Gözəllik / Arıqlama - pəhrizlər

Bakıda qadınları necə və neçəyə arıqladırlar? (Araşdırma)

Aynur_Qurbanqizi | 25-04-2011, 19:21
14 233 66


Bakıda qadınları necə və neçəyə arıqladırlar? (Araşdırma)

 


 

Gözəllik ondur, doqquzu… arıqlamaq

 
Yay yaxınlaşmaqdadırsa, bu, həm də qadınların diyetə başlaması deməkdir. Qış boyunca yığılan, yayda isə daha çox diqqət çəkən artıq çəkidən qurtulmaq üçün dünyanın əksər ölkələrində min cür xidmət növü fəaliyyət göstərir. Bəs Azərbaycanda necədir? Bizim qadınların arıqlama arzusu ancaq ac qalmaq, internetdən köçürdüyü diyet formulu (sınaqdan uğurla çıxdığına təminat verilməsə də) hesabına başa gəlir?

Milli.Az xəbər portalı Bakıdakı fitness klublar, idman zalları, eləcə də mütəxəssislər arasında bir reyd keçirib, bu sahədəki vəziyyəti araşdırdı. Açığı, bu araşdırmaya qədər elə bilirdim ki, xarici ölkələrdən hər şeyi dərhal "copy" edən azəri iş adamları artıq çəkidən əziyyət çəkən qadınlarımız üçün də müxtəlif seçimlər tətbiq edir. Amma qeyri-professionallıq, səriştəsizlik, "3-ü birində, əslindəsə heç nə" tipli xidmətlər ilk baxışda bu sahənin də mənzərəsini ortaya qoydu.


Bahalı fitness klublar, idman zalları, yoxsa həblər?


Öncə ondan başlayaq ki, əhali arasında arıqlama ilə bağlı böyük məlumatsızlıq var. Qadınlar ən bahalı fitness klublara, ya da idman zallarına getməklə bu arzularını gerçəkləşdirəcəklərini düşünür. Və ya apteklərdə təklif olunan, televiziyada reklamı gedən həblər, biloloji-aktiv maddələrin köməyindən istifadə edir. “Sibel Can formulu”, “Nazpəri düsturu”.... deyib, məşhurların elan etdikləri dieta formulları da öz yerində. Baxmayaraq ki, dünyanın ən məşhur dietoloqları da səhər-axşam bar-bar bağırırlar ki, əslində hər orqanizm spesifik olduğu üçün onun üçün tətbiq olunacaq dieta formulu da spesifik olmalıdır. Yəni, həkim nəzarətindən keçmədən, qan, təzyiq, şəkər analizləri vermədən hansı dieta formulasının insana uyğun gəldiyini bilmək olmaz. Bundan başqa, eyni vaxtda həm ac alıb, həm aktiv idmanla məşğul olanlarda az-çox nəticə görünür. Yəni, sərt, alman dietası ilə 5-6 kilodan qurtulan elə eyni sürətlə də o kiloları geri alır.

Xatırladaq ki, bu sayaq həblərin tərkibində mərkəzi sinir sinir sisteminə, baş beyinə təsir edən maddələr var və onlar birbaşa maddələr mübadiləsini pozur. Bəzi hallarda bunlar pasienti depressiv vəziyyətə də gətirib çıxarır. Məhz həmin səbəbdən bir çox inkişaf etmiş ölkələrdə onların istifadəsi isə ümumiyyətlə qadağan edilib.


Piy götürməklə.... arıqlamaq olmaz


Araşdırmamız zamanı bəzi gözəllik salonlarında (ad çəkib, reklam və antireklam etmək istəmədik -A) bir-iki seansla arıqlama təminatı verdiklərinin şahidi olduq. Maraqlıdır ki, əslində bu arıqlama vədi bədənin konkret nahiyələrində piylərin götürülməsi yolu ilə edilir. Əksər gözəllik salonlarında LPC deyilən müxtəlif cür aparatlar var. Bu aparatlar dərinin üstündən sürtülür, amma dəri altından birbaşa piylərə yox, onun üstünə nüfuz edir. Həkimlər hesab edir ki, bu üsulla arıqlama da əslində çox ziyanlıdır. Çünki dəri üstündən aparatla təsir edəndə dərialtında olan 3 komponent-fibrinogen, kollagen, elasten sıxlaşır. Bunun hesabına incəlmə gedir. Halbuki piy dərialtı təbəqədə qalır, getmir.

Mütəxəssislər onu da bildirir ki, əslində burada söhbət piyin əriməsindən yox, dərialtı təbəqənin preslənməsindən gedir. Və bu preslənmə qısa müddət sonra öz sözünü deyir. Yəni, bir-birinə bitişmiş 3 komponent-fibrinogen, kollagen, elasten aralanmağa başlayır. Bədən yenidən köhnə şişmiş formaya qayıdır. Kilonun getməsi, arıqlama üçün piyin özünə təsir etmək lazımdır. Xatırladaq ki, əksər gözəllik salonlarında və fitness klublarda daha çox bu arıqlama metoduna üstünlük verilir. Nəticədə isə qadınlar qısa müddət aldadıcı arıqlıq hissi ilə yaşayır. Ardınca.... xoş gəldin, yeni kilolar....

İynəbatırma müasir qadınların seçiminə çevrilib

Araşdırma zamanı bir qədər bahalı və az sayda olan fitness klublarda iynəbatırma, yəni akupunktura ilə arıqlama metodunun da tətbiq olunduğunu öyrəndik. Bu mərkəzlər daha çox Türkiyədə kurs keçmiş və ya türkiyəli mütəxəssisin rəhbərliyi ilə fəaliyyət göstərən klublardır. Onlarla maraqlandıqda isə məlum olur ki, bu arıqlama metodu Çin təbabətinə, akupunkturaya, iynəbatırmaya əsaslanır. Arıqlama proqramında blasterli qulaq iynələrindən və qızıl suyuna salınmış gümüş iynələrdən istifadə olunur. Bu iynələrlə bədənin müxtəlif nöqtələrindən iştah mərkəzlərinə, doyma mərkəzlərinə təsir edilir. 5 gündən bir keçirilən seanslarda xüsusi qulaq iynələri qulağa yapışdırılır. Pasient evinə, işinə-gücünə gedə bilər. 3 aylıq proqramda vaxtın uzanması xəstədə metobolik proseslərin bərpa olunmasından asılıdır. Çəkisi 100 kilodan çox olanlar 4-5 ay seansa gələ bilər.


"İdman etməyin, idman bədən piylərini sərtləşdirir"


Daha bir üsul isə təbii ki, estetik cərrahiyyədir. Artıq Azərbaycanda qadınların daha intensiv olaraq, bu xidmətə müraciət etmələri də statistikadan bəllidir. Qadınlar daha tez və əziyyətsiz üsul kimi, əməliyyat vasitəsilə piylərdən, artıq çəkidən qurtulmanı tərcih etməyə başlayıblar. Estetik cərrahiyyənin bu növü isə işin masştabından asılı olaraq, fərqli tariflərlə təqdim olunur. Amma həkimlər hesab edir ki, estetik cərrahiyyə də insanın özünü aldatması deməkdir. Neyçün ki, əməliyyatla alınan kilolar da tezliklə geri qayıdır. Müraciət etdiyimiz sağlamlıq mərkəzlərindən birində isə bizə arıqlama proqramında idman tətbiq olunmadığı söylənildi. Belə ki, mərkəz nümayəndəsi iddia etdi ki, arıqlamaq istəyənlər idmanla bədənin piylərini sərtləşdirirlər. Nəticədə isə əzələ kütləsi artır. Əzələlər böyüdükcə piylər əzələ kütləsinin arasına keçir. Sərtləşmiş piylərinsə bədəndən çıxması çətinləşir: ”Biz xəstəni idmandan tamamilə azad edirik. Yalnız gəzməyi, yeriməyi ciddi tövsiyə edirik”.

Su için!

Sözügedən mərkəzdə xəstələrə xüsusi qidalanma proqramı da verilir. Gündə 5 dəfə nə qədər və nə yeyəcəkləri qrafikdə bildirilir. Bundan başqa, elə həmin mərkəzin dieta mütəxəssisləri xəstələrə bol miqdarda qaynanmış su içməyi tövsiyyə edirlər. Formula belədir: bədənimizin su ilə yuyulması kimi içimizin də yuyulması su ilə olmalıdır. Su xolesterolu, şlakları təmizləyir. Gündə 2 litr su içmək lazımdır. Pasientin ərimiş, dağılmış yağları, piyləri sidiklə və bağırsaqlarla bədəndən xaric olunur.

Mərkəz var, pasiyent gözə dəymir

Hansı mərkəzin nə kimi nəticə əldə etməsi isə düzü qaranlıq qalan məqamlardan idi. Çünki müraciət etdiklərimizdə pasient görə bilmədik. Mərkəz rəhbərləri isə bunu pasiyentlərin pərakəndə qrafiki, habelə məxfilik istəyi ilə əlaqələndirdilər. Bu arada qeyd edək ki, bu sayaq mərkəzlərdə seans məbləği də tamamilə fərqlidir. Bu, tətbiq olunan proqramın tərkibindən birbaşa asılıdır. Amma seans qiymətləri 30-70 manat civarında dəyişirdi.

Bəs qiymətlər
?

Formada olmaq hər kəsin arzusudur, amma çox zaman insanın cibinə bağlı olur. Arıqlama prosedurları neçəyə başa gəlir?

- Estetik cərrahiyyə (liposaksiya) – əksər klinikalarda cəmi bir nahiyənin liposaksiyası 350 manatdan başlayır.

- Akupunktu ilə arıqlama. Hər seansı 30-35 manat arasında dəyişir. Tutaq ki, 8 kilo artıq çəkisi olan şəxs 10 seansa gəlməlidir. Bu halda endirim də edilir. 200-220 manata 8 kilodan qurtulmaq mümkündür.

- LPC aparatla arıqlama vəd edən sağlamlıq mərkəzlərində də hər seans üçün 15-20 manat tələb olunur. Bu işi professional həkimlərin etdiyi deyilsə də, bəzən naşılar iş görür. 

- Masajla arıqlatma. Konkret nahiyələr üzrə əllə masaj hərəkətləri tətbiq edilir. Bir seans üçün 50 manat ödənilməlidir. Nəticəyə nail olmaq üçün ən azı 8 seans keçmək lazım olduğunu dedilər. 

Pəhriz-məhriz boş şeydi?


Britaniyalı mütəxəssis, professor Kris Haukey hesab edir ki, heç bir pəhrizin faydası yoxdur. Professor pəhriz saxlamaqdansa, yeməklərə diqqət etməyi, sağlamlıq üçün faydalı qidalar qəbul etməyi məsləhət görür. Onun fikrincə, hər bir insan yeməyinin miqdarına diqqət etməlidir. Lids Universitetinin professoru Andrey Hill ise insanların sürətli və asan arıqlamaq üçün yollar axtardığını, bu yolların az olduğunu deyib. O, insanların çəkisinin artdıqca çəki verməsinin daha da çətinləşdiyini vurğulayıb.

Son olaraq.... Gözəllik ondur, doqquzu... isə deyəsən arıqlamaqdır.
21-ci əsr qadınlarının gözəllik anlayışı arasında 90/60/90 ölçülərinə kodlanıb. Amma bütün hallarda yuxarıda yazdığımız üsullardan, mərkəzlərin xidmətlərindən.... istifadə edib də, hüsrana uğramaq mümkündür. Ona görə də diqqətli olun. Öncə həkim məsləhəti, sonra dieta...

 

Mənbə


ESMERRi | 7 aprel 2016 17:34 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: pirenses
Sitat: Nergiz love
cox maraqli oldu
pirenses | 2 aprel 2014 14:00 | Status: VİP user | Şərh: 1 397
Sitat: Nergiz love
cox maraqli oldu

Nergiz love | 29 mart 2014 02:05 | Status: Professional user | Şərh: 7 871
cox maraqli oldu
ay gunes | 20 oktyabr 2013 01:14 | Status: VİP user | Şərh: 916
sukur ehtiyacimda yoxdu .twk
Mickey Mouse | 14 iyul 2013 13:30 | Status: Professional user | Şərh: 4 008
Hmm maraqlidir...
azeri_oglu | 29 sentyabr 2012 21:41 | Status: Gümüş user | Şərh: 2 243
agli yoxdu elepul verenin
life82 | 28 avqust 2012 10:39 | Status: Gümüş user | Şərh: 985
QRECKA XEYIR ETMESE BAXAQ GOREK NEYLEYEEK? :n49:
TATLI GUZEL | 20 iyul 2012 10:45 | Status: Professional user | Şərh: 5 781
uydaaaa