm indiə qədər məlum deyil). Razılaşın ki, 5 gün ərzində 5 kilo çəki atmaq kral qanından olan şəxs üçün də çox qəliz məsələdir.

Bununla yanaşı, Qreys toy mərasimində yorğun və əldən düşmüş halda görünə bilməzdi. Vəziyyəti Hollivud ulduzunun həkimi və yaxın rəfiqəsi Amanda Qellansi xilas etdi. O, 1 gecə ərzində Qreys Kelli üçün mükəmməl arıqlama proqramını işləyib-hazırladı. Məhz həmin proqramdır ki, sonradan "Gəlinlik pəhrizi” adlandırıldı. Pəhriz son dərəcə müvəffəqiyyətli oldu, məhşur maneken və aktrisa Qreys Patrisiya Kelli toy mərasimində gümrah və sağlam görünürdü. Dəbdəbəli gəlinlik də onun gözəl bədənində ideal şəkildə oturmuşdu.

Bu, "Gəlinlik pəhrizinin” yaranmasının səbəbkarı olan həmin gəlinlik donudur: 

Alma+Portağal.

Toydan xeyli il keçəndən sonra, Amanda Qellansi gəlinlik pəhrizinin sirrini açdı və onun menüsunu dərc etdi. Madonna, Şer, Culiya Roberts, Lindsi Loxan, Amanda Bayns və hətta Britni Spirsin də bu pəhrizdən istifadə etdiyi şayiələri gəzir. Beləliklə, gəlinlik pəhrizi tez bir zamanda kübar cəmiyyətin pəhrizləri siyahısına düşdü. Bəs bu pəhriz digərlərindən nə ilə seçilir?

Gəlinlik pəhrizi yalnız iki meyvənin– alma və portağalın istehlakından ibarətdir. Başqa heç bir sirr yoxdur, elə pəhrizin menüsunu təşkil edən başqa məhsulun olmadığı kimi. Təəccübləndiniz? 

Əslində, təəccüblənəcək heç nə yoxdur. Amanda Qellansi alma və portağalı əbəs yerə seçməmişdir.

Portağal – insanlığa məlum olan məhsullar arasında ən güclü antioksidantdır. Onun tərkibindəki bioflavonoidlər hətta kəskin surətdə ixtisara salınmış qida rasionu şəraitində orqanizmin həyat tonusunu qoruyub-saxlamağa qadirdir. Bundan əlavə, portağalın tərkibində arıqlamağa kömək edən və iştahanın azalmasına səbəb olan çoxlu miqdarda sellüloz var. Bu meyvənin 100 qramında cəmi 32 Kkal var. 1 portağal meyvəsi insan orqanizmini 3 saatlıq doyuzdura bilər. İndi Amandanın niyə məhz bu meyvəni gəlinlik pəhrizinin tərkibinə daxil etdiyi məlum oldu. 

İndi isə almanın arıqlamağa kömək edən əsas xüsusiyyətləri haqqında danışaq. Bu, ilk növbədə pektindir. Pektin – piy yığınları üçün "partlayış təhlükəsini daşıyan” maddədir. Onun köməyi ilə sayılı həftələr ərzində artıq çəkidən azad olmaq olar.

Lakin pektindən başqa, almanım tərkibində artıq kiloların itirilməsinə gətirən digər maddələr də var. Məsələn, portağalın da tərkibində olan sellüloz. Təbii sellülozun mənbəyi olan məhsulları yeyərkən, arıqlama sahəsində möcüzələrlə üzləşirik. Sellülozun köməyi ilə doyma haqında siqnallar beyinə daha tez ötürülür. Nəticədə, biz normadan artıq qida qəbul etmədən, aclıq hissinə qalib gəlirik.

Almanın tərkibində həmçinin artıq piydən tez bir zamanda xilas olmağa kömək edən sirkə də var. Alma sirkəsi, daha dəqiq desək, alma turşusu, maddələr mübadiləsi proseslərini aktivləşdirir, metabolizmin sürətini atırır, bu da çəkinin azalmasına gətirib çıxarır.
 
 


Portağal+Alma – bu da Gəlinlik pəhrizinin sirri.

Həm portağal, həm də almanın sayı pəhrizin hər günü üçün dəqiq hesablanıb. Hesablama rasionun gündəlik kaloriliyi, orqanizmin sellüloza, pektinə və alma turşusuna olan gündəlik tələbatı əsasında aparılıb. Pəhrizin su balansı yaşıl çay, mineral su və adi təmiz su vasitəsi ilə saxlanılır. Pəhrizin üçüncü gününün səhər yeməyi zamanı 1 çay qaşığı bal yemək olar. Bu halda bal sadə şəkərin rolunu oynayır.

Gəlinlik pəhrizinin 5 günlük menüsu.

1-ci gün.

Birinci qəhvəaltı: 2 alma, 1 portağal, 1 fincan şəkərsiz yaşıl çay.
İkinci qəhvəaltı (birinci qəhvəaltıdan 2-3 saat sonra): 1 alma, 1 stəkan qazsız mineral su.
Nahar: 2 stəkan adi su, 2 alma, 2 portağal.
Şam yeməyi: 1 stəkan adi su, yarım ədəd alma və yarım portağal. 

2-ci gün

Birinci qəhvəaltı: 2 portağal, 1 fincan şəkərsiz yaşıl çay.
İkinci qəhvəaltı (birinci qəhvəaltıdan 2-3 saat sonra): 2 alma, 1 stəkan su.
Nahar: 2 stəkan mineral su, 3 portağal. 
Şam yeməyi: 1 stəkan adi su, 3 alma.

3-cü gün.

Birinci qəhvəaltı: 3 portağal, 1 stəkan şəkərsiz yaşıl çay, 1 çay qaşığı bal.
İkinci qəhvəaltı (birincidən 2-3 saat sonra): 1 alma, 1 stəkan su.
Nahar: 1 stəkan su, 3 alma.
Şam yeməyi: 1 stəkan su, yarım portağal, 1 alma

4-cü gün.

Birinci qəhvəaltı: 1 portağal, 1 alma, 1 fincan şəkərsiz yaşıl çay.
İkinci qəhvəaltı (birincidən 2-3 saat sonra): 2 alma, 1 stəkan mineral su. 
Nahar: 1 stəkan su, 3 portağal.
Şam yeməyi: 1 stəkan mineral su, 1 portağal, 1 alma.

5-ci gün.

Birinci qəhvəaltı: 1 portağal, 2 alma, 1 fincan şəkərsiz yaşıl çay.
İkinci qəhvəaltı (birincidən 2-3 saat sonra): 1 portağal, 1 stəkan mineral su. 
Nahar: 1 stəkan su, 3 alma.
Şam yeməyi: 1 stəkan mineral su, 1 portağal, 1 alma.

6-cı gün.

Birinci qəhvəaltı: 1 alma, 1 fincan şəkərsiz yaşıl çay, 1 çay qaşığı bal.
İkinci qəhvəaltı (birincidən 2-3 saat sonra): 1 portağal, 1 alma, 1 stəkan su.
Nahar: 1 stəkan su, 2 portağal.
Şam yeməyi: 1 stəkan mineral su, 4 alma.

Pəhrizin kursu zamanı istədiyiniz qədər adi su içə bilərsiniz.

Gördüyünüz kimi, Gəlinlik pəhrizinin rasionu çox sadədir. Lakin bu, yalnız birinci görünüşdən elədir. Əslində, bu pəhrizin köməyi ilə çox böyük nəticələr əldə etmək olar.

ESMERRi | 15 aprel 2016 11:54 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Dəniz qızı
Yaman sadədi ha....
Dəniz qızı | 28 noyabr 2015 08:28 | Status: Brilliant user | Şərh: 8 017
Yaman sadədi ha....
milashka_167 | 27 noyabr 2015 23:39 | Status: VİP user | Şərh: 1 452
Sitat: guldeniz
pehriz saxlamiram cekim normaldi
B.Fereh | 27 noyabr 2015 19:31 | Status: Nəzarətçi | Şərh: 6 975
Ehtiyacim yoxdu wukur)))acanda gece saat 1de olsa yemesem yatammaram,kokelmirem amma.
SEVDA | 27 noyabr 2015 16:54 | Status: Nəzarətçi | Şərh: 17 439
Ehtiyacım yoxdur...
Ay_Sun | 27 noyabr 2015 13:12 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Wiyinn
bunada baxariq tsk 0144
guldeniz | 27 noyabr 2015 11:45 | Status: Professional user | Şərh: 1 641
pehriz saxlamiram cekim normaldi
dılay | 27 noyabr 2015 09:19 | Status: Brilliant user | Şərh: 8 183
Meni pehriz menyusunu yoldawImdan " ogramIwam ". O idmanci telebelerine qoydugu qadagalara men de emel edirem
sadəcə MƏN | 27 noyabr 2015 00:10 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
ESMERRi | 26 noyabr 2015 23:48 | Status: Brilliant user | Şərh: 5 378
Arıqlamaq istiyənlər ixusun mən kökəlmək istiyirəm
Yagis_Negmesi | 26 noyabr 2015 23:14 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: gece-gunduz
istədiyim vaxt rahat ariqliyiram bunu da səbəbi çörəkdən və axşam yeməyindən imtina etmeyimdi
gece-gunduz | 26 noyabr 2015 22:43 | Status: Gümüş user | Şərh: 1 720
istədiyim vaxt rahat ariqliyiram bunu da səbəbi çörəkdən və axşam yeməyindən imtina etmeyimdi
Wiyinn | 26 noyabr 2015 22:19 | Status: VİP user | Şərh: 889
bunada baxariq tsk 0144
Gulumka | 26 noyabr 2015 21:40 | Status: Şərhçi | Şərh: 904
Neyləyək bunu da sınaqdan keçirərik təşəkkürlər