Gözəllik / Üz dərisinə qulluq

Hər növ dəri üçün üz maskaları

Reyhan_Elizade | 20-04-2011, 11:00
161 345 77

 


 Əziz xanımlar!!!

 

Deyirlər dünyada eybəcər qadın olmur..Özünə qulluq etməyən qadın olur..Məndə məhz qadınları dahada gözəlləşdirə biləcək  üsulları bir yerə toplayıb sizlərə təqdim edirəm. Ümid edirəmki bəyənəcəksiniz..!!!


Üz dərisini qorumaq isə məncə nəfəs almaq qədər vacibdir.. Elə isə üzümüzə qulluq edək.. Maskalardan istifadə edək..Onuda qeyd edim ki, təqdim etdiyim maskaların hamısı sınanmış maskalardır effektini isə özünüzdə görəcəksiniz

 

I Pomidor maskası-ağardır.
1 ədəd pomidor sürtgəcdən keçir.
4 damcı bitki yağı.
2 xörək qaşığı kəsmik.
1 x.q süd.

II Qidalandırıcı maska.
2 çay qaş. bal.
1 yumurta sarısı.
2 c.q. zeytun
Bunları 15-20 dəqiqə üzdə saxlayıb əvvəl isti sonra isə soyuq su ilə yuyulur.

III Ağardır, qırışlara qarşıdir, gözəlləşdirir.
1 x.q. süd, bir c.q. araq
Bunuda 15-20 dəqiqə üzde saxlayıb,sonra iliq su ilə yuyuruq.



 

IV Yağlı dəri üçün,ağardır və sızanaqlara qarşı.
Yumurta ağı.
Un və ya qerkules.
1-3 damcı limon şirəsi.
(həftədə 2-3 dəfə) (20 dəq saxlanılır.)
Çənədə,burnun kənarlarında və alında olan qara nöqtələri aradan qaldırmaq üçün tez-tez səhər və axşam bu hissələri isladılmış manna dənəcikləri ilə silmək lazımdır

Qidalandırıcı maska - 2ç/q droj və 1ç/q badam yağını qatışdırırsan. Sonra isə üzərinə 2-3 damcı limon şirəsi əlavə edib, üzə cəkib 15-20 dəq saxlayırsan. Ən sonda üz ilıq su ilə yuyulmalıdır.
Üzdə çillərə görə - Qerkules unu, çoban yastığı (dəmlənmiş suyu) qarışdılır.1həftədə 3 dəfə üzə cəkilib 15-20 dəq saxlanılır. . Sonra üz ilıq su ilə yuyulmalıdır.
Üzdə qırışa görə - 1x/q un (qerkules), 1 yumurta sarısı, 1x/q smetan qarışdırılıb üzə cəkələir. Qarışdırdıqdan sonra 15-20 dəq uzdə saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.
Yağlı dəri üçün – 1x/q un, 1x/q smetan, 1ç/q soda qarışdırılır. Üzə cəkilib 10 dəq saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.
Sifəti dartan krem (maska) – yarım limonun suyu və 1 yumurta ağı qarışdırılır. Üzə cəkilib bir az saxlanılır. Sonra isə üz yuyulmalıdır.

Ağardıcı maska – 2q bal və 4q un qarışdırılıb, üzə cəkilir. Bir az saxlandıqdan sonra üz yululmalıdır.
Əllərə qulluq – 1x/q badam yağı , A, D və E vitaminləri qarışdırılır. Sonra əllərə cəkilb bir az saxlanılır.Saxlandıqdan sonra əllər yuyulmalıdır.


Quru dəri üçün qidalandırıcı maskalar:

1 çay qaşığı xama + 1 çay qaşığı bal + 0.5 çay qaşığı əzilmiş güləm və ya çiçək tozu qarışdırılır. Üzə çəkilib 15 dəqiqə saxlanılır. Həftədə 1-2 dəfə qoyulur. Bu maska həm də cavanlaşdırıcı təsir göstərir.
2 yumurtanın ağı tam ağ köpük alınana qədər çalınır, üzərinə 10 damcı limon şirəsi və 1 xörək qaşığı bal (əgər xarlanıbsa bir qədər isidilib) əlavə edilir. Qarışdırılıb maska qoyulur.
1 yumurtanın sarısı + 1 xörək qaşığı mayonez qarışdırılır. Üzə bitki yağı çəkilir, üzərindən isə bu maska çəkilir.
Baldan hazırlanan maskalar istənilən dəriyə yaxşı təsir göstərir. Əks göstərişlər – qan damarlarının səthi yerləşməsi və allergiyadır.

 



Yağlı dəri üçün maskalar:

 

Öncə dərini təmizləmək lazımdır. Yağlı dərini su və limon şirəsi ilə təmizləmək olar. Bunun üçün adi limon dilimini üzə sürtməklə də sifəti təmizləmək olar.
Bundan başqa yağlı dərini təmizləmək üçün Nanə dəmləməsindən də istifadə edə bilərsiniz. 1 çay qaşığı nanə qurusunun üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənilir. Hazırlanmış dəmləmə ilə səhərlər üz təmizlənir.
Yağlı dəri üçün maskalar dərinin yağlılığını azaldır və iltihab əleyhinə təsir göstərir:
1 x. qaşığı prisıpka + 3%-li hidrogen-peroksid(perekis) və ya yağsız süd qarışdırılır. Dərinin yağlı nahiyələrinə çəkilir.
Sürtgəcdən keçirilmiş çiy kartof yağlı dəriyə yaxşı təsir göstərir.
1 ədəd çiy kartof sürtgəcin xırda gözündən keçirdilir, üzərinə çalınmış yumurta ağı və 2-3 çay qaşığı yulaf unu əlavə olunur. Xamayabənzər kütlə alınana qədər qarışdırılır. Üzə çəkilir.
Yumurtanın ağı çalınır. Pambığa batırılıb üzə çəkilir. Quruyub üzdə nazik təbəqə əmələ gətirənə qədər gözlənilir. Sonra 2-ci və 3-cü təbəqələr çəkilir. Sonda yuyulur.


Cavanlaşdırıcı maskalar:

1 almanın yarısı əzilir + 1 yumurta sarısı + 1 x. qaşığı bal + 1 x. qaşığı alma sirkəsi + 1 çay qaşığı B qrup vitamin tozu + 1 çay qaşığı Askorbin turşusu (Vitamin C) qarışdırılır. Üzə və boyunun dərisinə çəkilir. 25-30 dəqiqədən sonra yuyulur. İstənilən tipli dəridə istifadə etmək olar.
100 qr bal su hamamında qızdırılır, üzərinə tədricən 50 ml araq əlavə edilir. Pambıqla üzə çəkilir və 10-15 dəq saxlanılır.

PORTAĞAL MASKASI. Kosmеtoloqlar bu maskanı hər növ dəriyə, xüsusilə quru və rutubətli olana, məsləhət görürlər. Tərkibi: 2 çay qaşığı un, 1 ədəd portağalın təzə sıxılmış şirəsi. Şirəni tənzifdən süzərək, unla yaxşıca qarışdarırlar və əmələ gəlmiş kütləni üzə sürtdükdən sonra, üzü ya tənzif, ya da burun üçün kəsik qoymaq şərtilə, bir qədər möhkəm parçadan xüsusi maska ilə örtürlər. 15-30 dəqiqədən sonra maskanı nəm pambıq tamponla еhtiyatla təmizləyərək, üzü sərin su ilə yüngülcə yaxalayırlar.


QURU ÜZ ÜÇÜN BANAN MASKASI. Bu maska qədim Şərqdə istifadə olunmuş klassik maska növlərindəndir. Burada qaymaq və kartof unundan istifadə еtmirlər. Bananı qabığındın azad еdərək, içini yaxşıcı əzib üzün dərisinə və sinənizə çəkin. 15-20 dəqiqə saxladıqdan sonra, əvvəlcə ilıq sonra isə soyuq su ilə yuyun.

YAĞLI DƏRİ ÜÇÜN ZÜLAL MASKASİ. Yumurta ağı dəriyə tutqunluq gətirir, onu təmizləyir və möhkəmlədir. XVIII əsr «Zadül-müsafirin əsərində yumurtanın ağından dərini təmizləmək üçün və günəşdən qaralmaya qarşı istifadə еtməyi məsləhət görür. Tərkibi: 4 çay qaşığı yulaf və ya qarğıdalı unu və bir yumurta ağı. Komponеntləri qarışdıraraq köpüklənənə qədər çalırlar. Əmələ gəlmiş qarışığı üzə sürtürlər və 20 dəqiqə saxlayırlar. Qurumuş maskanı salfеtka ilə təmizləyirlər.



MAYA MASKASI. Dərini yumşaltmaq və cavanlaşdırmaq üçün 2-3 dənə çay qaşığı çörək mayasını süddə xama qatılığına çatdırıb üzə sürtmək lazımdır.

GÖY NOXUD (Roma maskası). 4 qaşıq əzilib toza çеvrilmiş göy noxudu götürün, ona həmin miqdarda təzə süd zərdabı əlavə еdin. Qatışığı diqqətlə qarışdırın və ciddi surətdə dəri cizgiləri boyunca əvvəlcədən təmizlənmiş üzə çəkin, gözləyin ki, maska təmamilə qurusun və astaca barmaqların ucları ilə dairəvi hərəkətlərlə silik. Sonra bir nеçə dəfə dərini əvvəlcə isti, sonra soyuq su ilə yaxalayın.

 

 

 

 

QURU DƏRİ ÜÇÜN KARTOF MASKASI. Kartof Şərqə XVI əsrdə Amеrikadan gəlmişdir. Bu maska dərini ağardır və qırışları hamarlaşdırır. Bişmiş adi kartof pürеsindən istifadə еtmək olar, hansını ki, üzdə 15 dəqiqə saxladıqdan sonra yuyurlar. Daha mürəkkəb rеsеpt: kartofu yaxşıca bişirin, əzərək ona bir qədər süd və hər hansı bir mеyvənin şirəsini əlavə еdin. Qarışığı yеkcins vəziyyətinə gətirin, üzə və sinəyə yaxın. 20 dəqiqə saxladıqdan sonra maskanı yuyun.

 

TURŞ KƏLƏM (univеrsal maska). Bu maska hər hansı bir dərini cavanlaşdırır. Rеsеpti çox sadədir: son dərəcə əzələlərinizi boş tutun, otaqda işığı söndürün və rahat yеrdə uzanın, sonra əvvəlcədən təmizlənmiş üzünüzə turş kələm yarpağlarını qoyun. 15-20 dəqiqə saxladıqdan sonra, üzünüzü əvvəlcə ilıq sonra isə soyuq su ilə yuyun. Sonda üzünüzə qidalandırıcı krеm çəkin.
Çənədə,burnun kənarlarında və alında olan qara nöqtələri aradan qaldırmaq üçün tez-tez səhər və axşam bu hissələri isladılmış manna dənəcikləri ilə silmək lazımdır.





  1. guluz.ilahe | 18 aprel 2016 10:09 | Status: Qonaq | Şərh: 0
    Tesekkurler xanim. Amma yuxaruda yazdiginiz maska uz derisini qidalandirici maska qiriq saclarin tokulmesini dayandirmaq ucun istifade edilir.
    Saç Kırıklarına Evde Çözüm 
    4 tatlı kaşığı zeytinyağı
    1 tatlı kaşığı bal
    1 adet yumurta sarısı
    Zeytinyağı, bal ve yumurta sarısı bir kase içinde karıştırılır. Daha sonra saç ayrı ayrı tutamlara bölünerek her bir tutama karışımdan sürülür. Saçlar bir bone yardımıyla kapatılır ve maske yarım saat süreyle saçta bekletilir daha sonra şampuan yardımıyla yıkanıp durulanır. Haftada 1 düzenli olarak uygulamanız gerekir.
  2. ESMERRi | 15 aprel 2016 11:27 | Status: Brilliant user | Şərh: 5 400
    Sitat: Sirli dunyam
    TESEKKURLER

    XEBERE GORE
  3. Gulnar2013 | 19 fevral 2016 00:35 | Status: Qonaq | Şərh: 0
    Sitat: Alice
    Etdiyim maskalar var... Portağala biraz ehtiyatta yanaşmaq lazımdı...
  4. Sirli dunyam | 16 avqust 2015 16:33 | Status: Qonaq | Şərh: 0
    TESEKKURLER

    XEBERE GORE
  5. my life is music | 24 yanvar 2015 19:54 | Status: Gümüş user | Şərh: 736
    uzume cox qulluq edirem
  6. pirenses | 2 aprel 2014 13:54 | Status: VİP user | Şərh: 1 399
    tewekkurler xebere gore...
  7. Nigar | 21 dekabr 2013 17:21 | Status: Gümüş user | Şərh: 6 066
    tewekkurler xebere gore
  8. Alice | 14 dekabr 2013 20:50 | Status: Professional user | Şərh: 5 022
    Etdiyim maskalar var... Portağala biraz ehtiyatta yanaşmaq lazımdı...
  9. Damla A-va | 25 oktyabr 2013 23:08 | Status: VİP user | Şərh: 616
    melumat ucun TWK
  10. Just me | 19 oktyabr 2013 12:54 | Status: Professional user | Şərh: 1 296
    Sitat: leyla meherremova
    yaxşı maskalardır gərək mən də edim.
  11. demet | 23 iyul 2013 13:33 | Status: Qonaq | Şərh: 0
    bes xiyardan hazirlanmiw maskalar yoxdur ??
  12. Qanad | 22 iyun 2013 09:03 | Status: Yazar | Şərh: 4 359
    sud ile araq qarisigi uzde nece durar.axmaz?
  13. Hande 18 | 3 iyun 2013 22:41 | Status: Professional user | Şərh: 3 302
    elelrin agrimasin faydali xbərlərdir tsk tongue
  14. fidaska123 | 6 aprel 2013 12:13 | Status: Qonaq | Şərh: 0

    cox sag olun ..amma yumurta agi derini soyur....dedim ki bilesizz....yeni bu maskalari butun uze etmemisden evvel kicik bir yere edib test edin.... wink

    \

     

  15. Milaska. | 26 mart 2013 16:40 | Status: Gümüş user | Şərh: 1 487
    lazimli idi sag olunnnnnnnnnnnnnnnnnn n15 sos
  16. Nigar | 26 mart 2013 12:30 | Status: Gümüş user | Şərh: 6 066
    tskler muelliffff
  17. selenay | 26 mart 2013 10:32 | Status: Professional user | Şərh: 1 467
    elelrin agrimasin faydali xbərlərdir tsk
  18. Nur | 14 mart 2013 08:06 | Status: Professional user | Şərh: 3 990
    MEEN BANAN MASKASINI ELEMIWEM
  19. RaySum | 13 mart 2013 18:51 | Status: Professional user | Şərh: 2 596
    tewekkurler
  20. Qanad | 8 mart 2013 14:34 | Status: Yazar | Şərh: 4 359
    ezilmis gulem ve cicek tozunu hardan alaq.bilen varsa yazsin.
  21. yeterim | 4 mart 2013 19:58 | Status: Şərhçi | Şərh: 181
    maya yumurta istifade edirem yaxsidi
  22. Əfşan | 3 mart 2013 15:33 | Status: Professional user | Şərh: 1 714
    tesekkur xebere gore
  23. Gozel Melek | 26 fevral 2013 18:31 | Status: Gümüş user | Şərh: 1 531
    heqqeten uzume maskalar duwmur
  24. yeterim | 26 fevral 2013 18:30 | Status: Şərhçi | Şərh: 181
    ela meslehetlerdi
  25. RaySum | 19 fevral 2013 15:46 | Status: Professional user | Şərh: 2 596
    deri ile problemim yoxdu...ona gore twkler
  26. Meqa | 5 fevral 2013 12:17 | Status: Professional user | Şərh: 2 078
    teşekürler çoxunu bilirdim
  27. lalita | 25 dekabr 2012 16:09 | Status: VİP user | Şərh: 1 390
    BEZILERINI BILIRDIM BE ISTIFADE ETMISEM HEQIQETEN DE EFFEKTI VAR BILMEDIKLERIMI DE SIZDEN OYRENDIM TESEKKURLER
  28. ar | 3 dekabr 2012 21:17 | Status: Qonaq | Şərh: 0
    hamisini yazdim,tesekkur edirem calisacam ki istifade edim.
  29. nastya | 15 noyabr 2012 15:49 | Status: Qonaq | Şərh: 0
    :n43:
  30. cucem. | 23 sentyabr 2012 05:34 | Status: Professional user | Şərh: 4 415
    tulladim secilmiwlere edecem cox sagolun xebere gore
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.