Gözəllik / Üz dərisinə qulluq

Sızanaqdan necə xilas olum?

jolie_90 | 19-04-2011, 13:00
23 138 90

 

Sızanaqdan necə xilas olum?
Bir çox qadınlar sızanaqlardan bir xeyli narahatdırlar. Əslində bu çətinlik yalnız qadınlara aid deyil. Dərhal hər kəs sızanaqlarla, civzələrlə mübarizə etmişdir ya da edir. Budur bu yazı hələ mucadilə edənlər üçün. Sızanaqdan necə xilas olaram, sızanaq maskaları nələrdir kimi suallara cavab axtarırsınızsa doğru yazını oxuyursunuz.

Əvvəl səhv bildiklərimizlə başlayaq!

Üzümü yaxşı yusam, sızanaq keçər?: Xeyr!
• Təmizlik əksikliyi ilə sızanaqların doğrudan əlaqəsi yoxdur. Əgər elə olsaydı üzünü hər gün yuyan birində sızanaq olmazdı. Ancaq yenə də üzü təmiz tutmaq mikroblardan uzaq oldugu üçün sızanaq müalicəsinə qatqısı vardır.
Stres sızanaq edər? Xeyr!
• Stresin təsir etmədiyi nadir şeylərin arasında sızanaq təsiri də vardır. Bəli stres bir çox şeyi edər amma sızanaq əsla.
Günəş işığı sızanaqlara yaxşı gəlir: Xeyr!
• Günəş işığı sızanaqları qurutmaz. Yalnız bədəniniz tündləşdiyi üçün daha az diqqət çəkər bu qədər. Bəlkə bir neçə sızanağı qurudar amma ardından mütləq yeniləri gələcəkdir. Sızanağın müalicəsi günəş deyil.

Sızanaqlarımı partladıram, beləcə sızanaqlar keçir: heçvaxt!
• Sızanaqlarınızı partlatmaqla üzünüzdə mikrobların yayılmasına səbəb olarsınız və hətta infeksiya keçsə ömür boyu getməyəçək yaralar meydana gələ bilər. Qara nöqtə deyə tanıdıqlarımızıda (komedonlar) sıxmamaq lazımdır.
Sızanaqlar yaş irəlilədikcə keçər: Tam olaraq deyil
• Sızanaqlar irəli yaş qrupunda daha az görülər. Ancaq sızanaqların müalicəsi böyümək deyil. Bəzi kəslərdə sızanaqların səbəb olduğu qalıcı yaralar vardır. Müalicə edilə biləcək bir xəstəliyi müalicəsiz buraxmamaq və qalıcı yara riskindən mümkün olduğu qədər tez xilas olmaq lazımdır.
Təbii maskaların istifadəsi, hazırlanışı.
• Təbii maskaların faydaları bir xeyli çoxdur; dərini nəmləndirər, təzələyər və kırışıklıkları aradan qaldırar. Dəri tipinizə uyğun olmayan maddələri ehtiva edən bir maska, dərinizə zərər verə bilər. Əgər dəriniz yağlı və siz də quru dərilər üçün maskalar istifadə edirsinizsə yaxında ciddi problemeriniz başlayacaq deməkdir. Bu səbəblə əvvəl dermatologa gedib dərinizi tanıyın.
Maskanı sürtmədən əvvəl nə etməm lazımdır?
• Maskanı sürtmədən əvvəl dərinizin təmiz oldugundan əmin olun, üzünüzü təmizləyin. Çünki çirkli dəriyə maskanı yedirə bilməzsiniz.
"Yaxşı maska əvvəli üzümüzü necə təmizləyərik?"
Bunun üçün pambığa təmizləmə südünü töküb əvvəl bütün dərinizi təmizləyin, sonra ilıq suyla yuyub təmiz bir dəsmalla tampon edərək (yeni dəsmal ilə sıyirmadan) qurulayın.
Üz maskalarını necə sürtməliyik?
• Maskanı göz və dodaq ətrafı xaric bütün üz və boyunuza qalın bir təbəqə halında sürtün. Maska reseplərindəki gözləmə müddətlərini eynilə tətbiq edin. Unutmayın maskaları çox gözləsəniz dərinizə zərər verə bilər, az gözləsəniz xeyiri olmaya bilər. Maskanı təmizləmək üçünsə ilıq suya batırılmış pambıqla dərinizi silib yuyun və təmiz dəsmal ilə üzünüzü sıyırmadan qurulayın.

Bunlarda sızanaq maskaları.

Üz üçün nəmləndirici maska
Vəsaitlər:
Yumurta sarısı,süd
Hazırlanışı:
Bir qabda yumurta sarısı və bir qaşıq südü qarışdırın. Bu qarışığı üzünüzə sürtün üzərini incə bir bezlə örtərək on beş dəqiqə gözləyin. Ardından kağız dəsmalla silərək təmizləyin. Daha sonra sırasıyla ilıq və soyuq suyla yüzünüzü yuyun. Nə işə yarayır: Quru və nəmsiz bir dəriniz varsa bu maska sizin üçün birə-bir. İçində olan yumurta sarısı dərinizi bəsləyərkən süd nəmləndirəcək yumşaqlıq verəcək və möhkəmləşdirəcək. Nə vaxt istifadə etməli:
Bu maskanı həftədə bir dəfə tətbiq etmək lazımdır

Qara nöqtələrin sonu gəlir.

Vəsaitlər:
Limon suyu ,qatıq
Hazırlanışı: Bir kasa qatığa bir limonun suyunu qarışdırın. Bu qarışığı gözlərinizə gəlməməsinə diqqət yetirərək yüzünüzə nəşr və 15 dəqiqə gözləyin. üzünüzdə quruyan maskanı ilıq suyla yuyun.
Nə işə yarayır:
Limon suyu dərini dezinfeksiya edər sızanaqları qurudar və qara nöqtələrin itməsinə köməkçi olar. Qatıq isə dərini bəsləyər nəmləndirər və yağ miqdarını tarazlıqlar.
Nə vaxt istifadə etməli:
Bu maska həftədə bir dəfə tətbiq oluna bilər.
Gil maskası.
 Gil dərini rahatlaşdırar, dərini yaxşılaşdırar və qurudar. Gil maskanın hazırlanması da son dərəcə sadə.
100 qram qədər gil(narın qum), bir miqdar limon suyu və gül suyu ilə yaxşıca qarışdırıldıqdan sonra üzə sürtülər. Yarım saat qədər gözləyib ilıq su ilə yuyular.
 Üz, əvvəl yaxşıca yuyular. Sonra krem sürtülüb 10 dəqiqə qədər masaj edilər. Daha sonra,6 stəkan suya 1 ovuc quru çobanyasdığı (ramaşka) qoyular. 10 dəqiqə kaynadıldıqdan sonra təmiz və incə bir tənzivdən (marladan) süzülür. Ilıqlaşdıqdan sonra kiçik və yumşaq bir dəsma batırıb üzə qoyulur. Soyuduqca dəyişdirilməlidir. Sonra təmiz bir pambıqla silinər.
 1 su stəkanı turş nar suyu ilə yarım su stəkanı sirkə qarışdırılar. Bu suya batırılan pambıqla, sızanaqların üzərinə kompres edilər.
 4 stəkan suya 2 yeməy qaşığı cökə qoyulur. 20 dəqiqə kaynadıldıqdan sonra təmiz və incə bir tənzivdən (marla) süzülər. Bu suya batırılan yumşaq bir dəsmal ilə sızanaqların üzərinə kompres etməy lazımdır.
 1 su stəkanı dolusu nüvəsiz kişmiş, yaxşıca döyülər. Üzərinə, 1 yeməy qaşığı içyağı qoyulub, qarışdırılaraq məlhəm edilər. Sızanaqların üzərinə sürtülür. Yarım saat sonra ilıq suyla yuymaq lazımdır.
 4 stəkan suya; 2 xörək qaşığı arpa qoyulur. 10 dəqiqə kaynadıldıqdan sonra təmiz və incə bir tənzivlə süzülər. Suyuna, 1 su stəkanı sirkə əlavə edilər. Bu suya batırılan pambıqla, sızanaqların üzərinə kompres etməy lazımdır.
 4 stəkan suya 2 xörək qaşığı çörəkotu qoyulur. 10 dəqiqə kaynadıldıqdan sonra təmiz və incə bir tənzivdən (marladan) süzülür. Bu suya batırılan pambıqla sızanaqların üzərinə kompres edilər.
 1 çay stəkanı sirkəyə, 5 dənə quru ərik qoyulur. 5 dəqiqə sonra əriklər alınıb, sızanaqların üzərinə sürtülər.


 



  1. ESMERRi | 15 aprel 2016 12:34 | Status: Brilliant user | Şərh: 5 428
    Sitat: NASDINKA
    tewekkurler canim benim
  2. NASDINKA | 24 iyun 2014 00:11 | Status: İstifadəçi | Şərh: 14
    tewekkurler canim benim
  3. Nigar | 17 fevral 2014 15:32 | Status: Gümüş user | Şərh: 6 073
    Sitat: Yusqam
    tesekkurler. bunu da prob edecem

  4. Meryem_Duyqu | 13 fevral 2014 23:11 | Status: Yazar | Şərh: 4 138
    Faydalı məsləhətlər üçün sağ olun.
  5. aylin94 | 23 noyabr 2013 03:34 | Status: Şərhçi | Şərh: 126
    Tewekurler
  6. Nigar | 17 sentyabr 2013 12:47 | Status: Gümüş user | Şərh: 6 073
    coook tewekkur ederim cox maraqli oldu hemdeki vacibdir _define022
  7. Yusqam | 19 iyul 2013 13:21 | Status: Şərhçi | Şərh: 201
    tesekkurler. bunu da prob edecem
  8. Mickey Mouse | 12 iyun 2013 11:25 | Status: Professional user | Şərh: 4 009
    Hele problemim yoxdur.
  9. Hande 18 | 3 iyun 2013 22:43 | Status: Professional user | Şərh: 3 304
    amma maska hazirlaya bilmirem bully
  10. gunay aes | 19 may 2013 13:24 | Status: İstifadəçi | Şərh: 2
    meslehetler ucun tesekkurler ellerinize sagliq
  11. RaySum | 16 may 2013 19:04 | Status: Professional user | Şərh: 2 599
    amma maska hazirlaya bilmirem
  12. RaySum | 23 aprel 2013 22:09 | Status: Professional user | Şərh: 2 599
    hal hazirda lazimdi mene
  13. Nazli wirin | 9 aprel 2013 18:06 | Status: Şərhçi | Şərh: 286

    COX SAGOLUN

  14. Serencam | 27 mart 2013 22:21 | Status: İstifadəçi | Şərh: 33
    twk.qatiqla limon maskasini elemeye cehd edecem ama sebrim yoxdu cetinki alindira bilem yenede twk.
  15. Milaska. | 26 mart 2013 16:42 | Status: Gümüş user | Şərh: 1 487
    yoxdu helekiiii
  16. selenay | 26 mart 2013 10:33 | Status: Professional user | Şərh: 1 467
    ay cox sagolun menede bu lazim idi
  17. Girl | 20 mart 2013 14:06 | Status: Professional user | Şərh: 8 213
    tewekkurler
  18. Akademik | 19 mart 2013 19:39 | Status: Professional user | Şərh: 4 583
    bunlara riayet edirem, amma sızanaq istəmədiyim-gözləmədiyim vaxt gəlib çıxır təşəkkürlər xəbərə görə.
  19. Aliyeva | 16 mart 2013 15:10 | Status: Yazar | Şərh: 4 042
    1ci mesleheti qeyd eledim twk
  20. RaySum | 6 mart 2013 19:25 | Status: Professional user | Şərh: 2 599
    shrifti pisdi...Oxuya bilmedim n6
  21. SEVA00 | 1 mart 2013 01:29 | Status: VİP user | Şərh: 1 015
    TESEKKURLER
  22. Gozel Melek | 26 fevral 2013 18:34 | Status: Gümüş user | Şərh: 1 533
    meslehetlerinize gore cox sag olun.
  23. Billurə | 25 fevral 2013 15:52 | Status: Professional user | Şərh: 4 896
    təşəkkürlər..
  24. Girl | 9 fevral 2013 16:26 | Status: Professional user | Şərh: 8 213
    MENDE ARADA OLURDU INDI ISE YOXDU
  25. Meqa | 5 fevral 2013 13:16 | Status: Professional user | Şərh: 2 078
    lazımlı xeberdi atdım seçilmişlere
  26. Beren | 3 fevral 2013 21:05 | Status: Professional user | Şərh: 3 216

    Uzun cekdi.Oxumadim.Yenede tewekkurler.

  27. mugan qizi | 30 yanvar 2013 23:32 | Status: VİP user | Şərh: 702
    sebrim catmadi )))
  28. RaySum | 21 yanvar 2013 22:10 | Status: Professional user | Şərh: 2 599
    uzun xeberleri kisaldib yazinda olmur oxumaq :n12:
  29. Nubar-Senan | 7 yanvar 2013 20:04 | Status: Şərhçi | Şərh: 383
    lazim olmuyub heleki )) twkleeerrrr
  30. raziya | 20 dekabr 2012 13:43 | Status: İstifadəçi | Şərh: 22
    civze ve lekelerden tez 1 zamanda azad olmaq isteseniz fotoepilyasiya aparati ile 1,2 seansa yox olur, mikroblari oldurur,hamar deriye malik olursunuz qiymet;10-30man
    tel;0553437095

    qara noqteler,cilleri tukleri qirislari ,uzdeki qirmiziliqlari,kapilyarlari da yox edir
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.