Gözəllik / Arıqlama - pəhrizlər

Arıqlamaq üçün ultrasəs liposaksiyası - kavitasiya nədir?

Aynur_Qurbanqizi | 1-10-2013, 08:16
19 168 8


Arıqlamaq arzusunda olan milyonlarla kişi və qadınlar, qarın, bel və bud nahiyələrində nifrətoyadıcı qatlardan azad olmaq üçün hər cür riskə getməyə hazırdılar. Ən qoçaq və cəsarətli şəxslər liposaksiya prosedurasını götürmək üçün cərrah bıçağı altına düşməyə belə hazırdılar.

Liposaksiya nədir? Bu, cərrahiyyə əməliyyatı vasitəsi ilə, yəni kiçik kəsiklərlə piy toxumalarının yığılmasıdır.

Amma elm daima inkişaf etməkdədir! Artıq çəki və natamam fiqurla mübarizədə yeni, daha sadə və təhlükəsiz bir üsul meydana gəlmişdi. Hazırda fəaliyyət göstərən aparatlı Kabinetdə cavanlaşma və bədən fiqurunu korreksiya etmək üçün Siz ultrasəs liposaksiyasından keçə bilərsiniz.

Ultrasəs liposaksiyası – estetik təbabətdə 2006-cı ildən etibarən, qərb mütəxəssislərinin istifadəsində və gərəksiz piy yığıntıları ilə mübarizədə inqilabi bir metod sayılır. Prosedurun səmərələliyi, xeyli sayda klinik tədqiqatlarla və həmçinin, minlərcə həkim və pasiyentlərin təcrübələri ilə təsdiq olunmuşdur. US liposaksiyanın əsası, kavitasiya prosesinin iş prinsipindən ibarətdir.

Ultrasəs kavitasiya – piy yığıntılarının azaldılması proseduru sayılır, səmərəliliyinə görə cərrahiyyə üsulları ilə müqayisədə onu tez-tez əməliyyatsız liposaksiya da adlandırırlar.

Bu necə işləyir?


Liposaksiyanın mahiyyəti - kavitasiyanın təsiri ilə ultrasəs hərəkəti altında maye halına düşənə qədər piy toxumalarının parçalanmasından ibarətdir. Prosedura zamanı dəri örtüyü, birləşdirici və sümük toxumaları, kapilyarlar və digər orqanlar zədələnmirlər. Aşağıtezlikli ultrasəs təsiri ancaq piy yığıntılarının götürülməsi üçün vacib olan bədən nahiyələrinə istiqamətləndirilir.

Ultrasəs dalğaları piy toxumunda mikroboşluqlar və ya köpücüklər yaradir, bunlar da tədricən piy sellülozunu dağıdır. Dağılmış məhsulların 90% -i orqanizmdən limfa sistemi ilə, sonra isə qara ciyərlə xaric olunurlar, 10%-i isə qandövranı yatağı ilə absorbsiya olunurlar və orada triqliseridlər metabolizm nəticəsində qlükoza molekullarına çevrilirlər.


Ultrasəsli kavitasiya – ən mühüm suallar

Hal-hazırda internet cəmiyyəti arasında kifayət dərəcədə ultrasəs kavitasiya proseduruna dair ziddiyyətli məlumatlar meydana çıxmışdı.
Tibb mərkəzinin mütəxəssisləri bu mənbəələrə nizamlı məlumatlar çatdırmağa və geniş yayılan suallara cavab verməyə çalışırlar.

1.Ultrasəs kavitasiyasını hansı vaxtdan sonra yerinə yetirmək lazımdır?

Bəzi mənbəələrdə ultrasəs kavitasiya prosedurunun vaxtaşırı 1 gündən, 3 gündən, yaxud 14 gündən 1 dəfə yerinə yetirılməsi bildirilir. Variantlar çoxdur:

1.Bizim mərkəzinin mütəxəssisləri aparat istehsalçılarının zəmanətlərinə əsasən, ultrasəs kavitasiya prosedurunu bir qayda ilə 7-10 gündən 1 dəfə (bir zonaya) olaraq yerinə yetirirlər.

2.Ultrasəs kavitasiya prosedurunu iki zonaya bir seansda ( bir gündə) həyata keçirmək olar?

Bizim mərkəzinin mütəxəssisləri avadanlıqların texniki xüsusiyyətlərinə əsaslanaraq, ultrasəs kavitasiyasının təsir mexanizmini nəzərə alaraq (və orqanizmdən dağılmış məhsulların xaric olmasını) bir seansda iki zonanın işlənilməsini məsləhət görmürlər.

3.Bir zona hansı ölçüdə olur və zonanı düzgün neçə yoxlamaq olar?

Rahatlığınız üçün Biz sizə zonaların sxematik təşkilini təklif edirik:

Qarın nahiyəsi – bu nahiyədə ultrasəs kavitasiyasının icrasında yan tərəflər mükəmməl işlənilmir, işləniləcək əsas zona ön qarın divarıdır. Bu nahiyədə ultrasəs kavitasiyası, qayış/kəmər üstündə "sallanmış”qarın durumunda yerinə yetirilir, hamiləlikdən sonra isə (yalnız südvermə bitdikdən sonra) qarını effektli şəkildə bərk dartıb çəkir.

Yan tərəflər nahiyəsi - bu nahiyədə, ultrasəs kavitasiyasının icrasında qarın mükəmməl işlənilmir, əsas diqqət mərkəzi məhz, yan zonalarda olur. Bu nahiyənin işlənilməsi zamanı səmərəli şəkildə aparılan prosedurda "xilasedici dairə”də olduğu kimi, xüsusi olaraq bel hissə nəzərə çarpılır.

Budlar (qalife) - ultrasəs kavitasiyasının icrasında, bu nahiyə iri limfa və qan damarlarına malik olduğuna görə verilmış zonada budların daxili sətləri dərindən işlənilmir. Verilmiş zona işləndikcə budların həcmi kiçilir, sellyülitin təzahürü azalır, yaxud da, tamamilə yox olur, budun daxili səthi "bərk dartılır”, diz qapağı üzərində "sallanma”azalır.

Kürək – ultrasəs kavitasiya prosedurasının tətbiqi zamanı, bu nahiyələrdə elə problemlər vardı ki, məsəlçün, boyun nahiyəsində piy yığıntılarının böyüməsi, kürəkaltı nahiyələrdə olan dərialtı-piy birləşdirici toxumaların sallanması kimi problemlərdən xilas olmaq imkanı yaranir. Mütəxəssisin yürütdüyü mülahizəyə diqqət yetirdikdə bəlli olunur ki, verilmiş zonada US kavitasiya seansının aparılması zamanı, bütün kürək nahiyəsini (sürəkliyi dərialtı-piy birləşdirici toxumalarının sıxlıq və qalınlığından asılıdır) 20 dəqiqəyə qədər azaltmaq olur.

Çiyin - bu nahiyədə, ultrasəs kavitasiyasının icrası zamanı bazu onü
(dirsəklə pəncə arasındakı hissə) işlənilir, burada əsas üstünlük üz səthə verilir. Bazu onünün daxili səthi bu nahiyədə iri qan və limfa damarlarına malik olduğuna görə aktiv surətdə işlənilmir. Ultrasəs kavitasiya prosedurunun aparılması bazu önünün həcminin azaldılmasına, "sallanma"nın kiçilməsinə imkan verir. Çiyinlərdən kürəyə aparılan ultarsəs kavitasiya seanslarının növbə ilə bir-birini əvəz etməsi məqsədəuyğundur.

Sarğılar – bu zonada ultrasəs kavitasiya proseduru sarğıların həcminin kiçilməsinə, selyülitdən azad olmasına və sarğıların dartılıb çəkilməsinə kömək edir. Prosedurun tətbiq olunma rejimini həkim seçir və tez-tez bu zonada ultrasəs kavitasiya prosedurunun RF-liftinq proseduru ilə əvəz olunmasını tövsiyə edir.

Diqqət yetiririk
– bəlli zonalar təxminilikdir - son qərar ilk məsləhətləşmədə müştəri və həkim tərəfindən birgə qəbul olunur.
Çiyinlər, budlar,sarğılar, yan tərəflər – cüt nahiyələrdə prosedur bir seans ərzində sağ və sol tərəflərə tətbiq olunur.

4.Ultrasəs kavitasiya prosedurunun bir seansının vaxt müddəti nə qədərdir?

Ultrasəs kavitasiyasının sürəkliyi bir zonaya (ultrasəs kavitasiya cihazından və pasiyentin əsas göstəricilərindən asılı olaraq) 30dəq.-50dəq. qədərdir. Cüt nahiyələrə (çiyinlər, budlar,sarğılar, yan tərəflər) - müvafiq olaraq bir buda/sarğıya/çiyinə/yan tərəfə prosedur 15-25 dəqiqəyə tətbiq olunur.

5.Ultrasəs kavitasiya proseduru nə dərəcədə ağrılıdır?

Bu prodesur tamamilə ağrısızdır, pasiyent ən çox müaliçə tətbiq olunan nahiyədə manipulanın təzyiqindən narahatçılıq hiss edə bilər.

6.Davamlı təsir əldə etmək üçün neçə ultrasəs kavitasiya prosedurunun yerinə yetirilməsi zəruridir?

Xəstənin əsas göstəricilərindən və istədiyi nəticəni əldə etməyindən asılı olaraq prosedurun sayı və yerinə yetirilmə sxemi hər pasiyentə fərdi olaraq seçilir və bu prosedurların sayı 4-dən 10-a qədər olur. Ən münasıb kursun seçilməsi mütəxəssisin ilk qəbulunda götürülür.

7.Sürətlə "santimetlərin tərk olunması”nə zaman baş verir?

Qaydaya əsasən, ilk prosedurdan sonra həcmlərin xeyli dərəcədə azalması müşahidə olunmur, aydın effekt, adətən, ultrasəs kavitasiyasının ikinci prosedurundan sonra görünür. Pəhləvan bədənə malik olan insanlarda, kişilərdə, idmançılarda (hətta keçmiş) effekt bir qayda olaraq, ücüncü prosedurdan sonra yaranır.

Mütəxəssis ilk qəbulunda dərialtı-piy birləşdirici toxumaların durumunu, əzələ kütləsini və digər amilləri qiymətləndirir və prosedurdan sonra hansı aşkar nəticənin əldə ediləcəyini pasiyentə təxminılik verir.

Prosedurun büsbütün səmərəli olmasına baxmayaraq, kavitasiya bir sıra əks göstəricilərə malikdir:

yağ mübadiləsinin pozulması
qan dövranı sisteminin pozulması və immun sisteminin dağılması
uşaqlığın mioması
xroniki yoluxma xəstəlikləri
soyaya qarşı allergik reaksiya
xroniki böyrək və qaraciyər xəstəliyi
insulindən asılı şəkərli diabetin müvazinətləşdirilməmiş mərhələsi
müxtəlif növlü zədəli dəri örtüyünə malik olma
hamiləlik və laktasiya

Həmçinin, nisbi əks göstəricilər adlanılan siyahı mövcuddur ki, bunlar da mövcud olduqda prosedurdan imtina etmək lazımdır:

-təsirə məruz qala biləcək bir sahədə çapıqların, yara yerlərinin və tatuirovkaların olması

-implantların olması

-proseduraya ən azı 10 gün qalmış aspirin və ya qeyri-steroid iltihab əleyhinə olan dərmanların qəbulur.

ULTRASƏS LİPOSAKSİYASI 10 SEANS 200 MANAT!!!

Qeydiyyat üçün telefon 050 234 94 40

ESMERRi | 27 yanvar 2016 19:49 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Nagizade.Leyla
Mene ait deyil

Sitat: dılay
Sitat: Gulnare4
EHTIYYAC YOXDU
dılay | 20 yanvar 2016 18:21 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: Gulnare4
EHTIYYAC YOXDU
Nagizade.Leyla | 23 iyun 2015 22:30 | Status: VİP user | Şərh: 1 321
Mene ait deyil
Nergiz love | 20 aprel 2015 01:02 | Status: Professional user | Şərh: 7 871
Men gederdim
Miraj | 31 yanvar 2015 20:09 | Status: Professional user | Şərh: 2 625
mene lazim deyilki hi hihi
N....N92 | 28 sentyabr 2014 13:22 | Status: Professional user | Şərh: 4 351
Sitat: Gulnare4
EHTIYYAC YOXDU
Gulnare4 | 17 noyabr 2013 15:43 | Status: Gümüş user | Şərh: 1 255
EHTIYYAC YOXDU
Aynur89 | 16 noyabr 2013 20:20 | Status: Qonaq | Şərh: 0
kavitasiya paketi neceyedi?

kavitasiya paketi neceyedi?