Gözəllik / Saç tökülməsi və qulluq

Saçınız tez ağarırsa, deməli... - ƏSAS SƏBƏBLƏR

Banu. | 22-03-2018, 09:16
1 373 0
Həkimlər hesab edirlər ki 25-30 yaşda saç ağarması normal hal deyil. Doğrudur, burada genetikanın, milli mənsubiyyətin də rolu var. Məsələn, neqroidlərin saçı avropoid və monqoloidlərə nisbətən 10 il gec ağarır.
Əgər saçlarınızın vaxtından kifayət qədər tez və sürətlə ağarmağa başlayırsa, bunun səbəbini araşdırmaqda fayda var.
Adətən stressdə olanda qana adrenalin dolur. Bu hormon melaninlə saçın zülal tərkibini sıradan çıxarır. Saçların follikulları kifatər qədər qidalanmadığı üçün də ağarmağa başlayır. Lakin bu durumda çox vaxt gənc orqanizm özünü bərpa edir.
Bədənin həddən çox zəifləyəndə
Bu problem çox vaxt yenicə ana olub, körpəsini əmizdirən analarda olur. Uşaq ananın bədənindəki vitaminləri, mikroelemektləri alır. Beləcə dırnaq və saç zəifləməyə başlayır. Bu halda da saç ağara bilər.
Dəmirçatışmazlığı anemiya
Bu durum balanssız qidalanmaya səbəb ola bilər. Əsasən doğum zamanı çoxlu qan itirən qadınlarda müşahidə edilir və saç ağarmasını sürətləndirir. Dəhniz məhsulları, B12 vitamini, göbələk kimi qidalar bunun qarşısını ala bilər.
Hormonal pozğunluq
Erkən saç ağarmasının başlıca səbəbi hormonal pozğunluq da səbəb ola bilər, Bu durumda mütləq endokrinoloqa müracət etmək lazımdır.publika.az

info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.