Gözəllik / Bədənə qulluğun qaydaları

Qoltuqaltı baxımı üçün bunları mütləq oxuyun!

Aynur | 11-05-2016, 10:30
12 584 6
 
Qoltuqaltının qaralması bir sıra ciddi xəstəliklərin əlamətləri ola bildiyi kimi, bəsit səbəblərdən də qaynaqlana bilər. Bu ciddi xəstəliklər arasında Adison xəstəliyi kimi tanınan və böyrək üstü vəzilərinin işləmədəyi hormonal bir xəstəlikdir. Bu xəstəlikdə qoltuqaltı ilə bərabər ovucun içi, süd vəzisinin ucları, göbək ətrafı kimi bölgələrdə də qaralmalar olur. Diabet və insulin müqaviməti vəziyyətində də boyun bölgəsində dəridə qalınlaşma, qaralma və qoltuqaltında qalınlaşma, qaralma müşahidə edilir. Bakterial infeksiyada qoltuqaltında , xüsusilə çox tərləyən insanların dərisində tündləşmə olur. Hamiləlik zamanı dəriyə rəng verən hüceyrələrin həddindən artıq aktivliyi qoltuqaltı qaralmalarının bir başqa səbəbidir. Tibbi problemlərlə yanaşı bəziləri genetik olaraq da tünd qoltuqaltına sahibdir. Təraş, dəri altına travma verən epilyasiya üsulları da qoltuqaltının qaralmasına səbəb ola bilər. Kilolu olduqda da sürtünmənin artması ilə birlikdə dəridə tündləşməyə səbəb ola bilər. Qoltuqaltı qaralması şikayəti olanlar epilasiya üsulu olaraq lazer epilyasiyasını seçmələri daha uyğundur. Çünki həm əks təsir olaraq minimaldır, həm də 2 ayda bir tətbiq edildiyi üçün dəri daha az təsirlərə məruz qalacaq. Bununla yanaşı, artıq kilodan azad olmaq, təbii tərkibli dezodorantların seçilməsi, sintetik geyimlərin geyinilməməsi , ədviyyatlı yeməklərin həddindən artıq qəbul edilməməsi kimi üsullarla da meyillilik əmələ gətirəcək faktorların aradan qaldırılması lazımdır.
 
Qoltuqaltı qoxusunun qarşısını necə almaq olar? 
 
Qoltuqaltı qoxusunun səbəbi əslində tərimiz deyil, bu bölgədə yaşayan bakteriyalardır. Əgər bir insan gündəlik duş qəbul etməzsə və ya gigiyenaya diqqət etməzsə və ya tərləmənin qarşısını alacaq tədbirlər görməzsə, bu vəziyyətdə bakteriyalar artmağa başlayır. Bakteriyalar yarandıqda isə qoxu ortaya çıxır. Bu qoxunun qarşısını almaq üçün gündəlik duş qəbul etmək, ya da iki gündə bir duş qəbul etmək, duş qəbul edilməsə belə qoltuqaltını yumaq, sabunla təmizləmək üsulundan da istifadə edə bilərsiniz. Dezodorantlar tərləmənin qarşısını almırlar, lakin dərinin turş mühitə keçməsini təmin edərək burada bakteriyaların yaranmasını azaldır və bununla yanaşı xoş qoxuda verirlər. Yəni insan bir tərəfdən tərləməyə davam edərkən, digər tərəfdən də qoxunun qarşısını alır. Çox tərləyən insanlarda isə bu üsulların istifadəsi bir o qədər də təsirli olmur.
 
Qoltuqaltı qaralmalarından necə azad olmaq olar?

  1. Tomris Müslümova | 12 may 2016 22:10 | Status: Qonaq | Şərh: 0
    Bele problemim yoxdu.
  2. BULUTUM | 12 may 2016 21:07 | Status: Professional user | Şərh: 7 429
    Allah Allah yay geldi yene.Bezi pinti bediqlerin it iyi veren qoxularindan burnumuz curuyer.Masuruta minmek qeyri mumkundu.Esasda kisiler oy sidik qoxurlar...Samovar tutkesi kimi pileyirler arvadli , kisili pintiler..
  3. SEVDA | 12 may 2016 13:47 | Status: Nəzarətçi | Şərh: 17 537
    Bele problemim yoxdur wukurler olsun...
  4. dılay | 12 may 2016 09:55 | Status: Brilliant user | Şərh: 8 251
    Iraq olsun ..Neler olur neler..
  5. Janna_1994 | 11 may 2016 14:03 | Status: Şərhçi | Şərh: 502
    twk maraqli melumat oldu
  6. B.Fereh | 11 may 2016 11:12 | Status: Nəzarətçi | Şərh: 7 094
    Oxumadim,twk.Bele movzulari oxuya bilmirem. confounded
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.