Gözəllik / Saç tökülməsi və qulluq

Kəpəkdən qurtulmağın ən asan YOLLARI

Banu. | 10-03-2018, 20:57
595 0

Qadın və kişilərin ortaq problemlərindən biri də kəpəkdir. Xüsusilə yaz fəslinin gəlişi ilə aktivləşən problem kifayət qədər diskomfort yaradır. Xanımlardan fərqli olaraq bəylər bu problemə yetəri qədər diqqət ayırmadıqları üçün tez-tez onların geyimlərində - pencəklərində kəpəklər görünür.
Kəpək heç də dəri xəstəliyi və ya yoluxucu xəstəlik deyil.
Bunun yaranmasının bir sıra səbəbləri ola bilir. Səbəblər daxili və xarici olaraq 2 yerə ayırsaq, ardıcıllığı belə sıralamaq yerinə düşər:
Daxili səbəblərə yağlı bir dəriyə sahib olmaq, hormonal pozuntular, allergik reaksiyalar, həddindən artıq tərləmək və s.
Xarici səbəblərə isə stress, təmizlik problemləri, jele, düzgün seçilməmiş, keyfiyyətsiz saç spreyləri, balaca və başı tərlədən sıx papaqlar, soyuq havanı misal göstərmək olar. Bu faktorlar kəpək yaradan ilkin əlamətlər hesab oluna bilər.
Ən əsas səbəblərdən biri isə təbii ki, təmizlikdir. Baş dərisini rutin şəkildə eyni qaydada yuyulmağa öyrətmək lazımdır. Yağlı saçlarda kəpəyin yaranması quru saçlara görə daha yüksəkdir. Ümumiyyətlə, saçların yağlanmasının səbəblərindən biri də tez-tez və isti su ilə saçların yuyulmasıdır. Saçlarınızı ilıq su ilə yusanız bu dəriniz üçün də daha faydalı olacaq. Az yuyulan saçlarda kəpəyin yaranması çox olsa da, yağlılıq əlaməti nisbətdə daha azdır.

İstifadə etdiyimiz şampuna çox diqqət etməliyik. Kəpək öz-özlüyündə zamanla keçib gedəcək primitiv problem deyil. Bəzən bunu uzun zaman həkim nəzarəti altında da müalicə lazım olur.
Mütəxəssislər tövsiyə edir ki, saç şampunu seçərkən tərkibində sinko və digər təbii maddələrin olduğu şampunlara üstünlük verilsin. Həmçinin dəri tipinə görə düzgün şampunun seçilməsi də əsasdır.publika.az



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.