Gözəllik / Arıqlama - pəhrizlər

Murad Dadaşov və Qənirə Paşayeva necə arıqladılar?

Aynur_Qurbanqizi | 15-09-2013, 22:06
49 860 33


"Uşaqlığından artıq çəkidən əziyyət çəkən 19 yaşlı qız əməliyyatdan sonra iflic olub.Artıq çəkidən xilas olmaq üçün mədəsini balacalaşdırmaq üçün girdiyi əməliyyatdan sonra hərəkət etmək qabiliyyətini itirib.Yanlış əməliyyatdan sonra uzun müddət yemək yeməyən, 41 gün su içməyən qızın yemək borusu bağlanıb.Vitaminsiz və oksigensiz qaldığına görə, beyin hüceyrələri ölüb”.Hadisə Türkiyənin Antalya vilayətində yaşayan 177 kiloqramlıq Mələr İgidin başına gəlib.

Son illərin ən dəbli əməliyyatlarından olan mədə kiçiltmək ölkəmizdə də geniş yayılıb.Qısa zamanda arıqlamaq istəyənlər, uzun müddətli dietalardan bezənlər son çarəni əməliyyatda görür.Təkcə sadə insanlar yox, aktyor, aktrisalar, siyasətçilər və bir çox tanınmışlar arıqlamaq üçün bu yola əl atırlar.Amma göründüyü kimi bu əməliyyat heç də həmişə uğurlu nəticələnmir.Üstəlik bu qısa zamanda üzə çıxan problemdir.Publika.Az-ın "Qırmızı xətt” layihəsində bu dəfə ən dəbli arıqlama üsullardan biri olan mədə kiçiltmə əməliyyatları, onun nəticələrini araşdıracağıq.


Köklükdən əziyyət çəkənlərin sayı ildən-ilə artır. Azərbaycanda 60%-ə yaxın əhali artıq çəkidən əziyyət çəkir.İnsanlar arasında artıq çəki 35,8 faiz, piylənmə isə 21,9 faiz təşkil edir. 15 yaşdan yuxarı insanlar arasında aparılmış araşdırmaya əsasən, Amerikada əhalinin 33.8, Meksikada 30, Avstraliyada 24.6, Kanadada 24.2%-i piylənmədən əziyyət çəkir. Piylənmənin ən az olduğu ölkələr isə 3.8%-lə Koreya, 3.9%-lə Yaponiya, 8.1%-lə isə isveçrədir. Qonşu Türkiyədə də vəziyyət ürəkaçan deyil. Bu ölkədə  15 yaşdan yuxarı əhalinin 17%-nin piylənmə problemi var. 15 yaşa qədər isə bu 5 faiz təşkil edir.

Əvvəlcə əməliyyat haqda qısa məlumat
 
Tibbi adı bariyatrik olan əməliyyat sizə artıq çəkilərinizdən qısa zamanda azad edəcək. Bu əməliyyatın müxtəlif növləri tətbiq edilir. Mədəni kiçildərək  qısa zamanda doymaq hissi yaradılır. Bağırsaqlar kəsilərək yeyilən maddələrin bir qisminin bədənə sorulmasına maneə olur.
Mədəni kiçiltmək üçün tətbiq edilən əməliyyatlarda  mədənin üst hissəsi silikondan hazırlanmış qandal vurulur. Beləliklə yemək borusu ilə mədənin arxasında yeni kiçik bir mədə yaradılır. Çox az qida ilə bu hissə qısa zamanda doyur və özünün tox hiss edir. Əməliyyatdan sonrakı həftə və aylarda kiçik bir iynə ilə qandalı bir az daha şişirdib ya da boşaldaraq xəstə üçün ən yaxşı forma tapılır.

Mədəni kiçildən başqa bir əməliyyat onun3/4 hissəsinin kəsilib çıxarılmasıdır.Qalan hissə tikilir və yerində kiçik bir mədə qalır. Amma bu əməliyyat nəticəsində yaranan qanama nəticəsində mikrob nəticəsində bağırsaq  yırtıla, yaxud tıxana bilər. Problem ortaya çıxan hər 10 xəstədən 1və ya 2-də yenidən əməliyyat vacib ola bilər. Arıqlamaq əməliyyatından sonra öddə daş yaranması asanlaşır.Bağırsaqları kəsilərək əməliyyat edilən hər 3 xəstədən birində vitamin və mineralların normal sorulmaması müşahidə olunur.Bu da özü ilə sümük əriməsi, qansızlıq kimi problemlər yaradır. Eyni zamanda əvvəldə müşahidə edilməyən ürək xəstəliklərinə səbəb ola bilər. Ağciyərdə problemlər , nəfəs almada problemlər yarada bilər. Qarın içi qanamalar, qarında köplük kimi problemlərə səbəb ola bilər.

Bu, təhlükəli əməliyyatdır

Plastik əməliyyat aparan həkim Vaqif Qələndərli piylənmənin qarşısını almaq, artıq çəkidən azad olmq üçün plastic  cərrahiyədə müxtəlif üsulları olduğunu dedi.
"Onlardan biri dermolipektomiya əməliyyatıdır ki, bu zaman qarında, süd vəzləri və baldır nayihəsində piylərin kəsilib götürülür. Liposakşınzamanı  xüsusi dərmanlar vurularaq piylərin xüsusi aparatla çəkilir.   Mədənin kəsilməsi, yaxud qandal vurulması çox yeyən, nəfslərinə hakim ola bilməyən insanlara tətbiq edilir.Bu zaman mədəyə xüsusi şar qoyulur, bunun la da mədənin  həcmi kiçilir və insan daha az yemək yeyir.Lakin bu təhlükəli əməliyyatdır. Çünki həm o şar partlaya bilər, həmçinin də insanlarda diskomfort hissi yaradır.
Əməliyyatdan sonra 1 həftə 10 gün insanlarda öyümə olur.Amma bu cür əməliyyatlar bizdə aparılmır.Mədə çikiltmə əməliyyatındansa, düzgün qidalanmaya fikir vermələrini məsləhət görərdik”.

Onun sözlərinə görə, son vaxtlar əməliyyatla  artıq çəkidən azad olmaq istəyənlərin sayı xeyli artıb.Elə insanlar var ki, normal qidalanıb, hərəkətli olsa da, bədəninin müxtəlif hissələrində piy toxumaları sallanır, bunları əməliyyat edib, piy və dərini kəsib götürürük.

"Xüsusən də, qarın dərisinin,  bud, bel hissələrdə piylərin sallanmalar olanlar müraciət edir.  Artıq piylər ostroxandoz, bel ağrıların, discomfort hissi yaradır. Əməliyytadan sonra isə bu problemlər aradan qaldırılır. Amma xəstələrin çoxu mədə kəsdirilməsinə razı olmurlar.Onlar  biləndə ki, əməliyyatdan sonra öyümə, qusma halları olacaq, bu cür  əməliyyata getmək istəmir.  Bəzən yerləşdirilən balonu geri çıxartmalı oluruq.Plastik cərrahlar bu cür əməliyyatları məsləhət görmürlər”.
Cərrahın sözlərinə görə, əməliyyatdan sonra əvvəlki çəkinin qaytarılması şansı az olur. Əməliyyatla yanaşı pəhriz yeməklər yeyərək, fiziki hərəkətə çox yer ayıraraq çəkilərini saxlaya bilərlər.Əməliyyat üçün yaş məhdudiyyəti yoxdur, xəstənin sağlamlığı yoxlanmalıdır.Kardioloji problemləri, şəkər xəstəliyi olanlara razılıq verilmir.Onun sözlərinə görə, təxminən 80%-ni qadınlar təşkil edirlər.

"Nəfslərinə hakim olsunlar”

"Nərgiz” klinikasının dietoloqu Aygün Əlibəyovanın sözlərinə görə, insanlar əməliyyat yox, nəfslərinə hakim olaraq arıqlamağa çalışmalıdırlar.

"Bir qisim insanlar yeməkdən, başqa bir qisim isə xəstəliklər səbəbindən kökəlirlər.Pəhrizdən əvvəl hər kəs kökəlmənin əsl səbəbini müəyyən etməli, qan analizi verməlidir.Heç nə yemədən dieta saxlamaq və mono dietalar insanlara daha çox zərər vurur.İnsanlar anlamalıdırlar ki, qısa zamanda çox arıqlamaq düzgün deyil.

İlk növbədə bu insanda ümumi zəiflik yaradır, immunitet düşür, bu da onkoloji xəstəliklərə belə yol aça bilir.Həftədə 1.5-2 kiloqram arıqlamaq sağlam arıqlamaq hesab olunur.Bundan artığı məsləhət deyil.Bir həftədə 7-8 kiloqram arıqlayanda piy yox, əzələ kütləsi, züllallar yanır, suyu gedir. Dietdən sonra  həmin insanlar əvvəlkindən daha çox kökəlir”.

Dietoloq mədənin əməliyyatla kiçildilməsinin tərəfdarı olmadığını dedi: "Arıqlamaq istəyənlər az-az tez-tez yeməlidirlər.yeməkdən yarım saat əvvəl bir konfetin ¼-ni yeyərək, qanda şəkəri bərpa edərək, qısa zamanda doya bilərlər.200 kilodan çox olanlar üçün təkcə dietayla arıqlamaq çətindir.140 kiloqrama qədər insanlar isə dieta və idmanla arıqlaya bilərlər.Dietdən sonra hər şey yeyə bilərlər, lakin normasında.Onsuz da dietdən sonra mədə kiçilir insan çox şey yemək istəmir”.

"Əməliyyata gedərəm”

Yazının əvvəlində də dediyimiz kimi bir çox tanınmış insanlar, siyasətçilər, aktyorlar da arıqlamaq üçün müxtəlif üsullara əl atırlar.Onların hansı üsulla arıqladığı isə cəmiyyətdə hər zman maraqlı olub.Bəs onlar əməliyyatla arıqlamaq barədə nə düşünürlər?

Son günlər 27 kiloqram arıqlaması ilə gündəndə olan şoumen Murad Dadaşovdan  hansı üsuldan istifadə etdiyini öyrəndik: "Müalicə, müayinə, həkim əməliyyatları müəyyən qədər arıqlaya bildim.Hələ ki, son nəticəyə gəlib çıxmadığıma görə, üsulu tam açıqlamıram”.

M.Dadaşov əməliyyatla arıqlamaq üçün  mədəni kəsdirmək məsələsinə də münasibət bildirdi: "Bəzən insanın çəkisi elə bir həddə olur ki, heç bir üsulla çəki atmaq mümkün olmur.Bu zaman əməliyyata gedilir.Amma bu əməliyyat həkim nəzarəti və məsləhəti ilə olmalıdır. Elə adam var ki, kök olsa da, onun indeksləri əməliyyata uyğun olmur. Amma mən həkim məsləhəti ilə müəyyən müalicə keçmişəm, sonra pəhriz, idman, sonda bu nəticəyə gəlib çıxmışam.

Bəzən çəki elə həddə olur ki, onunla yaşamaq, əməliyyatdan daha təhlükəli olur.Bu əməliyyat mənə kömək edəcəksə, ehtiyac olarsa edərəm.

Sağlam həyat sürmək istəyirəm.Bunun üçün mənə əməliyyat məsləhət görülə bilər.Amma bir tərəfdən də əməliyyat cana təsir edir. Kifayət qədər sağlam insan əməliyyat olunmaz. Pəhriz və digər vasitələr kömək olmursa, bəzən elə an gəlir ki, insan iradəsinə sahib ola bilmirsə, o zaman əməliyyat qaçılmaz olur”.

Ən yaxşı üsull hansıdır?

Millət vəkili Qənirə Paşayeva da arıqlamaq üçün hansı üsuldan istifadə etdiyini bizimlə bölüşdü: "Tibb universitetini bitirdiyim üçün bu məsələlərə daha çox həssas yanaşıram. 2 il ərzində həm  normal, həm də vaxtında qidalanaraq, eyni zamanda idman edərək arıqladım.Xüsusi dietoloqa müraciət etməmişəm.Tanıdığım dostlarım qidalanma ilə bağlı xüsusi mütəxəssislərə müraciət ediblər.Onlar da daha yaxşı nəticə əldə ediblər.

Hər insan istəsə arıqlaya bilər.Bunun üçün qidalanmaya və rejimə fikir vermək lazımdır. Idmana diqqət ayrılsa, gün ərzində müəyyən saatlarda hərəkət edilsə,  təkcə arıqlamazlar, həm sağlamlıqları üçün ciddi nəticələr əldə edərlər.Bizdə axşam yeməklərinə daha çox önəm verilir.Lakin axşam yemək çox zərərlidir.Bu zərərli vərdişdən xilas olmaq lazımdır”.

Millət vəkili əməliyyatla arıqlamaq məsələsinə də münasibət bidirdi:"Əməliyyatla arıqlamaq istəyənlərin fikirlərinə hörmətlə yanaşıram.  Hər kəsin öz seçimi var. Amma tibbi əməliyyatla, yaxud dərman pereparatları  iləarıqlamağı doğru saymıram. Insanlar qidalarmalarına  və onun rejiminə diqqət etmədikdə, günün müəyyən saatında idmanla məşğul olmadıqda  qısa müddət sonra yenidən həmin  çəkini əldə edəcəklər”.

Fikirlərdən ümumi nəticəyə gəlmək olar ki, istər əməliyyat, istərsə də dietayla arıqlamaq istəyənlər ilk növbədə sağlamlıqlarını düşünməlidir. Əks halda gözəl görünmək istəyərkən, sağlamlığınızı da itirə, ömür boyu yataq xəstəsi ola bilərsiniz. Mədə kəsdirmək, içinə şar qoydurmaqdansa, nəfsimizə hakim olaq.


B.Fereh | 13 mart 2016 20:52 | Status: Nəzarətçi | Şərh: 6 975
Ariqlamaq olar,ancaq Qenire kimi xesteye oxwamaq neye lazimdi.Bu insanlar gorurki ariqliq onlara yarawmir,niye azca kokelmirler?
ESMERRi | 28 noyabr 2015 23:45 | Status: Brilliant user | Şərh: 5 378
[center][/center][/colordehşət arıqlayıb qenirə]

]dehşət arıqlayıb]
dılay | 17 noyabr 2015 23:42 | Status: Brilliant user | Şərh: 8 183
TeweKurLer
Kaderim | 15 sentyabr 2015 14:12 | Status: Qonaq | Şərh: 0
Men de ariqlamaq isdiyirem
Nagizade.Leyla | 23 iyun 2015 22:31 | Status: VİP user | Şərh: 1 321
Mende kokelmek isteyirem
Nergiz love | 20 mart 2015 01:23 | Status: Professional user | Şərh: 7 871
Men kokelmek istirem...
Miraj | 1 fevral 2015 11:51 | Status: Professional user | Şərh: 2 625
qenire cox ariqliyib dehset
SABINA | 16 yanvar 2015 00:55 | Status: Professional user | Şərh: 7 410
ikisinide gormusem.Qenire xanim coox ariqdi.muradsa ariqladim desede boyu cekisi standartlara uygun deyil
Miraj | 3 noyabr 2014 15:40 | Status: Professional user | Şərh: 2 625
Sitat: melodim
Mence Qenire xanimin ariqlamagi nese ciddi xestelikle bagli olub........Ama ariqliq yarasmayib.
Sitat: KoNkReT
murat dadasovun ariqlamiw wekli hanii? wassat
melodim | 8 fevral 2014 22:29 | Status: Şərhçi | Şərh: 200
Mence Qenire xanimin ariqlamagi nese ciddi xestelikle bagli olub........Ama ariqliq yarasmayib.
nuray2007 | 1 fevral 2014 10:12 | Status: Şərhçi | Şərh: 420
halal olsun qenireye
ŞokaLaTovA PeÇeNyA. | 22 dekabr 2013 09:41 | Status: Gümüş user | Şərh: 2 059
Qenire xanim ariqlamiyib ee sumukleri cixib uje ))
Nur | 30 noyabr 2013 08:28 | Status: Professional user | Şərh: 3 988
Qenire xanima ariqliq hecc yarasmirr,evvel daha gozel gorsenirdi
KoNkReT | 24 oktyabr 2013 17:42 | Status: Gümüş user | Şərh: 951
murat dadasovun ariqlamiw wekli hanii? wassat
jasmin7 | 23 oktyabr 2013 21:43 | Status: VİP user | Şərh: 745
XEBERE GORE TEWEKKURLER
Qaracaqiz | 18 sentyabr 2013 16:57 | Status: VİP user | Şərh: 1 882
Hami ariqlama can atir amma men kokelmek isteyirem amma alin
mir.Allah o koklerin etinden bir azada mene versin 23_18 Onu biliremki ne cox kok nede cox ariq olmaq insana yarasmir, en yaxsisi normal cekidir

Bezi adamlar ariqlamaqa calisir amma men kokelmeye calisiram amma istediyim neticeni elde eded bilmirem.Ariqlamaq ucun en yaxsi usul hefsine sahib olmaqi bacarmaqdir.Hekime, cerraha muraciet etmekdense az yemek, cox hereket etmek lazimdir.En yaxsisi ne cox kok olmaq nede cox ariq olmaqdir normal cekin oldusa besindir.
Nigar | 18 sentyabr 2013 16:01 | Status: Gümüş user | Şərh: 6 063
xebere gore tewekkurler
Just me | 17 sentyabr 2013 20:02 | Status: Professional user | Şərh: 1 296
raziyam
Sitat: Damla
ister ariqlayib taxtaya donsunler ister kokelib daga ozleri biler...
ayruska | 16 sentyabr 2013 20:52 | Status: Professional user | Şərh: 3 978
Sitat: Gunel
Qenireye ariqlamagi yarashdirmadim.Beledeki ozleri bilerler oz bedenlerididee))

tam raziyam bacim senle evvelki gornusu daha yaxsidir
Gunel | 16 sentyabr 2013 14:21 | Status: Professional user | Şərh: 4 087
Qenireye ariqlamagi yarashdirmadim.Beledeki ozleri bilerler oz bedenlerididee))
Lumia | 16 sentyabr 2013 14:07 | Status: Professional user | Şərh: 5 378
Duzgun qidalanmaq,mutamadi idmanla mesgul olmaq en yaxsi vasitedir ariqlamaq ucun.Yoxsa bizimkiler ne geldi yeyirler,ustunden de su icirler,eyilib qalxmaga bele erinirler maddeler mubadilesi pozulur orqanizmin,kokelme gedir,sonra da deyirler vay kokeldim ariqlaya bilmirem,gedim piyimi soydurum,medemi kicildim.Sonra da elli dene fesadlar yaranir.
Damla | 16 sentyabr 2013 13:38 | Status: Brilliant user | Şərh: 7 177
ister ariqlayib taxtaya donsunler ister kokelib daga ozleri biler...
Leyla. | 16 sentyabr 2013 13:12 | Status: Professional user | Şərh: 2 597
Sitat: Qanad
Qenire xanim bir az kokelse yaxsi olar.Bu cur ariqlamaq ona yarasmir.

Duzdu biraz kokelse daha gozel goruner...
Inci deniz | 16 sentyabr 2013 11:20 | Status: Yazar | Şərh: 2 379
Qenire xanim evveller daha qesengiydi.Amma Murad ariqlasa yaxsidi
Qanad | 16 sentyabr 2013 09:17 | Status: Yazar | Şərh: 4 357
Qenire xanim bir az kokelse yaxsi olar.Bu cur ariqlamaq ona yarasmir.
NURLU | 16 sentyabr 2013 07:57 | Status: Professional user | Şərh: 5 552
sadece her seye irade lazimdi.dieta ile cox insan taniyiram ariqlayib
rosee | 16 sentyabr 2013 02:18 | Status: Professional user | Şərh: 1 850
qenire medesini kicildim idmanla o bu qeder ariqlaya bilmezdi nede dieta ile
zelala | 15 sentyabr 2013 23:17 | Status: Şərhçi | Şərh: 224
mede kiciltme yolu ile yashi hardasa 50 yashli ve cox kok bir xanimitaniyiram ki,ariqliyib..ozude tibbde ishleyen,tedricen ariqladi..tez-tez ve az az yeyir..burda avropada da ,mede kiciltme cox populyardi..mence bele cox ziyanli olsaydi,bu qeder geden olmazdi..menim shexsen etrafimdan burda cox Adam gedib

elede yaziblar ki,sirrlerni acacaqlar..dedim yeqin neise,qeyri-adi,teferruatli deyecekler..yene shablon,yalanci sozder..Idman ne bilim az..bosh sohbet..Qenire x,valah birden ariqladi ele bil..onun tedricen ariqlamaqi yadimda deyil..qefilden skelete oxshayan sheklini gordum..Muradi ise hele gormemishem
ayka 51210 | 15 sentyabr 2013 23:12 | Status: Şərhçi | Şərh: 229
Sitat: sebiw21
Tebii yolla ariqlamaq daha tehlukesizdir,insan nefsine hakim olsa ariqlayar...

dilde demek asandir.