Gözəllik / Arıqlama - pəhrizlər

Dükan pəhrizi: Ət yeyərək arıqlamaq mümkündürmü?-Dietoloq cavablandırır

Banu. | 23-10-2014, 00:00
17 278 19


 

"İnternetdə olan bütün arıqlama pəhrizlərini hər gün oxuyuram və öz üzərimdə tətbiq edirəm".

 

"Dünyaca məşhur olan bütün arıqlama pəhrizlərini sınaqdan keçirmişəm. Lakin arıqlasam da, yenidən kilo almışam".

 

Bu sözlərlə hər gün qarşılaşırıq. Gün ərzində minlərlə insan gününün çox hissəsini internet qarşısında arıqlama pəhrizləri axtarmaqla keçirir. Son statistika göstərir ki, bir gündə qadınların daha çox axtarış saytlarından əldə etmək istədikləri məlumatlar elə arıqlama pəhrizləri ilə bağlıdır. "Dünya məşhurlarının pəhrizləri", "filan aktrisa bu pəhrizdən 1 aya 15 kq arıqladı", "filan müğənni 7 gündə 7 kilo artıq çəkidən azad oldu" kimi başlıqlar qadınların diqqətini xüsusilə çəkir. Bu pəhrizlər doğrudan da işə yarayırmı?

 

"Müəyyən bir zaman pəhriz saxlamışam. Amma sonra dayandırdım, başladım kökəlməyə. İndi ondan da pis kökəlmə verir". 

 

"Aclıqla pəhriz saxlamaq olmaz. Bu zaman mədə xəstəlikləri yaranar. Hər orqanizmin öz pəhrizi olmalıdır".

 

"İnternetdən götürüb öz üzərində eksperiment aparmaq düzgün deyil. Bu pəhrizlərin əksəriyyəti düzgün yazılmır və ya orqanizmə düşmür. Əks təsir göstərir".

 

Pəhrizlərin müxtəlifliyi onların qida tərkibindən və istifadə müddətindən asılı olaraq dəyişir. Bir zamanlar dietoloqlar daha çox az qidalanma ilə pəhriz təyin edirdilərsə hazırda bu üsul tamamilə dəyişib. İndi daha çox tərkibində zülal olan maddələrlə qidalanmaq tövsiyə edilir. Eyni zamanda gün ərzində hər bir orqanizmin 3 litrdən artıq təmiz-strilizə edilmiş su qəbul etməsi vacib sayılır.

 

Dietoloqların ən yaxşı qidalanma sistemi üzərində baş sındırdığı bir zamanda isveçli həkim Pyer Dukandan yeni bir pəhriz təklifi gəlib. Qısa zamanda haqqında müsbət və mənfi fikirlər səslənəb pəhriz çox insannın artıq çəkidən xilas olmasına yardım edib. Tərkibi tam zülallardan ibarət olan pəhriz digər pəhrizlərdən fərqli olaraq mərhələli şəkildə həyata keçirilir. Bunun ilk mərhələləsi "Hücum" adlandırılır. Bu mərhələnin əsas prinsipi: nə qədər istəyirsən ye, lakin siyahıdan kənara çıxma!. Xüsusi siyahıda isə 78 adda məhsul yeməyə icazə verilir. Əsas odur ki, 3 dəfədən artıq gündə qida qəbul etmək olmaz. Yalnız 1 həftə davam edən ilkin mərhələdə həmçinin 1,5 litr su içmək mütləqdir. Digər vacib bir hal isə gün ərzində 1,5 xörək qaşığı yulaf kəpəyinin yeyilməsidir. Bu mərhələdə artıq ən azı gündə 20 dəqiqə idmanla məşğul olmaq pəhrizin əsas şərtləri sırasındadır. İlk mərhələdə orqanizmdən asılı olaraq, bir həftədə 3-5 kilo çəki itirmək mümkündür.

 

Pəhrizin ikinci mərhələsi "Kruiz” adlandırılır. Bu mərhələdə istənilən çəki əldə olunur. Burada sizin zülal və tərəvəz yeməyiniz növbələnir. Belə ki: suda və ya buğda bişirilmiş  toyuq, balıq və tərəvəz məhsullarını istənilən qədər yemək mümkündür. Karbohidratların qida siyahısından tamamilə çıxarılması isə sizin daha tez çəki salmanıza yardım edə bilər. Bunun üçün şirniyyat, un məhsulları, yağ və tərkibində şəkərin miqdarı çox olan meyvələrdən qaçmaq vacibdir. İkinci mərhələ istədiyiniz çəkini əldə etdiyiniz müddətə kimi həyata keçirilir.

 

Pəhrizin üçüncü mərhələsi "Möhkəmlənmə” adlandırılır. Bu mərhələdə siz hər 10 günə 1 kilo arıqlayırsınız. Bu mərhələ sizi pəhrizdən çıxmağa hazırlaşdırır.

 

Pəhrizin dördüncü mərhələsi "Stabilləşmə” adlandırılır. Burada pəhrizdən əsas çıxış baş verir, lakin unutmayın ki, itirilən çəki çox asanlıqla geri qayıda bilər.

 

Pəhriz zamanı yeyilməsi şərt olan məhsullar isə əsasən, mal əti və ya dovşan əti, yağsız toyuq və hinduşka əti, qaraciyər, istənilən balıq və dəniz məhsulları, yumurta, az yağlı süd məhsulları, ədviyyat, otlar, soğan, sarımsaq, limon suyu, ənginar, kələm, kərəviz, xiyar, pomidor, bibər, göbələk, razyana, boranıdır.

 

Bu cür pəhriz, sizin artıq çəkinizin yüksək olsa da, müsbət nəticə verir. Zülalın bol olması sizə həmişə özünüzü doymuş hiss eləməyə kömək edir. Dietoloqlar isə hesab edir ki, "Dukan" pəhrizinin xeyirli tərəfləri ilə yanaşı, zərərləri də var. 

 

Dietoloq Leyla Zülfüqarlı APA TV-yə deyib ki, Dükan pəhrizinə münasibəti birmənalı deyil: "Orqanizmlər müxtəlifdir. Bir insanın orqanizmini tanımadan ona onlayın müdaxilə etmək nə dərəcədə düzdür. Mütləq həmin insanın orqanizmini, fiziologiyasını tanımaq lazımdır".  

 

Pəhrizin ikinci ən böyük təhlükəli hissəsi isə məsləhət gördüyü qidaların tərkibində zülalın həddindən artıq olmasıdır. Böyrək xəstələrinə bu pəhrizin saxlanması məsləhət görülmür. Zülal karbohidratdan fərqli olaraq, enerjini depolamır bu zaman bədəndə olan əvvəldən yığılıb qalan piylər parçalanmağa başlayır: "Pəhrizin ən zərərli tərəflərindən biri də zülalın daha çox qəbul olunmasıdır. Zülal orqanizmə həddindən çox daxil olduqda o zaman böyrəklərimizi ciddi təzyiq altında qoymuş oluruq. İnsan orqanizminə yalnız bir mənşəli qidalar daxil olursa, o zaman bu zülallar böyrəklərin fəaliyyətinə mənfi təsir edə bilir. Hətta böyrək çatışmazlığı kimi ciddi fəsadlar yarada bilir. Buna  görə də fikrim bu pəhrizə qarşı müsbət deyil".

 

Bu zaman bir sual meydana çıxır. Pyer Dükan bunları nəzərə almayıb? Bəhrizi diqqətlə nəzərdən keçirdikdə bunların nəzərə alındığı görünür. Müəllif xüsusilə vurğulayıb ki, gün ərzində içilən 2 litrdən çox su bədəndə olan artıq zülalı yuyub-aparır. Beləliklə, zülalın orqanizmə mənfi təsirinin qarşısı alınmış olur.    

 

İstənilən halda hər bir insanın qidalanmasına diqqət etməsi şərtdir. Pəhrizə ehtiyacı olan və ya olmayan hər kəsin sağlamlığına ziyan vuran qidaları menyusundan çıxarması tövsiyyə edilir.

 



ESMERRi | 15 aprel 2016 11:54 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
Bu DUkan pehrizide anlaMaq olmur
dılay | 12 noyabr 2015 10:43 | Status: Brilliant user | Şərh: 8 183
Bu DUkan pehrizide anlaMaq olmur
R.M.va | 29 aprel 2015 01:25 | Status: Qonaq | Şərh: 0
Tesekkurler ehtiyacım yoxdu:)
lady sweet | 5 aprel 2015 16:36 | Status: Gümüş user | Şərh: 1 880
tesekkurler
amerika | 22 yanvar 2015 12:00 | Status: Şərhçi | Şərh: 278
Arıqlamağa çox ehtiyyacım var.En azı 15 kq .Bu dükan pehrizini saxlamaq isteyirem,heç bir pehriz mene arıqlamağa kömek etmir((.
BULUT | 31 oktyabr 2014 15:35 | Status: Qonaq | Şərh: 0
Sitat: amerika
Men qreçka pehrizi tuturam, ama heç de çekim getmir,bilmirem nedendi?Camaat nece arıqlayır qreçka ile mene çatmır??

sen qreckani bisirirsen elbet?amma ele deyil qreckani qaynar suda iki saat islay ve suz qatiqla yagsiz duzsuz sekilde ye ariqlayacaqsan bacim/qrecka bisende as kimi quvvetli olur
amerika | 31 oktyabr 2014 15:20 | Status: Şərhçi | Şərh: 278
Men qreçka pehrizi tuturam, ama heç de çekim getmir,bilmirem nedendi?Camaat nece arıqlayır qreçka ile mene çatmır??
Ayanim | 31 oktyabr 2014 13:04 | Status: Gümüş user | Şərh: 1 920
bacim bununla 12kl arigladi.
SEVA | 25 oktyabr 2014 21:11 | Status: Professional user | Şərh: 5 150
Sitat: SEVDA
Pehrize ehtiyacım yoxdu,twk...
Laura81 | 24 oktyabr 2014 00:39 | Status: VİP user | Şərh: 1 275
Tesekkurler canim
SEVDA | 23 oktyabr 2014 15:41 | Status: Nəzarətçi | Şərh: 17 439
Pehrize ehtiyacım yoxdu,twk...
Ay_Sun | 23 oktyabr 2014 13:07 | Status: Brilliant user | Şərh: 13 408
Men hekim mesleheti ile ariqlayiram.Tesekkurler.
BULUT | 23 oktyabr 2014 10:52 | Status: Qonaq | Şərh: 0
Sitat: Sariwka1
Mən başlaməşdim təsirində gordüm amma axra qədər gedə bilmədim iki haftadan sonra düşdüm xaşın canına

0116 kiz xas nedi men xas yimirem bax deyim sene seher 12 ye kimi hecne yime sonra yemeye basla gunde 4 5 defe 45 defe yoxe kiz 4 ya bes defe 6 dan sonra ancaq meyve ye bax manken kimi qiz olacan
Sitat: perishka2
Can ay bacı,istəyirsən gəl bizə,itirdiyin çəkiləri qaytar.Ay qız mən əksinə hər gün kökölirəm ey

az istemirem kokelmek iyrenirem koklerden toppus olurlare bax onlardan allah uzaq etsin ele olagi /azzzzzzzz az yide holub boy kokelecen kisi baxmayacaq guye men arigam baxirma menimki 0116
Sitat: fea
men onsuzda ariqam

biz eyni dieti saxlayiriqda oncun
fea | 23 oktyabr 2014 10:11 | Status: Gümüş user | Şərh: 1 737
men onsuzda ariqam
Sariwka1 | 23 oktyabr 2014 09:10 | Status: VİP user | Şərh: 1 774
Mən başlaməşdim təsirində gordüm amma axra qədər gedə bilmədim iki haftadan sonra düşdüm xaşın canına recourse
Dəniz qızı | 23 oktyabr 2014 08:40 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: ANITA
gelin bize erim gile cox yox bir hefteye 10 kilo ceki atmaq necedi?

Can ay bacı,istəyirsən gəl bizə,itirdiyin çəkiləri qaytar.Ay qız mən əksinə hər gün kökölirəm ey
ehtibar | 23 oktyabr 2014 08:36 | Status: Gümüş user | Şərh: 2 547
normal olmaq daha gozeldi
BULUT | 23 oktyabr 2014 08:19 | Status: Qonaq | Şərh: 0
gelin bize erim gile cox yox bir hefteye 10 kilo ceki atmaq necedi?
Gulyar Memmedova | 23 oktyabr 2014 02:06 | Status: Şərhçi | Şərh: 595
bu dukan pehrizini hec cure anlamiramde