Gözəllik / Üz dərisinə qulluq

Kətan toxumu, qaynar su... - Minlərlə manatınız cibinizdə qalacaq

Banu. | 7-10-2018, 20:00
2 958 0
1 həftədən sonra dərinizdəki cavanlaşma özünü göstərməyə başlayacaq. Dərinin tonusu dəyişəcək və dartılma müşahidə olunacaq. Bu prossedurla həm vaxta, həm də pula qənaət etmiş olunacaqsınız.
Lazım olanlar:
  • Kətan toxumu
  • Qaynar su
  • Salfet
10.q kətan toxumunun üzərinə 1/3 st. qaynar su əlavə edilir. Qarışdırılır və ağızı salfetlə örtülərək axşama kimi dəmlənilir.
Axşam təmizlənmiş dəriyə pambıqla bu dəmləmədən çəkilir. Əvvəl dəriyə  1 qat çəkilir, quruyur, beləliklə 5 dəfə təkrarlanır. Yaxşı olar ki, prosedur zamanı söhbət olunmasın. Prosedur bitdikdən sonra dəri yuyulur və axşam kremi çəkilir. 12-15 dəfə proseduru təkrarladıqda nəticəyə inanmayacaqsınız.





info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.