Gözəllik / Saç tökülməsi və qulluq

Saçların yuyulmasında edilən səhvlər

Banu. | 13-02-2018, 08:41
1 027 0
Çoxlarımız saçlarımızı baş dərimizi qaşıyaraq yuyuruq. Bu isə öz növbəsində düzgün yuyulma qaydası deyil. Saçların yuyulması ilə bağlı edilən bəzi səhvləri nəzərinizə çatdırmaq istəyirik.

Saçlarınızı çirkli saxlamayın
Çirkli baş dərisi mütləq mütəmadi olaraq yuyulmalıdır. Çünki baş dərisinə və saç diblərinə yığılmış çirkdən dəri və saçlar pis təsirlənir. Bu da nəticədə baş dərisinin normal fəaliyyətini pozar və saçların tökülməsinə, gec uzanmasına səbəb olar.
Şampuna diqqət
Daha təbii, zərif, qeyri-aqressiv və hipoallergen tərkibləri olan şampunları gündəlik olaraq rahatlıqla istifadə etmək olar.
Şampunun miqdarı saçın uzunluğundan aslıdır. Onu başa tökmək məsləhətli deyil. Çünki belə etdikdə onun miqdarına nəzarət etmək mümkün olmayacaq. Belə ki, saçı düzgün şampunlamaq üçün ilk növbədə onu ovuca töküb bir az köpükləndirmək lazımdır. Bu həm də şampunun istilənməsinə səbəb olacaq. Daha sonra onu bütün saçlara tətbiq etmək olar.
Saçlar yumağa başlamazdan əvvəl saçlar daranmalıdır. Yuma prosesi isə qulaqdan qulağa dairəvi hərəkətlə olmalıdır. Hərkətlər asta olmalı, baş dərisi qaşınmamalı və saç barmaqların ucları ilə masaj edilərək yuyulmalıdır. Əgər saçlar hər gün yuyulursa 1 dəfə şampunlamaq yetərlidir. Həftədə iki dəfə yuyulan saçları isə 2 dəfə şampunlamaq məsləhətdir.
Yuyulma müddəti
Yuyulma prosesi individuallıqdan, şampundan və suyun keyfiyyətindən aslı olur. Əgər yağlı saçlara sahibsinizsə 3-4 günlük ara baş dərinizdə iltihaba yol açaraq, dərinin daha da piylənməsinə şərait yaradacaq.
Suyun istiliyi
Çoxlarımızın ən kobud səhvi saçlarımızı qaynar su ilə yumaqdır. Bu isə nəticədə baş dərisindəki piy vəzilərini aktiv hərəkətə keçirir və saçlar tez yağlanır. Saçlar üçün ən optimal su istiliyi 35-38 dərəcə aralığıdır.
Şampunladıqdan sonra saça maska edilməli
Maska saçı qidalandırma təsirinə malikdir. Saçların ciddi zədələnib və qulluğa ehtiyacı varsa mütləq maska edilməli. 8-10 seansdan sonra çox əla nəticə əldə edəcəksiniz. Maskanı saçlara həftədə 1-2 dəfə tətbiq etmək olar. Bu müddət optimaldır.
Həmişə termal müdafiədən istifadə et
Yağlama prosesindən sonra saçı fenləməyə ehtiyac da olur. Bu zaman termal müdafiədən istifadədə fayda var. Çünki istilik alətləri saçın təbii keratin qatını zədələyir. Termal tərkibli spreylərin tərkibində adətən təbii zülal, vitamin E və B5, eləcə də, dərman bitkilərinin ekstraktları olur. Onlar saçları qorumaqla bərabər, həm də, onları daha həcmli edir.

info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.